Reklam verin!

Dünyanın ən bahalı məscidi

ən bahalı məscid
Dünyanın ən böyük üçüncü məscidi olsa da, ən böyük qübbəyə və ən böyük xalıya malik olan bu məscid bahalı mərmərdən inşa edilib və 545 milyon dollara başa gəlib.

Abu Dabidə inşa edilən bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu sayılan Şeyx Zayed bin Sultan Əl Nayanın adını daşıyır.

Məscidin xüsusiyyətləri:

Dünyanın ən böyük qübbəsinə malikdir, hündürlüyü 75 metrdir.

Dünyanın ən böyük xalısıyla örtülüb. İranın Xorasan bölgəsində 1200 qadın tərəfindən 2 ildə toxunan xalının çəkisi 45 ton ağırlığında, həcmi isə 6 min kvadrat metrdir. Qiyməti 8,5 milyon dollar olan bu xalının üzərində 9 000 insan ibadət edə bilir.

Dünyanın ən böyük kristal çılçırağına sahibdir, çılçıraq xüsusi sifarişlə Almaniyada hazırlanıb, hündürlüyü 10 metr, qiyməti 8 milyon dollardır.

Döşəmə tamamilə italyan mərmərilə örtülüb.

İrili-xırdalı 82 qübbəsi var. Hər biri 107 metrə hündürlüyündə 4 minarəsi olan bu məscid bayırdan 98, içəridən isə 1048 sütun üzərində inşa edilib.

Məscidin bir çox yerində böyük plazma ekranlar yerləşdirilib, bununla da məscidin hər yerindən xütbəni canlı izləmək mümkündür.

ən bahalı məscid



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif