Reklam verin!

İRƏLİ gənclərimizə vətənpərvərlik ruhu aşılayır

İRƏLİ

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, tariximizin təbliği və qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixində qara ləkə kimi qalacaq, kütləvi və amansız qırğın aktının 16–cı ildönümü münasibətilə “İRƏLİ” ÜGH Gənclər və İdman Nazirliyi ilə birgə Vətənpərvərlik mövzusunda  II divar kağızı (wallpaper) sərgisi təşkil edir.

Müsabiqəyə təqdim olunmuş əsərlər 25 Fevral 2008–ci il saat 11:00-da Səttar Bəhlulzadə adına sərgi salonunda ( Bakı, Hacıbəyova küç 27) Xocalı soyqırımının 16–cı ildönümünə həsr olunmuş sərgidə nümayiş olunacaq. Qeyd edək ki, bir ay bundan əvvəl elan olunmuş müsabiqəyə 100-dən artıq iş təqdim edilmişdi. Həmin gün sərgidə 50 seçilmiş divar kağızı (wallpaper) nümayiş etdiriliəcəkdir. Nümayiş olunan əsərlər peşəkar münsiflər tərəfindən qiymətləndirilərək qaliblər müəyyən olunacaq və mükafatlar təqdim olunacaqdır. Müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət disklər dövlət qurumlarına, qeyri–hökumət təşkilatlarına, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına paylanacaqdır. 

Faciənin ildönümü ilə bağlı həmçinin Hərəkatın ”İnformasiya texnologiyaları” departamenti tərəfindən  26 Fevral 2008–ci il saat 11:00-dən başlayaraq xüsusi hazırlanmış ingilis, fransız, italyan və alman dillərində məlumatların dünyadakı aparıcı ölkələrin hökümət rəhbərləri, konqresmen, senatorlar, yüzlərlə beynəlxalq təşkilatların funksionerlərinə, ümumilikdə sayı 10.000-ə çatan elektron ünvana çatdırılması təmin ediləcək. Qeyd edək ki, məlumatların göndərilməsində Hərəkat tərəfindən hazırlanmış və faciənin tarixindən bəhs edən video çarxdan da istifadə olunacaqdır. Daha sonra həmin video görüntülər internet vasitəsilə İRƏLİ TV-də (www.youtube.com/irelitv) yerləşdiriləcək.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha