Reklam verin!

“Hüquq Soyğunçuluğu Dəstəkləyir?!” mövzusunda Esse müsabiqəsi

 "Azad Düşüncələr” Assosiasiyası (ADA) məşhur fransız filosofu, iqtisadçı və içtimai xadim Frederik Bastiatın “Hüquq” kitabı əsasında “Hüquq Soyğunçuluğu Dəstəkləyir?!” mövzusunda Esse (məqalə) müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

- Müsabiqədə iştirak etmək istəyən şəxsin yaşı 30-dan yuxarı olmamalı (tələbə ,magistr və s.)
- Yazıların həcmi 1500 sözdən çox olmamalı
- Yazılarda fikirlər anlaşılan şəkildə ifadə edilməli, məntiqi ardıcıllıq və arqumentləşdirməyə diqqət yetirilməli
- Bütün yazılar Word document şəklində, iştirakçıların CV- ləri ilə birlikdə elektron-poçtla göndərilməli
- Frederik Bastiatın kitabından istifadə edilməlidir.

Müsabiqəyə məqalələr Azərbaycan, Rus və İngilis dillərində qəbul edilir.

Son müraciət tarixi: 31 May, 2008-ci il.

Mükafatlar: İlk üç yeri tutan iştirakçılara Bastiat və digər liberal yazarların kitabları və müvafiq olaraq:

1-ci yer - 250 AZN
2-ci yer - 150 AZN
3-cü yer - 50 AZN

mükafat veriləcəkdir. Bundan başqa, ilk yeri qazanan iştirakçıya ADA-nın tədbirlərində (ölkə daxili və ya xarici ) iştirak haqqı veriləcəkdir.

İlk üç yeri qazanan iştirakçının esseləri təşkilatın web- saytında və beynəlxalq veb-saytlarda yerləşdiriləcəkdir.

F. Bastiatın “Hüquq” kitabını şəhərimizin aşağıdakı kitab satış mağazalarından ala bilərsiniz:

“Akademkitab”, İstiqlaliyyət 5, Te1.: 492-57-93, Azərbaycan Respublikasi Prezident İşlər İdarəsinin Kitab evi (“Mc Donalds”ın yanı), Bukinist-Mağaza (“Nizami” kinoteatrının yanı) Te1.: 493-99-78, Kitab Klubu, Mustafa Sübhi küç. 13 ("Axundov bağı"ndan yuxarı, 150 №-li məktəbin yanı), Tel.: 492-12-38, Mob.: 055/ 674-11-38.

Əlaqə üçün:

E-mail: free_minds_az@yahoo.com [1]

Web-sayt: www.azadliqciragi.org [2]



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif