Balaca Nuranənin doğum günü sevinci / VİDEO /
Bir müddət əvvəl, daha dəqiq desək 23 dekabr 2007-ci il tarixdə 9-cu sinif şagirdi Nuranə Bəylərova çox maraqlı bir məktub yazır. Özü də ölkə başçısı cənab İlham Əliyevə. Məktubun məzmunu çox maraqlıdır. 24 dekabrda doğum gününü qeyd etməyə hazırlaşan Nuranə ölkə başçısından ona kompüter hədiyyə etməsini xahiş edir. "Məsələ burasındadır ki, mənim də ad günüm 24 dekabrdadır. Mənim 15 yaşım tamam olur. Mən istəyirəm ki, Siz mənə kompüter bağışlayasınız".
Çox keçmir ki, çıxışlarında hər zaman "Mən hər bir azərbaycanlının prezidentiyəm" deyən ölkə başçısı İlham Əliyev balaca Nuranənin məktubuna cavab verir. Onun şəxsi göstərişi ilə 24 dekabrda, yəni İlham Əliyevlə eyni gündə anadan olan Nuranə Bəylərovaya fərdi kompüter hədiyyə edilir. Bu hədiyyəyə hədsiz sevinən balaca Nuranə öz sevincini belə ifadə edir.
P.S. Xəbərdə www.president.az saytının məlumatlarından istifadə edilib.



