Bizim qonaq (2)
Hörmətli dostlar!
Növbəti qonağımız İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi, Gənclər Parlamentinin spikeri Ceyhun Osmanlıdır. Suallarınızı bu gündən etibarən ünvanlaya bilərsiniz.
Salam Ceyhun,
Gənc həmyaşıdlarınla səmimi ünsiyyətə çıxmağını təqdir edirəm. Həm bir çox gənci birləşdirən İRƏLİ hərəkatının təsisçisi kimi, həm Gənclər Parlamentinin spikeri kimi, həm də adi bir Azərbaycan gənci kimi aşağıdakı suallara səmimi cavabını bilmək istərdim:
1) Səncə, Azərbaycanda həbs olunan jurnalistlər doğurdanmı yazılarna və fikirlərinə görə yox, xuliqanlıqlarına, narkotik vasitələrin istifadəsinə görə həbs ediliblər?
2) Sizin hərəkat şəhərin mərkəzi küçələrində, meydanlarında, salonlarında bayraqlarla, şarlarla, şüarlarla, rahat yürüşlər keçirir, konkret bir siyasətçini dəstəklədiyini bəyan edə bilir. Bu imkan nəinki digər gənclər təşkilatlarına, ən böyük siyasi partiyalara da verilmir. Bu səni narahat edirmi?
3) Azərbaycanda dövlət məktəblərində və dövlət universitetlərində verilən təhsilin səviyyəsi səni qane edirmi? Edirsə, nəyə görə? Etmirsə, problem haradadır? Niyə bizim orta və ali məktəblər heç olmasa normal səviyyədə təhsil verə bilmir?
4) Azərbaycanda hərhansı bir sahəyə rəhbərlik edən məmurlardan kiminsə fəaliyyətinin qənaətbəxş olmadığını düşünürsənmi? Səncə onlar əvəz edəcək gənc kadrlarda hansı yeni şəxsi keyfiyyətlər olmalıdır?
5) Təhsilin və təhsillə bağlı dövlət proqramlarınn siyasiləşdirilməsinə, müəyyən gənclərin müstəqil fikirli qalmaq arzusuna görə dövlət proqramlarından məhrum edilməsinə münasibətin necədir? Ümumiyyətlə, Azərbaycan gənclərinin neçə faizi müstəqil fikirli və müstəqildir? Növbəti sualları sonra soruşaram. Əvvəlcədən minnətdaram.
Mart 9, 2008 4:05
Salam Ceyhun. Xahish edirem sualima cox semimi cavab verasiniz. Ireli Gencler Herekati heqiqetenmi 2008-ci il prezident seckileri ucun hakimiyyet terefinden yaradilmish bir gencler herekatidir?
Mart 11, 2008 13:32
Salam Ceyhun Osmanli,
Suallarim size primitiv gorunse de ama cavab isteyirem.
1) Siz herbi xidmetde olmusunuzmu?olmusunuzsa hansi regionda? olmamisinizsa niye?
2) Sizce Monarxiya, asristokratiya,xalq idareetmesi, tiraniya, oliqarxiya,demaqoqiya - hansi dovlet idare etmesi olmalidir ve niye sechmisiniz? onu da izah edin
3)umumiyyetle hansi edebiyyatlari oxuyursuz?axirinci oxudugun edebiyyat hansidir ve yazari kim olub?
4)Bo$ vaxtinizi nece deyerlendirirsiz?gundelik qrafikiniz necedir?
Mart 12, 2008 1:17
Salam. Eslinde suallar coxdu amma bir necesini verim.
1) Indiye geder hansisa bir jurnaliste garsi edilen hagsizliga shexsiniz adindan, Ireli teskilati ve Gencler Parlamenti adindan etiraz etmisiniz mi?
2) Indiye geder hansisa bir grup gence veya gencler teskilatina garsi edilen hagsizliga shexsiniz adindan, Ireli teskilati ve Gencler Parlamenti adindan etiraz etmisiniz mi?
3) Ireli teskilati beyennamesinde geyd edir ki, prezidentin dest xettini destekleyir. bilmek olar ki, bu sadece indiki prezidentin dest xetti ile baglidi? Bes sizce hazirki prezidentin ne vaxtsa seckilerle meglub olma ehtimali var mi? ondan sonra da indiki prezidenti destekleyeceksiniz mi? meglub olarsa yerine gelecek olan namizedin hansi ustun keyfiyyetleri (shexsi veya idareetme usulu) olmalidir?
4) fealiyyetiniz genclik teskilatlari ile baglidi. bu genclik teskilatlari hokumetin veya rejimin gezebine tus gelse, hansi addimlari atardiniz?
5) Inflyasiya ile bagli nagillari cox esidirik hokumet resmilerinin dilinden. Sizce olkede inflyasiya idxal olunur yoxsa yuksek vezifeli memurlarin sektorlararasi monopoliyasi neticesinde yaradilir? Igtisadi azadlig indeksinde irelilemek ucun ne etmeliyik?
Mart 12, 2008 13:42
Salam Ceyhun muellim. evvelce sizi QHT-lere dovlet desteyi shurasina sechilmeyiniz munasibetile tebrik edirem. ugurlar arzulayiram.
1. Maraqlidir, siz namizedliyinizi vermeseydiniz kime ses vererdiniz?
2. Shura fealiyyete bashlayandan sonra orda edaletli qerarlar qebul edileceyine inanirsizmi?
3. Siz evveller Gencler Teshkilatlari Milli Shurasinda fealiyyet gosterirdiz, ozu de mesul vezifede bash katib. maraqlidir, ordan niye ayrildiz? deyilene gore sedrle aranizda narazichiliq yaranibmish, hetta insident de olub
4. Gencler sektorunda ne vaxta kimi qalmagi dushunursuz?
5. Bezi adamlar vezifeye teyin olunsalar da QHT sektorundan ayrila bilmirler. Maraqlidir Ceyhun Osmanliya vezife verseler, gencler sektorundan ayrila bilecekmi?
5.
Mart 19, 2008 15:52
Salamlar, Ceyhun bəy. 2006-ci ildə 28 May və Rəşid Behbudov küçələrinin tinində avtomobil tıxacı olmuşdur. Buna səbəb yol polisinin bir neçə xarici maşından ibarət toy kortejini dayandırması olmuşdur. Daha da konkretləşdirək mövzunu. Sizin toyunuz zamanı bu problem yaranmışdır.
Hadisəni operativ ışiqlandırmaq üçün LiderTV-də orada idi.
Yol Polisləri səbəb kimi maşının qara şüşədə olmasını göstərirdi. Yol Polislərinin belə bir bəhanə gətirərərək toy kortejunu saxlamaq gülünc idi. O vaxtlar (2006-cı illər bütün maşınlar pərdəli və qara şüşəli idi) demək olar ki, bütün maşınlar qara şüşədə idi.
Sizcə bu nə idi? Nədən belə olmuşdu?
Sizin bu suala səmimi cavab verəcəyinizə ümid edirəm. Səmimi cavab olarsa sizə bir gənc kimi inana bilərəm!!!
Hörmətli oxucular və ziyarətçilər əlavə məlumat buradan oxuya bilərlər ( http://mediaforum.az/articles.php?article_id=20060125090716884&lang=az&page=00 )
Çox sağ olun, Allah razı olsun!
Aprel 2, 2008 12:06
Bildiyimcə hələlik, Sizin üzv və rəhbər olduğunuz qurumlar bu il ADR-lə bağlı bir şey etməyiblər. Siz bir gənc kimi Rəsulzadə və ADR hökümətinə nədən belə soyuq münahisbət bəsləyirsiniz?
Sizcə Kukla Teatrı ilə üzbəüz parkda Rəsulzadənin heykəlini qoymaq əvəzinə fəvvarələrin ucaldılması nə dərəcə məqsədə uygundur? Fəvvarə, Rəsulzadədən önəmlidir?
Aprel 2, 2008 12:13
Men bele dushunurem ki,AZeERBAYCAN GENCLER PARLAMENTI gozlendiyi qeder de effektiv neticeni vermedi ve gencleri yeteri qeder etrafina toplaya bilmedi.sizin fikrinizi oyrenmek isterdim
Aprel 5, 2008 18:48




Salam Ceyhun bey.Size ishlerinizde ugurlar ve teshekkurler edirem.Lakin mene bir mesele chox maraglidir.Tesevvur edek ki, hakimiyyet deyishikliyi oldu.bes o zaman da Ireli umumrespublika herekati movcud olacaq ya yox?
Onceden ve bir daha teshekkurler
Mart 7, 2008 22:27