Bakının Park Bulvarı / FOTO /
“Park Bulvar” sözün əsl mənasında Bakıda daşınmaz əmlakın tikilməsi sahəsində ən möhtəşəm layihələrdən biridir.
41,5 milyon ABŞ dolları dəyərində pәrakәndә ticarət mərkəzi, istirahət obyektlərini və pərakəndə ticarət nöqtələri əlavə etmәklә Bulvarın planının yenidən qurulmasına xeyli kömək edәcәk.
“Park Bulvar” ölkənin inkişafına qiymətli töhfə və onun vətəndaşlarına yeni iş yeri imkanlarını verәcәk. Layihənin icrası, tikinti dövrü ərzində hər gün 150, layihənin başa çatmasından sonra isə idarəetmə və xidmətetmə sahəsində proqnozlaşdırılan 300 daimi iş yeri təmin edәcәk.

Proqramda ətrafdakı ərazilərə geniş miqyaslı abadlaşdırılması işləri, o cümlədən piyadalar üçün Neftçilәr Prospektindən keçid təklif edilir.
İctimai – faydalı işlər proqramının bir hissəsi kimi, “Park Bulvar” ictimai tədbirlər və maarifləndirici layihələrdə sponsor qismində iştirak etmək və Bakı şəhərinin sakinləri ilə bilavasitə qarşılıqlı əlaqə yaratmaq niyyətindədir. Bu eyni zamanda, “Park Bulvar”ın şəxsi heyətinə, Bakının ən gözəl rayonlarının birində Mərkəzin açılmasına icazənin verilməsinə görə yerli ictimaiyyətə öz minnətdarlığını ifadə etmәyә imkan verəcək.






