Reklam verin!

Ceyhun Osmanlının cavabları

Blogu ziyarət edən hər bir kəsi salamlayır, blog sahibi Mayis Musayevə öz minnətdarlığımı bildirirəm. Sual verən hər bir kəsdən cavabların obyektiv səbəbdən gecikməsini anlayışla qəbul edəcəklərini ümid edirəm.  Əvvəlcə, İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının məqsəd və məramı haqqında qısa məlumat vermək istəyirəm.

İRƏLİ Gənclər Hərəkatı bu günkü hakimiyyətdə ölkə prezidenti cənab İlham Əliyevin kursunu dəstəklədiyini açıq şəkildə bəyan edir. Sual oluna bilər, niyə məhz İlham Əliyev? Hesab edirik ki, XXI əsrdə istər Azərbaycan millətinin, istərsə də dövlətinin dinamik inkişafı üçün harizmatik liderə ehtiyacı var və bu lider heç şübhəsiz İlham Əliyevdir. Çünki biz hesab edirik ki, İlham Əliyevdə harizmatik liderin bütün keyfiyyətləri var. Onun dünyagörüşü, fəaliyyəti, təcrübəsi, şəxsi keyfiyyətləri bu harizmatik liderin göstəriciləri üst-üstə düşür. Buna görə də biz hər zaman bəyan etmişik ki, İlham Əliyevin qarşıya qoyduğu məqsədlərin daha qısa müddətdə reallaşması yolunda biz gənclər bərabər addımlayacağıq. Bəziləri sual verə bilər: Bu yol nədir? Çox düşünməyə ehtiyac yoxdur. Təkcə prezidentin fəaliyyətinə nəzər yetirmək, onun imzaladığı fərman və sərəncamlara diqqət yetirmək, həm daxili, həm də beynəlxalq miqyasda imzaladığı sənədləri gözdən keçirmək kifayətdir ki, bu sualın cavabı müəyyən edilsin. Çünki bütün bunlar Azərbaycanımızın inkişafına xidmət edən sənədlərdir. Biz hesab edirik ki, tək bir insanın qarşıya qoyulmuş nəticələrə nail olması çox çətindir. Bunun üçün ölkədə xalq-dövlət vəhdəti vacib rol oynayır. Biz də gənclər arasında dövlətlə bu vəhdətin təmin olunması üçün çalışırıq. Məqsəd isə Azərbaycandır.

Rasim soruşur:

Salam Ceyhun bey. Size ishlerinizde ugurlar ve teshekkurler edirem. Lakin mene bir mesele chox maraglidir. Tesevvur edek ki, hakimiyyet deyishikliyi oldu. bes o zaman da Ireli umumrespublika herekati movcud olacaq ya yox?
Onceden ve bir daha teshekkurler.

Ceyhun Osmanlı cavablandırır: 

Mən, ümumiyyətlə, İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının hakimiyyətlə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Hətta 2005-ci ilin avqustunda İRƏLİ yarananda bəziləri hesab edirdi ki, bu, həmin ilin payızında keçiriləcək parlament seçkiləri ilə bağlıdır və həmin seçkilərdə İRƏLİ-dən manipulyasiya mexanizmi kimi istifadə olunacaq və s. Ancaq İRƏLİ-nin fəaliyyəti sübut etdi ki, Hərəkatın yaranması konkret olaraq Azərbaycanın ictimai həyatında bir social sifarişdir, gənclər hərəkatında bir tələbatdır. Bu gün İRƏLİ-nin ətrafında 5000-ə yaxın gəncin toplaşması bunu bir daha sübut edir.

Ancaq sırf hakimiyyətlə bağlılıq məsələsinə gəlincə, mən demək istəyirəm ki, İRƏLİ bu gün hakimiyyətlə deyil ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlıq edir. İstənilən bir təşkilatın dövlətlə əməkdaşlığı isə yalnız və yalnız müsbət qiymətləndirilməlidir. Bir sıra Avropa və dünya ölkələrində olduğu kimi, Azərbaycanda da gənclərin təşəbbüslərinin rellaşmasına, onların təklif etdikləri layihələrin icra olunmasına, gənclərin vətəndaş cəmiyyətinin qurulması prosesində aktiv iştirakına dövlət tərəfindən dəstək göstərilməsi sadəcə olaraq alqışlanmalıdır.

Bir çoxları dövlətlə hakimiyyət anlayışlarını eyniləşdirirlər, ancaq bu belə deyil. Mən istərdim ki, hər kəs bu iki anlayışı fərqləndirsin bir-birindən.

Əslində hakimiyyət dəyişikliyi ilə bağlı verilən sual hesab edirəm ki, abstract bir sualdır. Sualda dəqiq vaxt göstərilmir, 5 ildən sonra, 10 ildən sonra, 50 ildən sonra nəzərdə tutulduğu bilinmir. Bunu dəqiqləşdirdikdən sonra daha dəqiq cavab vermək olar.

Əgər siz konkret bu il keçiriləcək prezident seçkilərini nəzərdə tutursunuzsa, biz birmənalı olaraq artıq İlham Əliyevin namizədliyini irəli sürmüşük. Və əminik ki, növbəti müddətə İlham Əliyev xalqımızın dəstəyini qazanacaq. Beləliklə, biz növbəti 5 ildə də cənab prezidenti dəstəkləyəcəyik və İRƏLİ öz fəaliyyətini davam etdirəcək. Bu gün İRƏLİ-də təmsil olunan gənc nəsil belə düşünür.

Amma konkret olaraq gələcəkdə necə olacaq sualına gəldikdə, deyə bilərəm ki, həmin vaxt bəlli olacağı təqdirdə, sözü gedən vaxtda İRƏLİ-nin rəhbərliyində kimlər olacaqsa onlar da qərar verəcək: İRƏLİ fəaliyyətini davam etdirsin, ya yox.

Ancaq mənim şəxsi fikrim budur ki, İRƏLİ hər zaman mövcud olacaq.

 

 

Bəxtiyar Hacıyev soruşur:

Səncə, Azərbaycanda həbs olunan jurnalistlər doğurdanmı yazılarna və fikirlərinə görə yox, xuliqanlıqlarına, narkotik vasitələrin istifadəsinə görə həbs ediliblər?

Ceyhun Osmanlı cavablandırır:

İlk öncə onu qeyd etmək istəyirəm ki, mən istənilən halda məhkəmə qərarlarına hörmət edirəm. Hər bir ölkədə vətəndaşın ədaləti bərpa etmək üçün müraciət edəcəyi ali qanun Konstitusiya, ali instansiya isə məhkəmələrdir. Hesab edirəm ki, bütün məsələlərə bu prizmadan yanaşmaq lazımdır. Hər bir şəxs bir otaqda oturub, məsələnin başqa cür olduğunu təsəvvür edə bilər, həmin məsələnin mahiyyətinə uyğun olmayan, zidd fikirlər səsləndirə bilər. Ancaq istər jurnalistlər, istərsə də adi insanlar arasında daha çox qarşılıqlı tolerantlığa, anlaşmaya ehtiyac olduğunu və hər iki tərəfin daha çox etik normalar çərçivəsində davranmasına ehtiyac olduğunu düşünürəm. Bununla yanaşı, hər iki tərəfin peşəkarlığa üstünlük verməsi çox önəmlidir. Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan jurnalistikası istənilən peşəkar səviyyədə deyil. Ona görə də mətbuatda obyektiv təhlildən daha çox, şəxsi ambisiyalara xidmət edən, dördə tərəfi qapalı otaqda oturub şəxsi təxəyyüllə yazılan yazılara rast gəlirik. Hesab edirəm ki, bütün bunların olmaması üçün jurnalistlərin öz peşəkarlıqlarını artırmasına, KİV-lərin təkmilləşməsinə ehtiyac var.

Bir şeyi də xüsusi qeyd etməliyəm ki, mən gənclər sektorunda fəaliyyət göstərirəm, verilən suallar da bu istiqamətdə olsa daha yaxşı olar. Ancaq jurnalistlərlə bağlı suallar birbaşa aidiyyatı qurumlara verilməlidir.


Bəxtiyar Hacıyev soruşur:

Sizin hərəkat şəhərin mərkəzi küçələrində, meydanlarında, salonlarında bayraqlarla, şarlarla, şüarlarla, rahat yürüşlər keçirir, konkret bir siyasətçini dəstəklədiyini bəyan edə bilir. Bu imkan nəinki digər gənclər təşkilatlarına, ən böyük siyasi partiyalara da verilmir. Bu səni narahat edirmi?

Ceyhun Osmanlı cavablandırır:

Əvvəla bildirməliyəm ki, bizim Hərəkat tədbirlərini küçələrdə yox, daha çox salonlarda keçirir. İkincisi, mən şahidi olmuşam ki, digər təşkilatlar da istər salonlarda, istərsə də küçədə öz tədbirlərini keçiriblər. Misal üçün, 2007-ci ilin yay ayları ərzində Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə fəvvarələr bağında insanların kitaba maraqlarının artırmaq üçün “Kitabla maariflən” aksiyası keçirirdilər. Bu siyahını artıra bilərəm. Müxtəlif təşkilatların küçədə tədbir keçirdiklərinin şahidi olmuşam.

Digər tərəfdən, mən bu sualın daha çox siyasi məqsədli verildiyini düşünürəm və hesab edirəm ki, hər bir hadisənin siyasiləşdirilməsi də düzgün deyil. Ancaq təəssüf ki, bu gün cəmiyyətimizdə siyasi şoular düzəltmək meyli hələ də var.

İRƏLİ üçün problemlər ona görə yaranmır ki, bizim Hərəkatın həyata keçirdiyi tədbirlər ölkəmizin inkişafına xidmət edir və cəmiyyətin inkişafına çağırış notları ilə müşayiət olunur. Ancaq bu o demək deyil ki, İRƏLİ-nin həyata keçirdiyi tədbirlər problemsiz ötüşür. Xeyr, belə deyil. Biz özümüz də çox sayda problemlərlə rastlaşırıq. Belə olan halda biz daha çox çalışırıq ki, problemləri özümüz həll edək, onu siyasiləşdirmədən. Ehtiyac olacağı təqdirdə həmin problemi ictimailəşdirərək onu aradan qaldırırıq.

 

Bəxtiyar Hacıyev soruşur:

Azərbaycanda dövlət məktəblərində və dövlət universitetlərində verilən təhsilin səviyyəsi səni qane edirmi? Edirsə, nəyə görə? Etmirsə, problem haradadır? Niyə bizim orta və ali məktəblər heç olmasa normal səviyyədə təhsil verə bilmir?

Ceyhun Osmanlı cavablandırır:

Bu gün görünən odur ki, özəl ali məktəblərdə verilən təhsil dövlət ali məktəblərinə nisbətən daha keyfiyyətlidir. Konkret olaraq ad şəkəsi olsam, Qafqaz, Xəzər, Qərb Universitetlərini misal çəkə bilərəm. Bunun da konkret səbəbi var. O da ondan ibarətdir ki, bu ali məktəblər artıq dünyada mövcud olan praktikadan çıxmış Qərb standartlarını öz fəaliyyətlərində tətbiq edə bilirlər. Bu uğurun əsas elementlərindən biri düzgün təhsil menecmentinin həyata keçirilməsidir. Eyni sözü orta məktəblər haqqında da demək olar.

Ancaq məni təhsil sahəsində sevindirən bir məqam var, onu xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda bütün kateqoriyadan olan insanların pulsuz təhsil almaq hüququ var. Bu önəmli bir məqamdır. Bu da artıq uzun illərdir, Azərbaycanda savadlılığın səviyyəsinin yüksək olmasını şərtləndirir.

Yenə də təhsil sistemimizdə islahatlara çox ehtiyac var. Düşünürəm ki, Təhsil haqqında qanunun ən qısa zamanda qəbul olunması bu ehtiyaclardan birini aradan qaldırmış olacaq.

Düşünürəm ki, biz gec-tez bu məsələləri həll edəcəyik, ancaq tez olması bizim üçün daha doğru olar.

 

Bəxtiyar Hacıyev soruşur:

Azərbaycanda hərhansı bir sahəyə rəhbərlik edən məmurlardan kiminsə fəaliyyətinin qənaətbəxş olmadığını düşünürsənmi? Səncə onlar əvəz edəcək gənc kadrlarda hansı yeni şəxsi keyfiyyətlər olmalıdır?

Ceyhun Osmanlı cavablandırır:

Hesab edirəm ki, bütün növ vəzifələrdə olan insanlar ilk öncə, vəzifə sözünün nə olduğunu anlamalıdırlar. Vəzifə - hər hansı bir məqsədi reallaşdırmaq üçün insana verilən səlahiyyətdir. Ancaq dövlət vəzifəsi bir az fərqlidir. Çünki burda şəxsi məqsəd deyil, dövlət maraqları üstün olmalıdır. Hər bir məmur anlamalıdır ki, onun məqsədi pul qazanmaq deyil, ölkənin inkişafına xidmətdir. Bu baxımdan hər bir gənc də ilk növbədə məqsədinin dövlətin inkişafı olmasına diqqət yetirməlidir.

Hesab edirəm ki, Azərbaycanda vəzifə sözünün həqiqi mənasını anlayan məmurlarımız var və getdikcə bu cür məmurların sayı daha artacaq.

 

Bəxtiyar Hacıyev soruşur:

Təhsilin və təhsillə bağlı dövlət proqramlarınn siyasiləşdirilməsinə, müəyyən gənclərin müstəqil fikirli qalmaq arzusuna görə dövlət proqramlarından məhrum edilməsinə münasibətin necədir? Ümumiyyətlə, Azərbaycan gənclərinin neçə faizi müstəqil fikirli və müstəqildir? Növbəti sualları sonra soruşaram. Əvvəlcədən minnətdaram.

Ceyhun Osmanlı cavablandırır:

Qısaca desəm, istənilən gəncin adının fikir və baxışlarına görə hər hansı bir təhsil proqramından çıxarılmasına qarşıyam.

Azərbaycan gənclərinin neçə faizinin müstəqil fikirli olub-olmaması məsələsinə gəldikdə isə, mən hesab edirəm ki, bu barədə dəqiq məlumatı heç kim verə bilməz. Heç sual müəllifi Bəxtiyar özü də...

 

CEYHUN OSMANLIYA SUAL VER!!!
 
CEYHUN OSMANLI KİMDİR?



Şərh yazma qapalıdır.

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif