Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi
Gənclər təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir.
Məqsəd:
Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.
Sərginin formatı və təşkilatların iştirakına dəstək:
Sərgidə hər bir təşkilat ücün 8 kv.m sahə ayrılcaq və ayrılmış sahədə stendlər quraşdırılacaqdır. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar ücün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filimlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar.
Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.
Sərgidə iştirak etmək ücün müraciət qaydası:
Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını doldurub 15 may 2008-ci il tarixədək aşağıdakı ünvana təqdim etməlidirlər. Qeydiyyat formasını e-qruplardan (mys-network@yahoogroups.com və youth_ngos@yahoogroups.com) və ya aşağıdakı ünvana müraciət etməklə əldə etmək olar.
Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru
Bakı şəhəri, Olimpiya küçəsi, 4, AZ-1072
(«Gənclik» metrosunun yanı)
Tel.: (+99412) 465 – 84 – 19
Faks: (+99412) 465 – 64 – 38
Mobil: (+99455) 664 – 76 – 37
E-mail: sergimys@yahoo.com
Əlaqələndirici şəxslər:
Fuad Babayev
İndira Hacıyeva
Anar Tağıyev
Nisə Babayeva



