Reklam verin!

"Tarix: olduğu kimi" Beynəlxalq konfransı

30-31 mart tarixində "Park İnn" otelində "İrəli" Ümumrespublika Gənclər Hərəkatının, Gənclər və İdman Nazirliyinin və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə "Tarix: olduğu kimi" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbiri giriş sözü ilə açaraq konfransın 1918-ci il 31 mart soyqırımına həsr edildiyini bildirib. Onun sözlərinə görə, ermənilər tarix boyu müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırım siyasəti həyata keçirib. İ.Babayev soyqırımlar nəticəsində 10 minlərlə soydaşımızın qətlə yetirildiyini, onlarla kənd və şəhərlərimizin viran edildiyini diqqətə çatdırıb: "31 mart hadisələrinə ilk dəfə olaraq 1998-ci ildə mərhum prezident, ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilərək, həmin tarixi faciə soyqırım kimi qəbul edilib. Ötən illərdən fərqli olaraq son zamanlar bu hadisələrlə bağlı araşdırmaların sayı daha da artıb. Hesab edirəm ki, alimlərimiz bu sahədə çalışaraq, həqiqəti ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır. Bunun üçün kifayət qədər faktlar da mövcuddur. Sadəcə, həmrəy olaraq bir qədər fəal şəkildə çalışmalıyıq".

Prezidentin İcara Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdri Elmar Aslanov prezident İlham Əliyevin yürütdüyü düzgün siyasətin nəticəsində Azərbaycanın daha da inkişaf etdiyini vurğulayıb. Onun fikrincə, həyata keçirilən layihələr bunun bariz nümunəsidir. E.Aslanov Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi məkanda yerləşdiyini diqqətə çatdıraraq işğalçı dövlətlərin bu məqamdan istifadə etdiyini bildirib: "Məhz elə bu baxımdan Azərbaycan tarix boyu Ermənilərin çirkin siyasətlərinin həyata keçirildiyi ünvan olub. Həmçinin mənfur düşmənlərimiz xalqımıza qarşı soyqırım həyata keçirməklə, mədəniyyətimizə, ərazilərimizə, habelə tariximizə sahib çıxmağa səy göstərib. Lakin xalqımız çoxsaylı itkilər verməsinə baxmayaraq, hər vəchlə öz ərazilərini düşmənlərdən qorumağa çalışıb. Məhz elə bəzi hegemon dövlətlərinin yürtüyü ikili siyasətin, nəticəsi olaraq torpaqlarımız işğal edilib. Elə ikili siyasətin nəticəsidir ki, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı müxtəlif fikirlər var. Artıq dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətin qarşısında Ermənistan dövləti geri çəkilməkdədir. Ümidvaram ki, aparılan siyasətin məntiqi nəticəsi olaraq torpaqlarımızı işğaldan azad edəcəyik".

Tarix ərzində xalqımızın müxtəlif soyqırımlarla qarşılaşdığını qeyd edən Milli Məclis sədrinin müavini Bahar Muradova azərbaycanlıların belə faciələrdən sarsılmamasının zəruri olduğunu bildirib. O, Azərbaycan dövlətinin uzun zamandır ki, 31 mart soyqırımına layiqli qiymət verilməsilə bağlı mübarizə apardığını deyərək, Qarabağ münaqişəsinin nizama salınmasının zəruriliyini önə çəkib: "Hər bir azərbaycanlı sabaha inamla baxmalıdır. Çünki prezient cənab İlham Əliyevin apardığı siyasət öz nəticəsini verməkdədir. Ölkəmizin ən mühüm geosiyasi və geoiqtisadi məkanda yerləşməsi Qarabağ münaqişəsinin həll edilməsinin zəruri edir. Hər bir dünya dövləti bizim sülhsevər xalq olmağımızı bilməli, eyni zamanda tarixi həqiqətlərə lazımi qiymət verməlidir. Dünya dövlətləri xalıqımzın haqq səsini eşitməyə məcburdur. Çünki bizim problem eyni zamanda dünya ictimaiyyətinin problemidir".

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov 31 mart soyqırımı ilə bağlı rəhəbərlik etdiyi təhsil ocağında bir sıra tədbirlərin keçirildiyini söyləyib. Onun sözlərinə görə, ermənilərin tarix ərzində xalqımıza qarşı mənfi mövqedə dayanmasına baxmayaraq, Azərbaycan bu ölkəyə qarşı yumşaq siyasət yürüdüb. Millət vəkili məhz elə yürüdülən bu yumşaq siyasətin nəticəsi olaraq torpaqlarımızın işğal edildiyini deyib: "Zənnimcə, biz ermənilərə qarşı daha kəskin siyasət aparmalıyıq. Bu, bir faktdır ki, 31 mart soyqırımı xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biridir. Biz bu tarixi həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün xarici dillərdə olan kitabların çap olunmasına da diqqət ayırmalıyıq. 31 mart soyqırımı ilə bağlı universitetimizin müəllimlərinin ingilis dilində "Danış erməni elitası" adlı kitabı işıq üzü görüb. Bizi belə nəşrlərin sayını daha da artırmalı və lazımi istiqamətlərdə yaymalıyıq. Əgər belə olarsa, tarixi həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdıra bilərik".

"Danış erməni elitası" adlı kitabın müəllifləri, BDU-nun müəllimləri doktor Atamoğlan Məmmədov və Nuridə Allahyarova da 31 mart ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdan söz açaraq, belə faciələrə lazımi qiymət verilməməsində böyük dövlətlərin maraqlı olduğnu qeyd ediblər.

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı erməni vəhşiliyindən danışaraq, bu faciələrə lazımi qiymət verilməsilə bağlı gənclər təşkilatı olaraq əllərindən gələn hər bir işi görəcəklərini bildirib.

Mənbə:  http://www.525.az/new/2008/03/31/read=27397



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif