Reklam verin!

Cavabsız suallar - I

Hər vaxtınız xeyir, dəyərli blog ziyarətçiləri. Bu gün bir xeyli düşünəndən sonra qərara gəldim ki, bəlkə bir yazı da mən yazım. Niyə də yazmayım axı? Bəs, nədən yazım? Bax, bu sual ətrafında bir xeyli düşündüm. Sonra fikirləşdim ki, bəlkə blogda keçirdiyim sorğunun nəticələri haqqında yazım. Nə yazım, kimi tənqid edim? Gənclərin düşündüklərinin belə olmasının səbəbi nədir? Onların düşüncələrində dəyişikliyə nail olmaq üçün nə etmək lazımdır? Bütün bu suallar məni düşündürdü... Elə indi də düşünürəm. Amma hələ ki, bir cavab tapa bilməmişəm.

Yəqin ki, mövcud problemlərin həlli mümkün olmadan gənclərin düşüncələrinin də dəyişməsi mümkün deyil. Amma bir az ətraflı düşünəndə görürsən ki, bizim cəmiyyətimizdə mövcud olan bu və digər problemlər dünyanın ayrı-ayrı dövlətlərində də var. Bəs, görəsən, həmin ölkələrin gənclərini də ancaq pul və əyləncə düşündürürmü? Bu sualı da onlara ünvanlamaq lazımdır. Daha bir cavabsız sual. Əslində cavabsız suallar çoxdur. Bu yazıda onların hamısını sadalamaq istəməzdim. Çünki onları demək olar ki, hamı bilir. Amma bir maraqlı məqam ondan ibarətdir ki, həmin sualların cavabları haqqında görəsən hamı düşünürmü? Həəə... məncə ən maraqlı sual da budur və cavaba daha çox bu sualın ehtiyacı var.

Ümumiyyətlə, təbii olaraq cəmiyyətdə problemlər olur. Ancaq son müşahidələrim mənə belə bir qənaətə gəlməyə əsas verir ki, deyəsən, bizim insanlarımız, xüsusən gənclərimiz bu problemlərdən çıxış yollarını düşünməkdənsə, bu problemləri düşünməməyə can atırlar və yalnız əyləncəyə meyl göstərirlər. Görəsən, niyə? Və daha bir cavabsız sual.

 Cavabsız suallar burulğanına düşməmək üçün bu yazını burda yekunlaşdırmaq məcburiyyətindəyəm. Amma əmin ola bilərsiniz, qısa bir zaman sonra cavabsız sualların davamını oxuya biləcəksiniz.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif