Mayis Musayevin düşüncələri

3G texnologiyası bizə nə vaxt gələcək?

Yazar: Mayis @ İyul 27, 2009 15:46
Üçüncü nəsil texnologiya adlandırılan 3G 30 İyul tarixindən etibarən Türkiyədə istifadə ediləcək. Ancaq 3G texnologiyası ilə əlaqədar müxtəlif fikirlər səslənir. Buna görə də əvvəlcə 3G-nin nə olduğunu və istifadəçilərin 3G-dən necə faydalana biləcəyi maraq kəsb edir.

3G nədir?

3G, üçüncü nəsil kabelsiz telefon texnologiyalarına verilən ümumi addır. 3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir və 2Mbps sürətinə çatır. Sürətdəki bu artım xüsusilə internetə daxilolma anlayışına yeni bir ölçü gətirir.

Görüntülü danışıq

3G-nin istifadə edilməyə başlanması ilə istifadəçilər, telefondan görüntülü danışıq apara biləcək. Mobil internet sürətinin 72 qat artması sayəsində fasiləsiz görüntülü ünsiyyəti mümkün edəcək olan 3G ilə artıq yalnız səsli deyil, qarşınızdakı adamı canlı olaraq görərək də söhbət edə biləcəksiniz.

3G texnologiyası
Davamı...

Sükutu Qarabağ pozdu??

Yazar: Mayis @ İyul 24, 2009 11:33

Uzun müddət idi ki, Azərbaycan futbolu “sükut” içində idi. Uzun müddət idi ki, Azərbaycan futbol komandalarından demək olar ki, heç biri belə səs-küy yaratmırdı. Xatırlayıram, bir neçə il bundan qabaq Neftçi Birlik kubokunda ermənilərə qalib gələndə paytaxtda möhtəşəm bayram əhval ruhiyyəsi vardı. Bu həftə artıq üst-üstə ikinci dəfə futbolçularımız bizə qələbə bəxş etdi və çoxdandı gözlədiyimiz, azarkeşlərin “ac” olduğu qələbəni dadızdırdı. Bakı Çempionlar Ligasının, Qarabağ isə  UEFA Avropa Ligasının növbəti təsnifat mərhələsinə adladı. Əlbəttə Bakı meydanda göstərdiyi şou ilə bütün azarkeşlərə, oyuna baxmağa gələn hər kəsə növbəti turu alınlarının təri ilə qazandıqlarını sübut etdi və 4-2 (səfərdə 2-2)-lik hesabla rəqibindən üstün olduğunu, ölkəmizdə futbolun və futbolçularımızın inkişaf etməkdə olduqlarının siqnalını verdi. Qarabağın Rosenborgla möhtəşəm oyun göstərdiyini demək olmaz. Ancaq qarşıya qoyulan məqsədə nail olduğu üçün və qaliblər mühakimə edilmədiyi üçün neqativ nəsə demək doğru deyil. Bu həftə Azərbaycan futbolunun tarixinə möhtəşəm qələbə həftəsi kimi daxil oldu. Bütün futbol azarkeşlərini və qələbələrdə əməyi keçən bütün oyunçu və idarəçiləri təbrik edirəm. Qələbələriniz davamlı olsun!

Davamı...

Bir azdan sükut pozulacaq

Yazar: Mayis @ İyul 23, 2009 11:58
Artıq xeyli müddət idi ki, blog yenilənmirdi. Nəhayət, deyəsən bundan sonra vaxtlı vaxtında yeniləyə biləcəyəm. Ümid edirəm ki, vaxtım imkan verəcək ki, gündə heç olmasa bir yazı ya yazım, ya da ki, yerləşdirim. Bu günə qədər bloqu izləyib oxuyanlara bir daha təşəkkür edir, bundan sonra yazıları oxumağa və şərhləri ilə münasibət bildirməyə davam etməyə çağırıram.Davamı...
Yazılarım | Şərhlər(0) | Baxış sayı:186 |

Cavabsız suallar - I

Yazar: Mayis @ Mart 30, 2009 16:48

Bir neçə gün bundan qabaq blogçu dostlardan olan Tural Babayevin blogunda oxuduğum çox maraqlı bir yazı vardı. Bu yazını oxuyanda yadıma düşdü ki, vaxtilə buna bənzər bir yazı da mən yazmışam. İndi o yazını sizinlə təkrar bölüşmək istəyirəm. O yazıya görə isə Turala bir daha təşəkkür edirəm. 

Hər vaxtınız xeyir, dəyərli blog ziyarətçiləri. Bu gün bir xeyli düşünəndən sonra qərara gəldim ki, bəlkə bir yazı da mən yazım. Niyə də yazmayım axı? Bəs, nədən yazım? Bax, bu sual ətrafında bir xeyli düşündüm. Sonra fikirləşdim ki, bəlkə blogda keçirdiyim sorğunun nəticələri haqqında yazım. Nə yazım, kimi tənqid edim? Gənclərin düşündüklərinin belə olmasının səbəbi nədir? Onların düşüncələrində dəyişikliyə nail olmaq üçün nə etmək lazımdır? Bütün bu suallar məni düşündürdü... Elə indi də düşünürəm. Amma hələ ki, bir cavab tapa bilməmişəm.

Davamı...
Yazılarım | Şərhlər(4) | Baxış sayı:536 |

Referenduma çıxarılan maddələr / 8 /

Yazar: Mayis @ Mart 13, 2009 17:01

125-ci maddə

Mövcud variant

Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Davamı...

İlaxır çərşənbələr

Yazar: Mayis @ Mart 5, 2009 17:01
Novruza qədərki hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində İlaxır çərşənbələr və ya ilin axır çərşənbələri yaranıb müqəddəsləşmişdi. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri "dirilmiş" bu çərşənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi və indiyə qədər də bu mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur.

Ayrı-ayrılıqda "Su çərşənbəsi", "Od çərşənbəsi", "Yel çərşənbəsi" və "Torpaq çərşənbəsi" adlandırılan "İlaxır çərşənbələr" insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halalığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.

Davamı...

Referenduma çıxarılan maddələr / 7 /

Yazar: Mayis @ Mart 2, 2009 13:50
101-ci maddə

Mövcud variant

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

V. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Təklif olunan variant

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Davamı...

KHOJALY MASSACRE

Yazar: Mayis @ Fevral 25, 2009 19:02

Over the night from February 25 to 26, 1992 Armenian armed forces implemented the capture of the Khojali city with support of hard equipment and the personnel of the infantry guards regiment # 366 of former Soviet Union. 

Davamı...

Khojali tragedy

Yazar: Mayis @ Fevral 25, 2009 14:51

Referenduma çıxarılan maddələr / 6 /

Yazar: Mayis @ Fevral 23, 2009 19:23

84-cü maddə

Mövcud variant

Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti

I. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Təklif olunan variant

Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti

I. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Davamı...

  Yazılar cəmi: 439    Sonrakı səhifə »