Gəlin, xanımlarımızı yalnız 8 martda yox, hər zaman qiymətləndirək!!!

Azərbaycanın inkişafında mühüm rolu olan xanımların əməyini işıqlandırmaqla, mövcud olan stereotipləri dəyişdirmək və qadın hüquqlarını möhkəmləndirmək məqsədi daşıyan bu müsabiqə 01 mart – 01 may 2008-ci il tarixləri arasında davam edəcək və yalnız bu müddət ərzində dərc olunan materiallar, təşəbbüslər müsabiqıyə qəbul olunacaqlar.
Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər iştirak edə bilərlər. Eyni şəxs bir neçə iş təqdim edə bilər.
Format və məzmun seçimi kifayət qədər sərbəstdir. Bütün təşəbbüslər KİV-də işıqlanmalıdır. Təşəbbüslər arasında məqalələr, jurnalist araşdırmaları, analitik yazılar, reportajlar, verilişlər və digər işlər təşkil oluna bilər.
Bütün təşəbbüslər Azərbaycan cəmiyyətinin İSTƏNİLƏN sahəsinin inkişafında mühüm rol oynayan, stereotiplərə üstün gələn və dəyişikliklərə imza atan xanımlar haqqında olmalıdır. Müsabiqə çərçivəsində həm keçmiş, həm də müasir dövrün örnək xanımlarını işıqlandırmaq olar. İşıqlandırılan xanımların çox və ya az tanınması heç bir rol oynamır.
Onu da bildirək ki, müsabiqə zamanı yaradıcı təşəbbüslərə üstünlük veriləcək.
Texniki şərtlər:
1. Dərc olunan məqalələrin, hazırlanan verilişlərin əlavəsində “Rol vodelləri: Dəyişikliklərə cəsarəti çatan qadınlar” adlı müsabiqə üçün hazırlanmışdır qeydi olan yazılar, təşəbbüslər müsabiqəyə qəbul olunacaq.
2. Müsabiqədə iştirak edən şəxslərdən xahiş edilir ki, müsabiqə üçün hazırlanmış materialın mətbuatda çap olunmuş, TV-də göstərilmiş bir nüsxəsini və electron variantını RİQC-ə təqdim etsinlər.
Müsabiqəyə təqdim edilmiş hər bir iş bərabər və obyektiv şəkildə qiymətləndiriləcək. Müsabiqədə iştirak etmiş insanın tanınma dərəcəsi yox, təşəbbüsün keyfiyyəti və məzmunu əsas götürüləcək. Münsiflər heyəti üzvlərinin adları mükafatların təqdimetmə mərasimində açıqlanacaq. Qaliblər may ayında elan olunacaq və iyulda keçiriləcək təqdimetmə-sərgi mərasimində RİQC və Amerika səfirliyi tərəfindən mükafatlandırılacaq. Bütün təşəbbüslər, o cümlədən göndərilmiş məqalələr haqqında ətraflı məlumat RİQC-in internet səhifəsində yerləşdiriləcək.
Mükafatlar:
I yer – 250 manat
II yer – 200 manat
III yer – 150 manat
Əlavə olaraq qaliblərə kitab bağlaması hədiyyə olunacaq.
ƏLAQƏ:
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti,
Şəhla İsmayılova
(+99412) 408 40 44
(+99450) 630 99 36,
Azerbaijan@shahla.org
MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK İSTƏYƏNLƏRİN HƏR BİRİNƏ
UĞURLAR ARZULAYIRIQ!!!




Çok hoş bir blog emeğinize sağlık
Aprel 4, 2008 3:48