Reklam verin!

Bakıda Analıq Məktəbi

Əziz xanımlar! 

Bakıda ilk Analıq Məktəbi artıq fəaliyyət göstərir. Analıq Məktəbində 10 dərsdən ibarət təlim kursu zamanı xanımlarımıza reproduktiv sağlamlıq, hamiləlik, doğuş, sağlam analıq, laktasiya, körpəyə düzgün qulluq barədə əsaslı və ətraflı məlumat veriləcək. Avstraliya və Britaniyadan gətirilmiş müasir tələblər cavab verən ləvazimatla təchiz olunmuş Analıq Məktəbində doğuşa hazırlıq üçün praktiki məsləhətlər də veriləcək.  
Dərslər Azərbaycanın peşəkar həkimləri tərəfindən aparılır. Kursların təşkilində Almaniya və Polşa peşəkarlarının təcrübəsindən istifadə olunub.

ana və uşaq

Eyni zamanda Analıq Məktəbinin məzunlarına Azərbaycan dilində İLK DƏFƏ nəşr olunan “Qadın Sağlamlığı Ensiklopediyası” hədiyyə olaraq veriləcək. Ensiklopediya peşəkar həkimlər tərəfindən təsdiz olunmuş məsləhətlər, qadın reproduktiv sağlamlığı, hamiləlik, doğuş, uşağa qulluq və s. kimi lazımi məlumatları əhatə edən vəsaitdir.
 
DİQQƏT! Analıq Məktəbində iştirak PULSUZDUR. İştirak üçün yerlər məhdud olduğundan xahiş olunur, yalnız bütün kursda (1 ay) iştirak edə bilən xanımlar müraciət etsinlər.
 
Hamilə xanımlara üstünlük veriləcək!!!
 
Növbəti qrupa qeydiyyat 08 MART 2008-ci il tarixinə qədər açıqdır.
 
Ətraflı məlumat və qeydiyyat üçün 

(+99412) 408 40 44;
(+99450) 630 99 36 nömrələrinə zəng edin.
 
Ünvan:
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti
Bakı, Xətai rayonu
Afiyəddin Cəlilov küç. 26, mən. 98 (3-cü mərtəbə)


1
Esmanurum yazıb:

Ne kadar güzel.Baküde böyle şeyler çok çok az ve de ihtiyaç var diye düşünüyorum.

Mart 6, 2008 13:36


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif