Reklam verin!

İnkişafa doğru sıçrayış: Azərbaycan-2008

moskva

Aprelin 4-də Moskvada “İnkişafa doğru sıçrayış: Azərbaycan-2008” mövzusunda konfrans keçirilib. Tədbirin təşəbbüskarları Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzi və Moskva Karnegi Mərkəzi olub.

Konfransın gündəliyinə Azərbaycanın siyasi və sosial-iqtisadi inkişaf istiqamətləri, regionda sabitliyin təmin olunması amilləri, regional təhlükəsizliyin təmin olunmasında Rusiya və ABŞ-ın rolu, ayrı-ayrı dövlətlərə ümumi demokratikləşmənin təsiri, Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinin müzakirə olunmasına dair məsələlər daxil edilib. 

Azərbaycanı konfransda Prezident Aparatı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev, “Trend” İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynov, Azərbaycan Sosial Tədqiqatlar Fondunun rəhbəri Rəşad Rzaquliyev, Azərbaycan Diplomatiya Akademiyasının departament direktoru Fariz İsmayılzadə təmsil ediblər.

Rusiya tərəfdən isə məşhur politoloq, iqtisadçı və ictimai xadimlərdən ibarət nümayəndə heyəti konfransa qatılıb.

Tədbiri giriş sözü ilə açan Karnegi Mərkəzinin direktoru Dmitri Trenin deyib ki, Azərbaycanın Cənubi Qafqaz regionundakı rolu ildən-ilə artır: «Rusiya cəmiyyətində Azərbaycana böyük maraq var. Bu konfrans isə region, Azərbaycan və Cənubi Qafqazdakı real geopolitik durum haqqında əlavə məlumat almağa kömək edir».

Daha sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri,  Prezident Aparatı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, hazırda Azərbaycan regionun inkişaf etmiş ölkələrindən biridir və Cənubi Qafqazdakı liderliyini gələcəkdə də saxlamaq əzmindədir: «Bu gün Azərbaycan 12 milyard dolarlıq büdcəyə malikdir. Ölkəmizin müdafiə xərcləri 1,2 milyar dollara çatıb. Bundan başqa, ölkəmiz hazırda nəinki qonşu dövlətlərin, eyn zamanda, Avropanın bir hissəsinin də enerji təminatında mühüm rol oynayır. Bu gün Azərbaycan qazı Gürcüstan və Türkiyədən keçməklə Yunanıstana daxil olur. Azərbaycanın da qoşulduğu NABUKKO layihəsinin işə düuşməsindən sonra isə bizim enerji resurslarımız digər Avropa ölkələrinin bazarlarına çatacaq».

Elnur Aslanovun sözlərinə görə, siyasi baxımdan da ölkəmiz regiondakı liderliyini qoruyub-saxlayır: «Azərbaycan Cənubi Qafqazın ən stabil və demokratik dövlətlərindən biridir. Biz sülhpərvər ölkəyik, qonşu ölkələrlə dostluq və əmin-amanlıq şəraitində yaşamağa çalşırıq. Lakin Azərbaycan torpağının 20 faizinin işğalı ilə nəticələnmiş Ermənistanın aqressiv siyasəti bizə daha geniş iqtisadi planların gerçəkləşdirilməsinə mane olur. Ancaq Azərbaycan əvvəl-axır öz torpaqlavrını istənilən vasitə ilə azad edəcək və ərazi bütövlüyünün bərpasına nail olacaq».

Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu diqqəti öncə bu tədbirin əlamətdar bir gündə baş tutmasına yönəldib. Onun sözlərinə görə, düz 16 il əvvəl aprelin 4-də Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub: «SSRİ-nin süqutundan sonra bizim münasibətlərimiz müxtəlif mərhələlərdən keçib. Bəzən mənfi hallar da olub. Lakin 2000-ci ildə Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiya-Azərbaycan münasibətləri yeni keyfiyyətli mərhələyə qədəm qoydu. Bu gün bunu real və stabil adlandırmaq olar. Ümid edirik ki, D.Medvedyevin hakimiyyəti dövründə də bu cür münasibətlər davam edəcək. Bizim üçün əsas ağrılı məsələ Dağlıq Qarabağ münaqişəsidir. Ümid edirik ki, Rusiyanın dəstəyi və ədalətli mövqeyi bu problemin həllinə kömək edəcək».

Daha sonra rusiyalı ekspertlər və politoloqlar Elnur Aslanovla Polad Bülbüloğlunun çıxışları ətrafında debatlara başlayıblar. Debatlarda tanınmış politoloqlar Vyaçeslav Nikonov və Sergey Markedonov, İTAR-TASS informasiya agentliyi direktorunun birinci müavini Mixail Qusman və digər şəxslər iştirak ediblər.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif