Ekologiyaya dair foto müsabiqə başlayır

Hazırda davam edən və hər birimizin ətrafında yaşanan ekoloji problemləri əks etdirən foto müsabiqəyə start verilir. Hər bir vətəndaş müsabiqəyə onu narahat edən, mütəmadi üzləşdiyi və həllində iştirak etmək istədiyi ekoloji problemlərin fotosunu təqdim edə bilər.
EKOLOJİ PROBLEMLƏR NƏDİR VƏ NƏDƏN YARANIR?- İdarə olunmayan sənaye və məişət tullantılarından; Təbiətə antropogen təsir; Təbii resursların yanlış istismarı texnologiyaları; Urbanizasiya – şəhərsalma; Böyük texnoloji layihələr; Qeyri-ənənəvi iqlim dəyişikliyi.
Müsabiqəyə təqdim edilən fotolar təşkilatçının internet səhifəsində -
www.azecology.org yerləşdirilməklə elektron səsvermə yolu ilə üç ən yaxşı foto seçiləcək. Seçilmiş üç ən yaxşı fotonun müəllifləri mükafatlandırılacaq, bu fotolar mətbuatda çap olunacaq və bütün iştirakçılara fəxri diplomlar təqdim olunacaq. Fotolardan fotoreportajlar hazırlanaraq mətbuata yayılacaq. Müsabiqəyə təqdim olunmuş bütün fotolardan ibarət foto albom - “şərhsiz informasiyalar” çap olunacaq.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
1-Müsabiqədə peşəkar və həvəskar olan hər bir şəxs iştirak edə bilər;
2-Müsabiqədə iştirakın yaş həddi yoxdur (məktəblilər də iştirak edə bilər);
3-Müsabiqəyə mobil telefonla çəkilmiş fotolar da qəbul olunur;
4-Fotoları internetlə və poçtla və ya ofisimizə gətirməklə bizə təqdim edə bilərsiniz;
5-Müsabiqəyə fotolar Azərbaycanın hər bir bölgəsindən təqdim edilə bilər;
6-Müsabiqəyə göndərilən hər bir fotonun ünvanı (çəkildiyi yer) və çəkilmə tarixi göstərilməlidir;
7-Fotolarınızı göndərərkən adınızı, soyadınızı, telefon nomrənizi yazmağı unutmayın.(bunlar müsabiqədən sonra sizinlə əlaqə saxlamaq üçün vacibdir);
8-Müsabiqəyə fotolar MAY ayının 1-dən İYUL ayının 31-ə qədər qəbul olunur;
9-Müsabiqənin qaliblərinin seçilməsi üçün elektron səsvermə AVQUST ayının 1-dən 31-ə qədər keçiriləcək;
10-Müsabiqənin qaliblərinin mükafatlandırılması sentyabr ayının ilk günlərində mətbuatın iştirakı ilə keçiriləcək.
Maraqlananlar azecology@inbox.az və nacafzade@yahoo.com e-mail adreslərinə müraciət edə bilərlər.




xahis edirem Borcaliya aid sekillsr ve meqaleler verin
May 3, 2008 15:42