Reklam verin!

Qrafik dizayna marağı olan şəxslərin nəzərinə

walpaper

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar Vətənpərvərlik mövzusunda II divar kağızı (wallpaper) müsabiqəsinə start verir. Müsabiqədə arzu edən hər bir kəs iştirak edə bilər. 

Müsabiqənin şərtləri :

*  Hər bir iştirakçı müsabiqəyə maksimum 3 əsərlə qatıla bilər,

*  Təqdim olunan işlər 1280 x 1024 piksel ( 300 res. ) ölçüdə və JPG formatında olmalı,

*  Müəllif hüquqlarının təminatı kimi təqdim olunan işlər onların hazırlandıqları proqramların formatında saxlanılaraq göndərilməlidirlər ( PSD, CDR və s. )

Təqdim olunmuş əsərlər peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən olunacaqdır. Qaliblər pul mükafatı və diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunacaqlar.

Bütün təqdim olunmuş əsərlər Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş sərgidə nümayiş olunacaq, onların AZNET-də yayılması təşkil olunacaq, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət CD-lər dövlət qurumlarına, qeyri-hökümət təşkilatlarına, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına paylanılacaqdır.

İşlərinizi fevral ayının 21-dən gec olmamaq şərti ilə

wallpaper_az@yahoo.com ünvanına göndərin

MÜSABİQƏNİN DİGƏR DETALLARI HAQQINDA ƏN YAXIN GÜNLƏRDƏ MƏLUMAT VERİLƏCƏKDİR.

Vətənpərvərlik mövzusunda I Wallpaper müsabiqəsi :
 

 

 

http://www.ireli. az/cgi-bin/ datacgi/database .cgi?file= News&report=SingleArticl e&ArticleID=0063



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha