Tanımayanlara Ceyhun Osmanlı haqqında

1989 – 1992 – Bakı şəhəri 48 nömrəli orta məktəbdə təhsil alıb, daha sonra təhsilini Bakı Özəl Türk Litseyində davam etdirib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasına daxil olub və 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Həmin il Bakı Dövlət Universitetinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisaslaşması üzrə magistraturasına daxil olub. Magistraturanı fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti Makroiqtisadi tənzimləmələr fakültəsində aspirant kimi davam etdirir.
Təhsil aldığı müddətdə ictimai fəaliyyətlə də məşğul olan Ceyhun Osmanlı 2000-ci ildən bu günə kimi Azərbaycan Könüllülər İctimai Birliyinin prezidentidir. Bundan başqa müxtəlif vaxtlarda yerli və beynəlxalq qurumlarda məsul vəzifələrdə çalışan qonağımız 2002 –2005-ci illərdə Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvü (Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası Avropa Şurasında gənclərlə bağlı bütün sənədlərin hazırlandığı, müzakirə olunduğu və digər müvafiq strukturlarla birgə qərarların qəbul olunduğu seçkili strukturdur.), 2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Baş Katibi kimi çalışıb. 2005-ci ilin avqustundan etibarən isə bu gün Azərbaycan gənclər sektorunda ən böyük gənclər hərəkatı olan İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçilərindən biri olan Ceyhun Osmanlı 2006-cı ildən bu günə qədər həm də Azərbaycan Gənclər Parlamentinin sədri kimi ictimai fəaliyyətini davam etdirir.
Bu müddət ərzində bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələrin rəhbəri olan Ceyhun Osmanlının fəaliyyətindən bəziləri:
2000-2001 – BMT-nin Könüllülər Proqramının maliyyə dəstəyi ilə “Bakı şəhərinin 3 saylı uşaq evində təmirin həyata keçirilməsi və uşaqlar üçün ingilis dili, kompüter, idman, incəsənət kurslarının təşkil edilməsi” layihəsinin direktoru
09.2001 – Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qaçqın və məcburi köçkün uşaqlar üçün kompüter və ingilis dili dərslərinin tədris edilməsi məqsədilə həyata keçirilən “Beynəlxalq gənclər düşərgəsi” layihəsinin əlaqələndiricisi
03.2002 – Norveç Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Uşaqların sağlamlığı naminə” həyata keçirilən layihələr seriyasından “Tütün məmulatları əleyhinə mübarizə” layihəsinin müəllifi və direktoru
03.2003 – “Kimsəsiz uşaqların Birləşmiş Krallıq və Şimali İrlandiyaya tanışlıq səfərinin təşkil edilməsi” layihəsinin müəllifi və əlaqələndiricisi
04.2004 – “Qafqazda konfliktlərin aradan qaldırılması” mövzusunda keçirilən Beynəlxalq Təlim Kursunun işçi qrupunun üzvü
08.2005 – Almaniya hökümətinin maliyyələşdirdiyi “Qaçqın qadınlar üçün xalça sexinin yaradılması” layihəsinin müəllifi və əlaqələndiricisi
12.2005 – Yaponiya hökumətinin qrant vəsaiti hesabına Yevlax şəhər və kənd idman məktəblərinin idman avadanlıqları ilə təchizatı layihəsinin rəhbəri
09.2005 - 09.2006 – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avrasiya Fondu ilə əməkdaşlıq şəklində keçirilən “Gənclərin ictimai vəkilliyi” layihəsinin direktoru
06.2006 – Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Böyük Britaniyanın Youth Sport Trust İdman təşkilatı tərəfindən Şamaxı Olimpiya Kompleksində həyata keçirilən “Ballon Rouge” Beynəlxalq İdman Layihəsinin rəhbəri
03.2007 – Azərbaycanlıların Soyqırımına həsr olunan kitabın çapı, musiqi videoklipinin hazırlanması layihəsinin əlaqələndiricisi
12.2007 – “İlhamla İrəli” aksiyasının təşəbbüskarı və silsilə tədbirlərin təşkilatçısı
03.2008 – Azərbaycanlıların soyqırımına həsr olunan “Erməni elitasının etirafları” kitabının və filminin hazırlanması layihəsinin əlaqələndiricisi
03.2008 – Azərbaycanlıların soyqırımına həsr olunan “Tarix: olduğu kimi” Beynəlxalq Konfransının təşkilatçısı
Bu müddət ərzində bir çox beynəlxalq səfərlərdə olan qonağımız müxtəlif təlim kursları, seminar və konfranslarda iştirak edib.06.2001 – “Köklərə qayıdış” Beynəlxalq Seminarı (Praqa, Çexiya)
10.2002 – UNİTED Beynəlxalq Təşkilatı tərəfindən irqi ayrıseçkiliyə, rasizmə və diskriminasiyanın başqa formalarına qarşı keçirilən beynəlxalq gənclər konfransı (Buxarest, Rumıniya)
09.2003 – Latın Amerikası Gənclər Forumu, İspan Gənclər İnstitutu və Avropa Gənclər Forumu tərəfindən təşkil edilən “Avropa – Latın Amerikası Gənclər Forumu” (Mollina , İspaniya)
04.2004 – “Avropada gənclər siyasətinin davamlılığı” mövzusunda Avropa Gənclər Forumu tərəfindən keçirilən Beynəlxalq Konfrans (Riqa, Latviya)
08.2004 – “Avropada gənclər siyasətinin fomalaşmasında və həyata keçirilməsində gənclər təşkilatları milli şuralarının rolu” mövzusunda keçirilən Beynəlxalq Elmi-Praktiki Konfrans (Kiev, Ukrayna)
11.2004 – Avropa Gənclər Forumunun Baş Assambleyası (Madrid, İspaniya)
05.2005 – Avropa Şurası Hökumət Başçılarının 2-ci Avropa Sammiti ilə əlaqədar olaraq keçirilən 3-cü Avropa Gənclər Sammiti (Varşava, Polşa)
09.2006 – İslam Konfransı Gənclər Forumunun Mərkəzi Qərargahının açılışı (İstanbul, Türkiyə)
09.2006 - Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nümayəndə heyəti tərkibində Türk Dünyası Qurultayında iştirak (Antalya, Türkiyə)
04.2007 – “Dialoq Avrasiya” Beynəlxalq Təşkilatı tərəfindən “Mədəniyyətlərarası dialoqun əhəmiyyəti” mövzusunda keçirilən konfransda iştirak (Kiev, Ukrayna)
09.2007 – Varşava Universiteti və ABŞ-ın Sülh İnstitutu tərəfindən təşkil edilən SENSE Təlim Proqramında iştirak (Varşava, Polşa)01.2008 – Səudiyyə Ərəbistanı Krallığı Gənclərə Qayğı Baş İdarəsinin təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı Krallığına tanışlıq səfəri (Məkkə, Mədinə, Ciddə, Ər-Riyad)
02.2008 – Fransa Senatında Avropa Tələbələr Forumunun təşkilatçılığı ilə keçirilən forum (Paris, Fransa)
03.2008 – Almaniyanın İqtisadiyyat və Texnologiya nazirliyi və İNVENT Proqramının təşkilatçılığı ilə “Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığın qurulması” mövzusuna həsr olunmuş seminar (Berlin, Almaniya)
Qonağımız boş vaxtlarında poçt markaları toplamağı, kitab oxumağı və üzgüçülüklə məşğul olmağı çox sevir.



