Mobil telefonun qorunma qaydaları

Mütəxəssislər mobil cihazların və onların batareyalarının fəaliyyət dövrünü əhəmiyyətli dərəcədə artıran qaydalar toplusunu hazırlamışdırlar.
Əsas qayda: heç vaxt telefonu özünüz “reanimasiya” etməyə çalışmayın! Problemlərinizi peşəkarların öhdəsinə buraxın. Yalnız təcrübəli “həkim” onu “müalicə edə” və ya “ömrünü başa vurmasını” təsdiq edə bilər.
Digər faydalı məsləhətlər:
Telefonunuzu maye və rütubətdən qoruyun. Ən son (və kifayət qədər bahalı olan) telefon modelləri istisna olmaqla, telefonlar yağışa tab gətirmirlər. Yeri gəlmişkən, telefonlar dərhal “ölmürlər”, bu, bir neçə gündən sonra baş verə bilər. Bu zaman ərzində korroziya onun bütün tərkib hissələrinə təsir edə biləcəkdir.
Telefon suya düşərkən, ilk növbədə onun akkumulyatorunu (elektrik enerjisini toplayan cihaz) ayırmaq və mümkün qədər tez onu xüsusi təmir mərkəzinə aparmaq lazımdır. Telefonun söndürülməsi kifayət deyil, çünki telefon sistemlərinin bir qismi hələ də təzyiq altında olur.


Cihazı saç qurudan və ya digər alətlərlə qurutmağa çalışmayın! Cihazın yalnız tam olaraq sökülərək, ultrasəs şüaları ilə emal olunması və xüsusi qaydada qurudulması müsbət nəticələr verə bilər və bütün bu xidmətlər peşəkar səviyyədə yalnız ixtisaslaşmış xidmət mərkəzlərində göstərilə bilər.
Telefonlar düşərkən aldıqları zərbələrdən tez – tez xarab olurlar. Belə hallarda zədələnmiş hissələrin əvəz olunması tələb olunur və həmin hissələri xidmət mərkəzlərindən əldə etmək mümkündür. Telefonlar, adətən, avtomobilin birdən dayanması zamanı (avtomobillər üçün nəzərdə tutulan saxlayıcı cihazlar mövcuddur) cibdən (xüsusi çexol və saxlayıcı alın) və ya sizin dəcəl uşaqlarınızın əlindən (uşaqlardan kənar saxlayın) düşür.
Akustik siqnal çalınan zaman daxil olan zəngə cavab vermək tövsiyyə olunmur. Zənglərə siqnallar arası yaranan fasilələr zamanı cavab vermək məsləhət olunur. Bu qaydaya riayət etməmək telefonun fəaliyyət dövrünün qısalması ilə nəticələnə bilər.
Batareyaların istismar qaydaları:
Batareyanın dəyişdirilməsindən öncə telefonu söndürmək lazımdır. Batareyanın enerji ehtiyatını artırmaq üçün yalnız istehsalçı şirkət tərəfindən tövsiyyə olunan orijinal batareyalardan istifadə edin.
Yeni və ya uzun zaman ərzində saxlanılan batareyalar yalnız 2-3 dəfə doldurulduqdan /boşaldıldıqdan sonra nominal həcm həddinə çatır. Enerji toplayarkən batareyanın isinməsi enerji bərpası prosesi ilə əlaqədardır və nasazlıq göstəricisi deyil.
Batareya enerji ehtiyyatının artırılması üçün nəzərdə tutulan cihazda 24 saatdan artıq saxlanılmamalıdır.
Telefonu isti temperatur şəraitinə məruz qoymaq olmaz (məsələn, telefonu bağlı maşında günün altında saxlamayın). Telefon soyuq hava şəraitinə məruz qaldıqda, bu da batareyanın fəaliyyətinə mənfi təsir göstərə bilər.


Batareyadan istifadə etmirsinizsə, onu quru, sərin yerdə saxlayın. Bir qayda olaraq, yeni və ya uzun zaman ərzində istifadə olunmayan batareyalar enerji ehtiyyatını gec bərpa edir.
- Batareyaların metal əşyalarla təmasının qarşısını almağa çalışın.
- Batareyanın suya və ya oda düşməsinə yol verməyin.
- Batareyanın təmizlənməzi üçün təmiz pambıq parçadan istifadə edin.
Ni – Mh batareyalarının xüsusiyyətləri
Batareyaların həcminin azaldılmasının qarşısını almaq üçün onları tam boşaldıqdan sonra doldurmaq məsləhət olunur. Batareyaların tam boşalmasını və dolmasını təmin edən xüsusi cihazlar mövcuddur. Bu cihazlardan istifadə etməklə, batareyaların fəaliyyətinin təkmilləşdirilməsinə nail olmaq mümkündür.
Yeni batareyaların tam həcmdə dolmasını təmin etmək üçün onları 2 – 3 dəfə tam şəkildə boşaltmaq / doldurmaq lazımdır.
İstənilən növ yeni batareyaların ilkin doldurulması üçün tövsiyyə olunan zaman – 14 saat. Şaxtalı hava şəraitində Li – İon batareyalarından deyil, Ni – Mh batareyalarından istifadə etmək məsləhətdir.
Li – ion, Li – pol batareyalarının xüsusiyyətləri
Li – ion və Li – pol batareyaları doldurulmadan öncə batareyanın tam boşaldılmasını tələb etmir.
Batareyalar yalnız +5°C və +45°C temperaturlar olan şəraitdə doldurulur.
İstənilən növ yeni batareyaların ilkin doldurulması üçün tövsiyyə olunan zaman – 5 saat.
Digər qaydalar və məsləhətlər
- İstismar barədə təlimatların diqqətlə oxunması
- Telefon əldə olunarkən, satıcının zəmanət öhdəlikləri ilə tanışlıq
- Müvafiq emalatxana axtarışı zamanı, zəmanət kartının üzərindəki etibarlılıq müddətinin bitmədiyinə əmin olun.
Cihazın ən zəif hissələrinin qorunması (ekran, flip, adapter bölməsi, antena) Bəzən telefon köhnəlməsi səbəbindən çalışmır. Məsələn, klaviatura, antena, mikrofon qapağı, sistem bölməsi kimi hərəkət hissələrinin mexaniki köhnəlməsi. Bu halda yeni mobil telefonun alınması tövsiyyə olunur, çünki belə bir telefonun təmiri baha başa gələcək.



