"İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK"
KİV nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək
"İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK"
mövzusunda müsabiqə
Müsabiqənin məqsədi ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.
Bundan başqa müsabiqə çərçivəsində aşağıdakı məqsədlərin həyata keçirilməsi qarşıya qoyulub:
KİV nümayəndələrinin köməyi ilə geniş ictimaiyyətin diqqətinin vacib sosial institut kimi ailə dəyərlərinə yönəldilməsi:
- cəmiyyətdə ailənin statusunun qaldırılması;
- ailədaxili münasibətlərin möhkəmləndirilməsi;
- ailə dəyərlərinin bir daha yada salınması
Yerli və regional səviyyələrdə həyata keçirilən ailə siyasətini işıqlandırmaqla cəmiyyətin bu sahəyə diqqətinin cəlb edilməsi;
Ailələrin inkişafına yönəlmiş fəaliyyətin müxtəlif sahələri üzrə real nailiyyətlərin təbliğatının aparılması;
Ailələrlə işləyən müəssisə və təşkilatların informasiya təminatının yüksəldilməsi.
Müsabiqənin əsas prioritet istiqamətləri:
Müsabiqə:
- qəzet və jurnallarda çap olunan məqalələrə,
- televiziya və radiolarda efirə verilən və səsləndirilən verilişlərə,
- elektron informasiya vasitələrində (saytlarda) yerləşdirilən yazılara əsasən üç nominasiya üzrə həyata keçirilir.
Müsabiqəyə təqdim olunan material müsabiqə iştirakçısının seçiminə əsasən aşağıdakı istiqamətləri əhatə edə bilər:
Ailəyə dair pozitiv ictimai fikrin möhkəmləndirilməsi və inkişafı;
Valideynlik statusunun yüksəldilməsi;
Çoxuşaqlı ailə imicinin möhkəmləndirilməsi;
Ailənin hüquqlarının müdafiə olunması;
Ailənin həyat fəaliyyətində sosial risklərin azaldılması;
Problemli ailələrin sosial-pedaqoji reabilitasiyası;
Əlillərin cəmiyyətə inteqrasiyası prosesinə ailələrin cəlb edilməsi.
Ailə dəyərlərinin və ənənələrinin saxlanılması və formalaşdırılması (xüsusilə gənc ailələrdə);
Gənc ailələrin sosial mühitə uyğunlaşması və neqativ hadisələrə (problemlərə) qarşı mübarizəsi;
Məişət məsələlərinin həllində (işədüzəltmə, mənzil təminatı, güzəştli kreditdən istifadə) aztəminatlı gənc ailələrə köməklik göstərilməsi;
Gənc ailələrin boş vaxtlarından səmərəli istifadə etmələri və istirahətlərinin təşkili.
Müsabiqənin təşkilatçıları:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT İctimai İnformasiya Departamentinin Azərbaycan Ofisi və Gender Bərabərliyi və Qadın Təşəbbüsü İctimai Birliyi (Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyilə).
Müsabiqənin iştirakçıları
Azərbaycanda fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri bu müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin keçirilməsi qaydaları və müddəti
Müsabiqənin elan olunmasının tarixi - 06 mart 2008-ci il
Müsabiqə 06. 03.08 tarixindən 06. 05. 08 tarixədək keçiriləcəkdir. Materialların (yazıların, məqalələrin, müsahibələrin, reportajların, televiziya və radio verilişlərinin, sənədli filmlərin) son təqdim olunma tarixi 06.05.08-dək.
Ünvan: Bakı şəhəri, Ü. Hacıyev küçəsi 40, Hökumət Evi, 4-cü qapı
Ailə Problemləri şöbəsi, tel: 493-7962.
E-mail - safarovagunel@gmail.com
Qaliblərin mükafatlandırılması
Komitəyə daxil olan materiallar qeydiyyatdan keçirilir, müvafiq tələblərə uyğun olaraq baxılır, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT İctimai İnformasiya Departamentinin Azərbaycan Ofisinin və "Açıq Cəmiyyət" İnstitutunun Gender Bərabərliyi və Qadın Təşəbbüsü İctimai Birliyinin rəhbərliyi, o cümlədən respublikanın tanınmış simalarından ibarət Ekspertlər Şurasına təqdim olunur. Nəticələrə əsasən müsabiqənin sonunda 3 nominasiya üzrə mükafatlar təqdim ediləcəkdir:
- qəzet və jurnallarda çap olunan məqalələr - 1 yer - 500 manat;
- televiziya və radiolarda efirə verilən və səsləndirilən verilişlər - 1 yer - 500 manat;
- elektron informasiya vasitələrində (saytlarda) yerləşdirilən yazılar - 1 yer - 500 manat.
Digər fəal iştirakçılara isə həvəsləndirici mükafatlar verilməsi nəzərdə tutulur.



