ATƏT sədrindən şok hərəkət

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva striptizçi qadına intim xarakterli 200 SMS göndərib. Bu barədə xəbəri Böyük Britaniyanın Telegraph qəzeti yayıb.
İlkka Kanervanın qısa mesajlarının ünvanı 29 yaşlı Yohanna Tkiaynen olub. ATƏT sədri mesajlarından birində striptizçi qadına görüş təklif edib. O, martda Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə striptizlə məşğul olan qadına SMS göndərdiyini etiraf edib. Lakin o bildirib ki, həmin mesajlarda insani münasibətlərin dərin dramatizmi yoxdur».
Finlandiya KİV-nin məlumatına görə, Yohanna Tkiaynen ATƏT sədrinin SMS-lərini mətbuatda dərc etdirmək fikrindədir./ANSPRESS/



