Dünyanın on ən təhlükəli ölkəsi
Amerikanın "Forbes" jurnalı turistlər üçün təhlükəli olan 10 ölkənin siyahısını açıqlayıb. prian.ru saytının məlumatına görə, turistlərə həmin ölkələrə ya peşəkar mühafizəçilərin müşayiəti ilə səfər etmək, ya da ümumiyyətlə, ora getməmək tövsiyə olunub. Reytinq siyahısı "iJet Intelligent Risk Systems i Control Risks" adlı təhlükəsizlik təşkilatının məlumatları əsasında hazırlanıb. Bu zaman həmin ölkələrdə cinayətkarlığın səviyyəsi, nizamsızlıq, terrorçuluq, insanların oğurlanması, geosiyasi durum nəzərə alınıb. "Forbes"in dəyənləndirməsinə əsasən, turistlər üçün 10 ən təhlükəli ölkələrin sıralaması aşağıdakı kimidir:
1. Somali. Burada turistlər üçün təhlükə çox yüksəkdir. Ölkədə silahlı toqquşmalar, pul əldə etmək üçün insanların oğurlanması halları mövcuddur.
2. İraq. Terror aktlarının çoxluğu ilə əlaqədar turistlərin bu ölkəyə səfəri məqsədəuyğun sayılmır. Ölkənin insan həyatı üçün ən təhlükəli şəhərləri Bağdad, Tiqrit, Hill, Ramad və Mandlalidir.
3. Əfqanıstan. Burada da tez-tez terror aktları həyata keçirilir, əcnəbilərə qarşı hücumlar olur. Terrorçular əsasən paytaxt Kabulda fəaldırlar.
4. Haiti. Xüsusilə Port-o-Prins şəhəri təhlükəli sayılır. 2006-cı ilin fevralında bu ölkədə parlament və prezident seçkilərinin demokratik şəraitdə keçirilməsinə baxmayaraq, burada rahatlıqla odlu silah etmək olur, polislər arasında korrupsiya artır, məhkəmə sistemi bərbad vəziyyətdədir.
5. Pakistan. Paytaxt Kəraçi və Baluxistan şəhərlərində sərbəst hərəkət təhlükəlidir. Ötən ilin dekabrında ölkənin keçmiş baş naziri Bənazir Bhutto qətlə yetirilib.
6. Sudan. Turistlərin Darfur şəhərində terrorla üzləşmək riski böyükdur.
7. Konqo Demokratik Respublikası. Ən çox İturi rayonu təhlükəli hesab edilir.
8. Livan. Terror aktlarının çoxluğu səbəbindən bu ölkəyə də səfər etmək tövsiyə olunmur.
9. Zimbabve. Terror aktlarının sayı azalmaq bilmir.
10. Fələstin. Turistlərin həyatına real təhlükə var.



