Reklam verin!

Qanunun “hicablı” maddəsi

Məsələyə birbaşa girəcəyəm. Bu dəfə hicabla bağlı yazmağa çalışacağam. Srağagün Milli Məclisdə müzakirəsi başlanan “Təhsil haqqında” qanun layihəsinə qadınların təhsil müəssisələrinə başörtüsü ilə girmələrini qadağan edən 11.1.8-ci maddənin salınması Azərbaycana yaraşmayan bir fakt oldu.

Başda Milli Məclisin Sədri Oqtay Əsədov olmaqla bir sıra deputatların həmin maddənin layihədən çıxarılması barədə təklifləri bu səhvin aradan qaldırılması istiqamətində atılan müsbət addım olsa da, bu məsələnin müzakirə olunması belə istənilən halda məyusedicidir.
Məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. Əvvəla, bu, demokratik prinsiplərə uyğun gəlməyən maddədir və konstitusiyamıza ziddir. Ona görə də qanunla kimin necə, hansı formada paltar geyinməsini müəyyənləşdirmək doğru deyil.
Digər tərəfdən, layihəyə salınan sözügedən maddə yalnız dini geyimlərdə təhsil müəssisəsinə girməyi qadağan edir. Belə çıxır ki, kimsə açıq-saçıq formada məktəbə daxil ola bilər. Madam söhbət məktəb formasının tətbiqindən gedir, onda bu, hər kəsə şamil olunmalıdır. Qanunu birinə şamil edib, digərini qanundan kənarda qoymaq ədalətli deyil.
Biz dünyəvi dövlət olsaq da, əhalimizin 90 faizindən çoxu müsəlmandır. Bu göstəricini nəzərə aldıqda, hicabla bağlı qadağanın qanunlaşdırılmasının məntiqsizliyi daha aydın görünür. Başı örtməyin dünyəvilik prinsipinə zidd olduğunu iddia etmək hər halda ciddi bir qərəzliliyin nəticəsidir. Ən azı ona görə ki, dünyəvilik prinsipi demokratiyaya zidd deyil. Ən böyük dünyəvilik elə demokratiyadan qaynaqlanır.
Təbii ki, “şagirdlər və ya tələbələr təhsil müəssisələrinə hicabla getməlidirlər” iddiasında deyiləm. Sadəcə olaraq, dini əqidəsinə görə vətəndaşlar arasında ayrıseçkilik etməyin doğru olmadığını izah etməyə çalışıram. Bu, Azərbaycanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Bir anlıq təsəvvür edin: hicabla məktəbə getmək qadağandır. Dini əqidəsinə bağlı hicablı bir tələbə qız sırf əqidəsindən dolayı oxuduğu ali məktəbdən uzaqlaşdırılır. Bunun ölkə daxilində narazılıqla qarşılanacağı, faktın müxtəlif siyasi niyyətlər üçün istifadə ediləcəyi, provokasiyalara zəmin hazırlayacağı qaçılmazdır. Bundan başqa, beynəlxalq təşkilatlar (ki bu təşkilatların əksəriyyəti xristian birlikləridir) bizi anti-demokratiklikdə, insan hüquqlarını pozmaqda ittiham etməyə başlayacaqlar. Hansısa bir xristian ölkəsinin rəsmisi bizə irad tutacaq ki, “niyə öz müsəlmanına zülm etməklə onun ən adi hüquqlarını belə pozursan”. Bir müsəlman ölkə kimi bu suala cavab vermək çox çətin olacaq hər halda.
Türkiyə nümunəsinə diqqət yetirək. Qardaş ölkənin başörtüsü probleminə görə nələr çəkdiyini görürük. Türk mətbuatı, bəzi nüfuzlu QHT-lər, rəsmilər və siyasətçilər başörtüsü məsələsini sanki Türkiyənin ən böyük problemi kimi qələmə verib ölkəni qarışdırmağa çalışır, hətta hərbi çevrilişə hazırlaşırlar. Məhz hicab müzakirələrindən dolayı Türkiyə iqtisadiyyatına dəyən zərər yüz milyonlarla dollarla ölçülür. Mənəvi və psixoloji zərəri ölçmək isə mümkün deyil.
Sanki Azərbaycanda da eyni ssenarini gerçəkləşdirməyə çalışırlar. Belə başa düşmək də olar ki, qanunvericiliyimizə hicab probleminin toxumunu atmağa cəhd edən qüvvələr var. Bəlkə də onlar layihəyə bu barədə maddə salmaqla millət vəkillərinin, ziyalıların, siyasətçilərin, bir sözlə, ictimaiyyətin nəbzini yoxlamaq istəyirlər. Hər halda millət vəkillərinin sözügedən qadağanın qanundan çıxarılması ilə bağlı israrlarını ilkin reaksiya kimi qəbul edə bilərik.
Qanun hələ ki birinci oxunuşda qəbul olunub. Təhsil üzrə bu ali sənəd ciddi tənqidlərin müşayiəti ilə ikinci oxunuşa göndərildi. Ümid edirəm ki, məsələnin həssaslığını nəzərə alaraq, 11.1.8-ci maddə layihədən çıxarılacaq.

Natiq Pənahlı

Mənbə: http://www.zaman.az/site/?name=yazar&news_id=8038&yid=17


1
vusal_acemi yazıb:

Allaha aparan yol-u hec kes baglaya bilmez!!!!!!!!!!
( gozel yaziya gore minnetdaram)

Yanvar 17, 2008 18:48


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif