Reklam verin!

Bəxtiyar Hacıyevin cavabları / 4-cü hissə /

Soltan soruşur:

Bəxtiyar, həyatda bir dəfə də olsa, "kaş bunu etməyəydim" dediyin an olubmu? Əgər olubsa və əgər sirr deyilsə, nə olub?

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Soltan bəy,

Çox güman ki, hər bir insanın həyatında belə anlar olur. Mənim də həyatımda çox olub belə məqamlar. Lakin mən hər dəfə belə anlardan vəziyyəti düzəltməyə çalışmışam. Ən böyük “kaş ki etməyəydim” yaxud “kaş bunu edəydim” dediyim məqamlardan birini yaza bilərəm. 2000-ci ildə fizika olimpiadasında iştirak etdiyim İngiltərənin Leicester Universiteti olimpiada iştirakçıları və qaliblərinə təqaüdlə oxumaq təklif edirdi. İlk il sənədləri vaxtında təqdim edə bilməmişdim. Növbəti il düşündüm ki, orada təhsilə başlasam yenidən birinci kursda oxumalı olacam, bir il gec bitirəcəm ali məktəbi və həyata bir il gec atılacam.

Nəhayət, sənəd verməmək qərarına gəldim. Sonradan hər dəfə Bakı Dövlət Universitetində təhsil zamanı çətinlikləri, təhsilə maraqsızlığı, sıxıcı dərsləri, müəllimlərin 4-cü kurs tələbələrini döyməsini,  xanım tələbələrin gülümsədiyinə görə təhqir edilərək auditoriyalardan çıxarıldığını, dekan müavinlərimizdən hərhansı bir problemin həll olunmasını istədikdə “heç olmasa 50 dollar da verməyə imkanın yoxdur?” deməsini görəndə Leicester Universitetində keçirdiyim bir neçə dərs, təxminən yarım aylıq müddət, professorlarla müəllimlərin səmimi zarafatı, birlikdə yemək yeməkləri, interaktiv dərs metodları, maraqlı tələbə həyatı yadıma düşəndə “kaş bir ilə görə bu imkandan imtina etməyəydim” deyirdim.    

Mamed soruşur:

Salam.

T
ehsilinizi bitirdikden sonra planiniz nedir ?

Amerikda yaxshi ish teklifi alacaqsiz boyuk ehtimal. Bunun eksine Azerbaycanda Orda oyrendiklerinizi maneasiz tetbiq etme imkaninizin olacagi az ehtimallidir, yeni buna uygun dovlet ishine celb olnma chetindir + cemiyyetde geden prosesler dovlet nezaretindedir (en zeif teshebbusler yerindece bogulur.)
Arxasi olmayan bir chox KSG mezunlari muxtelif shirketlerde chalishirlar. (msln Ramin Isayev, Fuad Akhundov , sonuncu hetda Canadaya kochub)

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Mamed bəy,

Bilirsiniz ki, təhsil haqqımın bir hissəsini Amerika banklarından götürdüyüm kreditlə(loan) ödəyirəm. Təhsilimi bitirdikdən sonra çox güman ki, o kreditləri ödəmək üçün bir müddət Qərb ölkələrinin birində çalışmalı olacam. Yaxınlarda Vaşinqtonda bir neçə qurumla görüşlərim oldu, artıq yaxşı təkliflər var. Demək olar ki, hər həftə bizimlə müxtəlif dövlətlərdən gələn özəl, dövlət, qeyri-kommersiya təşkilatlarının nümayəndələri görüşür və işlər təklif edirlər. Dövlət qurumlarımızdan maraqlanan olsa, dövlət qurumlarında da çalışa bilərəm. Təbii ki, oxuduqlarımı tətbiq edəcəyim işlər olmalıdır.

Ataxan soruşur:

Bextiyar yashidlarinla muqayisede ugurlarin kifayet qederdi. Sence seni yashidlarindan ferqlendiren esas xususiyyet nedir? Bir de sen oz fealiyyetinin pik noqtesini harda gorursen?

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Ataxan bəy,

Yaxınlarda psixologiya ilə bağlı oxuduğum kitablardan birində belə bir başlıq var idi: Anger brings anger – qəzəb qəzəb gətirər. Mən həmin başlıqdan istifadə edib demək istərdim ki, uğur uğur gətirər.

1998-ci ildə özəl məktəblər arasında Türk dili və ədəbiyyatı ilə bağlı bir müsabiqə təşkil olunmuşdu. Mən o zaman 8-ci sinifdə oxuyurdum. Bizim məktəbdən və digər məktəblərdən 10-cu və 11-ci sinif şagirdləri o müsabiqədə iştirak etməli oldular. Müəllimlərimdən biri mənə bir neçə kitab verib bunları bitirəcəyim təqdirdə birinci ola biləcəyimi, mənə inandığını dedi. Mən gecə-gündüz o kitabları oxudum, testləri etdim, yenidən oxudum, sualları cavablandırdım. Bir neçə mərhələdən ibarət müsabiqənin yekununda birinci yerə layiq görüldüm. Növbəti il məktəbimizdə digər bir müəllim Respublika fənn olimpiadalarına hazırlaşıb, dünya olimpiadalarında iştirak edə biləcəyimizi, qalib gələ biləcəyimizi dedi. Mənimlə birgə oxuyanlar arasında kifayət qədər istedadlı, zəkalı, bacarıqlı dostlarım var idi. Onlar arasında “biz bacarmarıq, biz hələ respublika olimpiadasına seçilə bilmirik, Azərbaycan heç bu fənn üzrə dünya olimpiadasında iştirak etmir, seçilsək də yer tuta bilmərik”  və s. kimi cavablar eşidirdim. Həmin ərəfədə Dale Carnegienin bir kitabını oxuyurdum. Kitabda bəzi qərarlar verəndə ən pis halda nə itirəcəyimizi, ən yaxşı halda nə qazanacağımızı müqayisə etməyin lazım olduğu yazılırdı. Mən düşündüm ki, ən pis halda bir neçə saat az futbol oynayacam, bir neçə saat az boş vaxtım olacaq, bir neçə saat az yatacam, bayramlarda, tətillərdə valideynlərim və qohumlarımla bir neçə gün qala biləcəm birlikdə. Ən yaxşı halda isə ölkəmizi dünyada təmsil edib, nailiyyət qazanmaqla digərlərinə də yol aça bilərəm. Artıq bir zamanlar respublika olimpiadalarında təmsil olunmayan məktəbimizin şagirləri dünya olimpiadalarında məndən dəfələrlə çox uğur qazanırlar. Lakin elə istedadlı məktənlilər də var ki, hələ də “olmaz, bacarmaram, alınmaz” ifadələri ilə özlərinə süni sərhədlər qoyurlar.

Mən uğurla bağlı bunu düşünürəm: İnsan hara getmək istədiyini, nə əldə etmək istədiyini, hədəfi müəyyənləşdirməlidir. Daha sonra əldə etmək istədiyini əldə edəcəyinə inanmalıdır, ən vacib olan hissi- daxili inamı yaratmalıdır özündə. Sonra qarşısına çıxan kiçik problemləri getmək istədiyi və əldə etmək istədikləri yolunda kiçik maneələr olaraq görüb o problemləri həll etməli, üzləşdiyi çətinliklərə mətinliklə dözməlidir və israrla addımlamalıdır.

Belə bir məşhur kəlam var: Bizim böyüklüyümüz heç  yıxılmamağımızda yox, hər dəfə yıxıldıqdan sonra ayağa qalxmağımızdadır.

Uğurlu olmaq üçün hədəf müəyyənləşdirib, israrla və inamla o hədəfə doğru getmək, yıxıldıqda yenidən ayağa qalxıb addımlamaq lazımdır.

Gunel soruşur:

Bu bir az shexsi sual olacaq, amma ichimden geldi sorushmaq isteyirem. Bextiyar, Azerbaycan qizlarinda onem verdiyin, qiymetlendirdiyin ve onlarda gormek istemediyin xususiyyetler nelerdir?

Deyirsen hem dalgada, hem de irelide kifayet qeder dostlarin var. Sence dalgadaki gencler ideala daha yaxindir, yoxsa irelidekiler?

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Günel xanım,

1)       Birinci növbədə tərbiyə, təhsil, dünyagörüşü, səmimiyyət, vətənpərvərlik. Görmək istəmədiyim xüsusiyyətlər də çoxdur, lakin cavab xətrinə birini yaza bilərəm – təmbəllik : )


2)      
DALĞA GH və İRƏLİ GH olan tanışlarım və dostlarıma insan və fərd kimi qiymət verirəm. Hər bir tanıdığım gəncdə olduğu kimi, onlarda da kifayət qədər müsbət cəhətlərlə yanaşı, razılaşmadığım və bəyənmədiyim tərəflər olur. Mən hər dəfə onlarla şəxsi söhbətlərim zamanı bəyəndiyim xüsusiyyətlərini təqdir etdiyim kimi, bəyənmədiyim tərəfləri ilə də bağlı fikrimi bildirirəm.

İdeal anlayışı bir az nisbi anlayışdır. Sizin idealınızla, mənim idealım, bir Dalğaçı ilə İrəliçinin idealı eyni olmaya bilər. Məncə onların hər biri həyatlarında öz ideallarına daha yaxındırlar və yaxınlaşmağa davam edirlər.  

 

vs soruşur:

Salam Bextiyar,
Men hal-hazirda Komputer Muhendisliyi ixtisasi uzre Azerbaycanda tehsil aliram.(bakalavr,3.kurs)
Inshallah gelen il universiteti bitireceyem.Masteri xarici olkelerden birinde almagi dushunurem.Amma bir terefden de dushunurem ki,xarici olkede serf edeceyim iki ile men Azerbaycanda ozume kifayet qeder yaxshi karyera qura bilerem.
Her iki halda da yeterince ugurlu olacagima inandigim uchun qerar vermekde chetinlik cekirem.
Bilmek isterdim "Public Service" noqteyi nezerinden ve umumiyyetle daha meslehetli addim hansidir?
Teshekkurler!

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Vs,

Eyni səhvi mən etmişdim və yuxarıdakı suallardan birinə verdiyim cavabda hansı səhv etdiyimi görə bilərsiniz. İnsan normal təhsili olmadan qısa müddətdə həyata atılmağı, karyera qurmağı düşünür. Təhsilinizi davam etdirməmiş iş həyatına atılsanız, ola bilər ki, ilk illərdə sürətlə bir neçə pillə keçəcəksiniz karyeranızda. Sonradan görəcəksiniz ki, müəyyən bir həddən sonra olduğunuz yerdə qalmağa başlayırsınız. Çünki, zaman keçdikcə hər şey dəyişir, yeni biliklər, yeni kadrlar meydana çıxır. Siz 4 illik bakalavr biliyiniz və bir neçə illik sıravi iş təcrübənizlə artıq işə götürənlər üçün maraqlı olmursunuz. Xaricdə təhsil almağınız iş sahəsində sizə marağı artıracağı kimi, başqa bir ölkədə yaşamağa görə müxtəlif bacarıqlar, dünya görüşü, yeni biliklər, tanışlar qazandıra bilər. Eyni zamanda bu sizə daha böyük karyera qapıları aça bilər.

İctimai xidmət baxımından da daha bacarıqlı kadr olaraq xalqınıza xidmət etməyiniz, xaricdə təhsil aldığınız müddətdə ətrafınızda, yaşadığınız ölkədə, şəhərdə, təhsil aldığınız universitetdə ölkəmizlə bağlı fəaliyyətdə olmağınız daha yaxşı olar.  Bu sadəcə mənim şəxsi fikrimdir. Seçim sizindir.

 

Chinare soruşur:

Bextiyar salam. Bu gun Bakida genclerimizin ekseriyyeti teleseriallara baxir, hetta "xestesi"dirler, desek yanilmariq. Senin teleseriallara munasibetin necedir? Xususile "Kurtlar vadisi"ne....

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Çinarə xanım,

Bilirsiniz ki, seriallar çəkilən zaman hadisələr elə qurulur ki, bölmələr elə məqamlarda sona çatır ki, tamaşaçı intizarda qalır, həyəcan keçirir, hadisələrin necə inkişaf edəcəyini düşünməyə başlayır. Sizin ifadə etdiyiniz kimi desək, bir xəstəlik yaradır. Birinci növbədə bu insanların vaxtını alır, daha faydalı məsələlərə ayrılacaq zamanı vətəndaşlarımız, xüsusi ilə gənclərimiz həyatda mövcud olmayan şəxslərin başına gələn hadisələri düşünməklə keçirirlər. Yəqin ki, seriallarda baş verənlərə görə ağlayanlar, əhvalı pis olanlar görmüsünüz həyatda. İkincisi, bir müddət teleseriallara baxan şəxslər özlərini serialların qəhrəmanlarına bənzətməyə çalışır, bir çox məsələdə qəhrəmanı özlərinə nümunə götürürlər.  Yəqin ki, hərhansı bir serial qəhrəmanının eynəyindən alan, daşıdığı çantadan daşıyan və bunları etiraf edən şəxslər də görmüsünüz.

Teleseriallarla bağlı məni narahat edən ən böyük məsələ isə uşaqların bu seriallara aludə olmasıdır. Bilirsiniz ki, serialların bir hissəsi günorta vaxtları efirə gedir və eyni zamanda Azərbaycan ailələrinin böyük əksəriyyətində uşaqların televiziyaya baxmasına xüsusi nəzarət sistemləri yoxdur. Seriallarda baş verən bir çox şey məktəb yaşlı uşaqların tərbiyəsinə, insan olaraq inkişafına pis təsir edir. Eyni zamanda onlarin gənc beyinləri müxtəlif faydalı biliklər, oxuduqları kitablardan əldə edəcəkləri məlumatlar, vətən, bayraq sevgisi əvəzinə müxtəlif serial qəhrəmanları ilə bağlı bilgilərlə dolur. Hətta televiziyalarımızda yayımlanan bir çox cizgi filminin də yayımlanmasını münasib görmürəm. Mən şəxsən bəzi kanalların rəhbərliyinə məktub yazıb bu barədə narahatçılığımı bildimişəm. Ümid edirəm ki, uşaqlarla bağlı məsələdə müsbət cavab veriləcək.

Seriallarla bağlı sonda bir məqamı da qeyd etmək istərdim ki, bəzən maarifləndirmək məqsədi ilə də müxtəlif seriallar çəkilir. Bu serialların izlənməsini normal qəbul etmək olar.

Samir soruşur:

Salam Bextiyar. Bugunlerde demek olar ki, Azerbaycan cemiyyetinin bir movzusuna cevrilmish 1918 ilde Azerbaycan Xalq Cumhuriyyetinin rehberlinin Irevan sheherini Ermenilere paytaxt kimi verilmesini senin munasibetini bilmek isterdim? Ikinci sual Irevan sheherinin ermenilere paytaxt kimi verilmesi niye mehz Cumhuriiyetin 90 illiyinde hakimiyyetin indi yadina dushub?

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Samir bəy,

Mən ixtisasca tarixçi olmadığıma görə dəqiq bir cavab verə bilməyəcəm bu barədə. Yəqin siz də qəbul edərsiniz ki, istər İrəvan xanlığının, istər Göyçə mahalının, istər Zəngəzur və digər bölgələrin qonşularımıza verilməsinə heç kim normal yanaşa bilməz. Mən ümid edirəm ki, tarixçilərimiz bu hadisələri araşdırıb obyektiv rəy verəcəklər. Öz daxilimizdən kimlərisə ittiham etməmək şərti ilə bu məsələnin nə vaxtsa araşdırılması yaxşı haldır. Ən azından həmin torpaqların bir zamanlar bizə məxsus olması ilə bağlı müzakirələr və tədqiqatlar başlayacaq.

Sualınızın ikinci hissəsinə yəni hakimiyyət nümayəndələrinin məhz indi yadlarına düşməsinin səbəbi ilə bağlı dolğun cavab verə bilməyəcəm. Ona görə ki, mən hakimiyyət nümayəndəsi deyiləm və niyə bu müzakirənin məhz bu il başlamaqları ilə bağlı onların əvəzindən danışa bilmərəm. Verəcəyim cavab şəxsi mülahizələrim ola bilər, düşünürəm ki, bu barədə kifayət qədər şəxsi mülahizə yürüdənlər var və sizin sualınızda da bu mülahizələrlə tanış olmağınız hiss edilir.

 

BƏXTİYAR HACIYEVİN CAVABLARI (1-ci hissə)

BƏXTİYAR HACIYEVİN CAVABLARI (2-ci hissə)

BƏXTİYAR HACIYEVİN CAVABLARI (3-cü hissə)

 ƏGƏR SƏN DƏ BƏXTİYARDAN NƏ İSƏ SORUŞMAQ İSTƏYİRSƏNSƏ, O ZAMAN GECİKMƏDƏN SUAL VER!!!

 BƏXTİYAR HACIYEV KİMDİR???

 



Şərh yazma qapalıdır.

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif