Reklam verin!

"İRƏLİ"nin "e-mail attack" aksiyasına Gürcüstan və Litva gəncləri də qoşulacaq

İRƏLİ

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş  1990-cı il 20 yanvar hadisələrindən on səkkiz il keçir. Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edir.
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsini dərin hüznlə yad edərək, xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin on səkkizinci ildönümü münasibətilə Hərəkat üzvləri 19 Yanvar 2008-ci il saat 11:00-da Şəhidlər Xiyabanını ziyarət edəcəkdir. Daha sonra saat 13:00-dan 14:00-a kimi Hərəkatın “İnformasiya Texnologiyaları Deparatmenti” tərəfindən Gürcüstan və Litva gəncləri ilə birgə faciə ilə bağlı xüsusi hazırlanmış ingilis, fransız, italyan və alman dillərində məlumatların dünyadakı aparıcı ölkələrin hökümət rəhbərləri, konqresmen, atorlar, yüzlərlə beynəlxalq təşkilatların funksionerlərinə, ümumilikdə sayı 10.000-ə çatan elektron ünvana çatdırılması təmin ediləcəkdir. Onu da bildirək ki, Litva və Gürcüstandan olan gənclərin də aksiyaya qoşulması və qeyri-azərbaycanlılar tərəfindən həmin dövrün həqiqətlərinin, təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada da törədilən faciələrin tarixi ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması Aksiyanın əhəmiyyətini daha da artırır. Qeyd edək ki, məlumatların göndərilməsində Hərəkat gəncləri tərəfindən hazırlanmış və faciənin tarixindən bəhs edən video çarxdan da istifadə olunacaqdır. Daha sonra həmin video görüntülər internet vasitəsilə İRƏLİ TV-də yerləşdiriləcək.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif