Ən çox məhbusu olan ölkə - ABŞ!..

Qurum tərəfindən dünən yayınlanan hesabatda bu ilin əvvəlindən etibarən ABŞ-da 2 milyon 300 min, Çində 1 milyon 500 min, Rusiyada isə 890 min insanın həbsxanalarda olduğu qeyd edilir. Bundan başqa hesabatda “ABŞ təkcə həbsxanalarda olanların sayına görə deyil, həm də vətəndaşların həbsə məhkum edilmə faizinə görə Cənubi Afrika və İranı qabaqlayaraq tək dünya lideridir” ifadəsinin yer alması diqqətçəkən məqamlardandır.
Məhkumların sayının 1987-2007-ci illər ərzində 3 dəfə artdığı bildirilən hesabatda, dəmir barmaqlıqlar arxasında olanların sayının 2007-ci ildə yüksək faizlə artması ABŞ-ın əyalətlərində böyük iqtisadi problemlər yaradıb. Bununla yanaşı, hesabat ABŞ-ın cinayət törətmiş insanların islah edilməsi, cəmiyyətə adaptasiyası və ölkədə cinayətlərin qarşısının alınması məsələsində uğurlu olmadığını aşkar edib. ABŞ-da əyalətlərin keçən il cinayətkarlaın islah edilməsinə 44 milyard dollar xərclədiyi, bu rəqəmin 1987-ci ildə sadəcə 10 milyar 600 milyon dollar olduğu xüsusi vurğulanan hesabatda həbsxana xərclərindəki artımın elm və təhsilə ayrılan xərclərdən 6 dəfə çox olduğu bildirilir.



