İlham Əliyev İlin Adamı seçilib
ANS teleşirkəti və Çingiz Mustafayev fondu prezident İlham Əliyevi ikinci dəfə İlin Adamı elan edib.
Telekanalın press-relizində deyilir ki, İlham Əliyev "2007-ci ildə əldə etdiyi 6 sanballı nəticəyə görə" layiq görülüb:

- Bir sıra aparıcı dövlətlərin müqavimət və təzyiqlərinə baxmayaraq, Bakı-Tiflis-Qars dəmiryol xəttinin təməlinin qoyulması;
- Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində yerinin möhkəmlənməsinin tərkib hissəsi olaraq, ölkə qazının Avropa bazarına çıxması;
- ABŞ və İran arasında xüsusilə gərginləşmiş münasibətlər fonunda yürütdüyü balanslanşdırılmış siyasət nəticəsində Azərbaycanı mümkün təhlükələrdən qoruması;
- Ölkədə və paytaxtda infrastruktur layihələrinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması, son qaçqın düşərgəsinin ləğv olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması;
- Ordu quruculuğunun uğurla davam etdirilməsi, hərbi sənaye kompleksinin işə düşməsi və ilk hərbi məhsulların istehsal edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab verməsi məqsədilə orduya ayrılan vəsaitin kəskin artırılması;
- Azərbaycanın ilk müstəqil teleradio şirkəti olan ANS-in fəaliyyətinin bərpası və lisenziyasının uzadılmasında oynadığı müstəsna rol, habelə həbsdə olan жurnalistlərin azadlığa buraxılmasına görə.



