Reklam verin!

Dünya yeni ili qarşılayır - II

Şaxta babalar çox fərqlidir, müxtəlif cür görünürlər. Biri xeyirxahdı, o bir isə kələkbazlıq edə bilər. Hər birinin bayram süfrəsinə yol tapmaq üçün şəxsi üsulu var. Şaxta babanın yolunun səbrsizliklə gözlənməsinin başlıca səbəbi onun hədiyyə gətirməsidir. Lakin hər xalqın Şaxta babası bunu özünəməxsus şəkildə edir:

Rusiyalı Şaxta baba hədiyyəni yolka ağacının altına qoyur.
İngilislər və irlandiyalılar hədiyyələri corabda, meksikalılar isə ayaqqabının içində aşkar edir.
Yeni il hədiyyələri Fransada bacaya, İspaniyada isə balkona tökülür.
İçveçdə Şaxta baba hədiyyələri ocağın yanına, Almaniyada isə pəncərənin altına qoyur.
Hər millətin öz bayram adəti var
Yeni ili qarşılamaq adəti yüz illər boyu formalaşıb. Qədim dövrdən gələn bu adətlər bu günə qədər də gəlib çıxıb.

Qədim romalılar bütün gecəni rəqs edir və sifətlərində maska küçələrdə qaçırlarmış. patrisiyalar isə həmin gün qulları azad edirlərmiş.

Niderland və Belçikanın hər bir vilayətində Yeni il üçün xüsusi peçenye və vafli bişirilir. Süddən hazırlanmış «slem» içkisi isə bayram süfrəsinin vacib elementlərindən biridir. Yeməyə düyü, qızardılmış ət və pudinq hazırlanır.

İtaliyada hesab edirlər ki, Yeni ili köhnə əşyalardan azad olaraq qarşılamaq lazımdır. Ona görə də bir çox italyanlar qab və mebellerini pəncərədən tullayır. Ənənəyə görə, bayram günü hamı yeni paylat geyinməlidir. Bundan başqa, İtaliyada Yeni il gecəsi bəzi möcüzələrin baş verdiyinə də inanırlar. Bunlardan bir çoxu su ilə bağlıdır. Əfsanəyə görə, yerli çayların birində gecə yarı çayda suyun axarı dayanır və o, qızıla dönür. İtalyanlar Yeni il gecəsi salxımda qurudulmuş üzüm yeyirlər. Guya belə edəndə qarşıdan gələn il bolluq içində keçir, adam çoxlu pul qazanır. Hətta bayram günü hazırlanan yeməklərdə də pulla bağlılıq var. Yeni il gecəsi yumurta və mərci hazırlanr. Çünki onlar qızıl sikkələri xatırladır.

İspaniya və Portuqaliyada da üzüm salxımını bolluq, sağlamlıq rəmzi hesab edirlər. Ona görə  gecə yarı saat hər dəfə vuranda üzüm giləsinin birini yemək lazımdır. Bu vaxt ürəkdə arzu tutsan, çin olmaq şansı yuxarıdı.

Bolqarıstanda öpüş dəqiqələri…
Bolqarıstanda qonaqlar bayram süfrəsinə əyləşəndən sonra bütün evlərdə üç dəqiqəliyə işıq sönür. Qaranlıq dəqiqələr öpüş dəqiqələri adlanır. Həmin an baş verənlərin sirrini isə qaranlıq qoruyub saxlayacaq. Yeni il ərəfəsində zoğal çubuqları alınır. Bu da bayramın vacib atributlarından biridir. Yanvarın birində uşaqlar bu çubuqla doğmalarına toxunaraq onların bayramını təbrik edirlər. Bayram süfrəsində kiminsə asqırmağı da yaxşı hal hesab olunur.

İngiltərədə adətə görə, gecə yarısı evin arxa qapısı köhnə ili yola salmaq üçün, ön qapısı isə Yeni ili evə buraxmaq üçün açılır.

Şotlandiyada evə kimin birinci girməsi şərtdir
Şotlandiyada Yeni il bayramı Xoqmani adlandırılır. Adətə görə, gecə qətran çəlləkləri yandırır, onları küçədə yuvarlayırlar. Bununla köhnə ili yandırıb yeni ili dəvət edirlər. Şotlandların fikrincə, Yeni ilin necə olacağı evə ilk olaraq kimin girməsindən asılıdır. Əgər evə qara saçlı kişi girsə, Yeni il uğurlu olacaq. Bu adət «ferst futinq» adlandırılır. Saat on iki tamam olanda ev yiyəsi qapını açır. Bu köhnə ilin çıxması, Yeni ilin gəlməsi üçündür. Bayram günü evə gələn hər bir qonaq bir qaşıq sıyıq yeməli və bir qurtum el içkisi içməlidir. 

Britaniyada Yeni ildə ənənəvi olaraq punş içilir. Hind dilində tərcümədə «pənc» - beş adlanan bu içkinin tərkibində beş komponent var. Onlardan ikisi alkoqollu, üçü isə alkoqolsuz olmalıdır. Bundan əlavə, Yeni il gecəsi süfrədə yemək bol olmalıdır ki, qarşıdan gələn il bərəkətli olsun.

Uelsdə fermerlər Yeni il günü məhsul yığımında onlara kömək edən hər kəsi qonaq etməlidir. Bunun üçün pudinq, qoğal, kebben pendiri, qaz, bifşteks və piroq hazırlanır. Qoğal bişirilərkən sınmamalıdır. Çünki bu, pis adət sayılır.

Birma və Tailanda Yeni ilin gəlişi ən isti vaxta təsadüf edir. Onun gəlişini su festivalı ilə qeyd edirlər. Hamı bir-birinin üstünə su səpir. Bu, Yeni il münasibəti ilə təbrik hesab edilir.

Vyetnamda hesab edirlər ki, Yeni ildə evə birinci kimin girməsinin böyük əhəmiyyəti var. Bu səbəbdən  bayram yalnız sınaqdan çıxmış adamlarla qarşılanır. Adətə görə, bayram gecəsi suya karp balığı buraxmaq lazımdır. Rəvayətə görə, bu balığın belində yaşayan «Allah» Yeni il gecəsi göyə qalxır və yerdə baş verənlər barədə məlumat aparır.

Yunanıstanda qonaq gedərkən özləri ilə daş aparıb və ev yiyəsinin qapısında yerə atırlar. Uşaqlar isə sobanın yanında başmaq qoyub, ora atılacaq hədiyyəni gözləyirlər.
Hindistanda Yeni il müxtəlif cür qeyd olunur. Ölkənin şimalında yaşayanlar evlərini ağ, cəhrayi və bənövşəyi, mərkəzdə yaşayanlar isə narıncı güllərlə bəzəyirlər.

Kubada bokalları su il dolduran adamlar gecə yarı onu pəncərədən bayıra atırlar. Bu, Yeni ilin xoşbəxtliklə başa çatacağına zəmanət hesab edilir. Maraqlıdır ki, Kubada gecə yarısı saatlar 11 dəfə vurur. Çünki 12-ci zəng artıq Yeni ilə düşür. Bu səbəbdən saatlara «istirahət verilir».

Monqolustanda bayram günü idman yarışları keçirmək adət halı alıb.

Panamada Yeni il gecəsi səs salmaqla əcinnələri qorxudurlar.

Rumıniyada isə keçi paltarı geyinərək mərasim  rəqsləri ifa olunur.

Fransada isə ən yaxşı bayram hədiyyəsi…  təkər hesab olunur.

Yaponiyada bu bayram düz on gün qeyd olunur. 31 dekabr gecə saat on ikiyə qədər hər yerdə iş saatıdır. Əvəzində bayramdan bir həftə əvvəl və üç gün sonra heç yer işləmir. Bayram günü qapının ağzına samandan hörülən ip çəkərək əcinnələri qovurlar. Evin qapısında qoyulan bambuk və şam ağacı isə uzun ömürlülüyün rəmzi sayılır. Bayram gecəsi ölüm, şeytan və bir sıra heyvanlar barədə danışmaq olmaz. Əgər uşaq bilmədən bunu etsə, valideyinləri onun ağzını ayində işlədilən xüsusi parça ilə silir. Digər ölkələrdən fərqli olaraq, yaponlar Yeni ili gecə yox, gün çıxarkən qarşılayırlar.
Ən ekzotik Yeni il isə Avstraliyada keçirilir. Bayramın isti yay fəslinə düşməsi səbəbindən Şaxta baba çimərlik paltarında gəlir. Amma onun geyimində ağ saqqal və qırmızı papaq da mütləq atributdur. Bu papaqda balaca zənglər olur. Argentinada iş yerlərində köhnə sənədləri pəncərədən çölə atırlar.

Braziliyada bayram günü çimərliklərdə minlərlə şam yandırılır. Uzun paltar geyinən qadınlar suya gül ləçəkləri səpir.

Danimarkada evdə şam ağacı qurmaq qadağandır.

Keniyada Yeni ili suyun içində qarşılayırlar. Adamlar bir-birinin üstünə su çiləyir.

Kolumbiyada köhnə ilin rəmzi olan gəlinciklər düzəlir, onları evdən xeyli aralıda atırlar.

Meksikada içində meyvə və su olan saxsı qablar sındırılır.

Norveçdə hədiyyələri keçidən gözləyirlər.

ABŞ-da isə Yeni ilin ilk günü futbol yarışları (Amerika futbolu) keçirilir.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  hacıyev  müsabiqə  bəxtiyar  turkey  faciə  sual  20  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  azeriblog  bakı  osmanlı  allah  soyqırım  xocalı  prezident  abş  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  türkiyə  ilham  tragedy  allahın-varlığı  football  mobil  eurovision  ceyhun  əlihan-səmədov  dünyanın  tolerance  suallar  insan 

Müxtəlif