Azərbaycanda Misir filmləri festivalı keçiriləcək
Dekabrın 17-dən 20-dək Azərbaycanda Misir filmləri festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin istismarı və təbliğatı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadənin APA-ya verdiyi məlumata görə, festivalda Misir Ərəb Respublikası rejissorlarının çəkdiyi 4 bədii film nümayiş etdiriləcək.
Qarışqalar insanlar kimi yaşayırlar
Qarışqaları tədqiq edən alimlər insanlarla bu həşəratlar arasında xeyli oxşar cəhətlər aşkar ediblər.
Gürcüstanın prezidenti postu uğrunda 19 nəfər mübarizə aparır
Gürcüstan Mərkəzi Seçki Komissiyası Gürcüstan prezidenti postuna üç iddiaçının təşəbbüs qrupunu qeydiyyata almayıb. MSK-dan verilən məlumata görə, Avtandil Pilauri, Qie Çxikvadze və Giorgi Qaxokidzenin təqdim etdiyi sənədlər tam olmayıb. Nəticədə prezidentliyə namizədlərin sayı 19 nəfərə düşüb. Onların arasında azərbaycanlı Fazil Əliyev də var.
"Müxalifətin prezident seçkisində şansı çox azdır"
Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun təşəbbüsüylə hazırlanan "Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyasına müxalifət düşərgəsində yanaşmalar müxtəlifdir. Bu sənədi zaman-zaman demokratik qüvvələr tərəfindən səsləndirilən təkliflərin toplusu adlandıranlarla yanaşı, onu E.Namazovun seçki platforması hesab edənlər də var. Xartiyanın müəllifi isə sənədin seçkilərə aidiyyəti olduğunu bildirsə də, onun bir nəfərin seçki platforması olmadığını deyir.
E.Namazov "525"ə müsahibəsində bu və digər məsələlərə münasibət bildirib.
Bu il dünyada 171 KİV nümayəndəsi ölüb
Bu il dünyada rekord sayda - 171 KİV nümayəndəsi ölüb. İnformasiya Təhlükəsizliyi üzrə Beynəlxalq İnstitutun (İTBİ) yaydığı hesabatda bildirilir ki, yanvarın 1-dən noyabrın 28-dək 35 ölkədə 142 jurnalist və 29 KİV əməkdaşı (sürücü, tərcüməçi və texniki işçilər) həlak olub.
Ən böyük sərvət gözəl əxlaqdır
Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər.
Ən gözəl əxlaq Quranda göstərilir. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) əxlaqı Quran əxlaqıdır. Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”.
Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir.



