Təəccüblənməyin: mobil telefondan zinət əşyaları
Növbəti mobil telefonunuz sizə nişan üzüyü formasında təqdim olunarsa, təəccüblənməyin.
Bu, bütövlüklə tullanmış mobil telefonlardan əldə olunan materiallardan hazırlanan cəvahir dəstlərini hərraca çıxaran mobil telefon sənayesinin son vaxt ərzində təbliğ etdiyi bir ismarıcdır.

Zərgər Nik Kerron tərəfindən hazırlanan altı əşyadan ibarət dəstə kişi üzüyü və boyunbağı, qadın boyunbağı, qolbaq, sırğalar və köynək düymələri daxildir. İstifadəyə yararsız mobil telefonların yenidən istehsala buraxılması üzrə milli Mobile Muster (Avstraliya) proqramının rəhbəri xanım Rouz Rid bu kampaniyanın daha çox insanı öz köhnə telefonlarını tullamamağa, təhvil verməyə həvəsləndirəcəkdir.
Xanım Rouz, cəvahir dəstləri, poladdan hazırlanmış məhsullar, batareyalar və s. kimi müxtəlif əşyalar düzəldilə biləcək, lakin “şkaflarda və siyirmələrdə istifadəsiz qalan” 16 million köhnə telefonun olduğunu hesablamışdır. Xanım Rid qeyd edir ki, telefonların yenidən istifadəyə buraxılması nəinki kadmium kimi zəhərli kimyəvi maddələrin ətrafa yayılmasının qarşısını alır, həmçinin bununla enerji sərfiyyatı azaldılır, çünki belə məhsulların işlənməsi natural məhsulların xammala çevrilməsi prosesindən daha az əmək tələb edir.


Gray Online şəbəkəsi vasitəsilə 12 Noyabr 2007-ci il tarixində keçirilən hərraca çıxarılan cəvahir dəstinə 8700 mobil telefondan və ya 20-24 ton qızıl mədənindən əldə oluna biləcək qədər qızıl vardır.
Qızıl, gümüş və misdən hazırlanan cəvahir əşyaları xanım Rid aşağıdakı kimi qiymətləndirmişdir: sırğalar – 1608 ABŞ dolları, qadın boyunbağı – 7236 ABŞ dolları, kişi üzüyü – 2364 ABŞ dolları.

Hərracdan əldə olunan bütün gəlirlər “Landcare Australia” təşkilatına təqdim olunmuşdur. Təşkilat yalnız 2007-ci ilin iyun ayı ərzində təhvil verilən hər mobil telefon üçün 1 ağacın əkilməsi proqramında mobil telefon sənayesi ilə əməkdaşlıq etmişdir.
Xanım Rid proqram çərçivəsində 75000 köhnə telefonun təhvil verildiyini və bu göstəricinin Mobile Muster – in normal aylıq yığımından dörd dəfə artıq olduğunu qeyd edir.
Mobile Muster – in təşkil etidiyi istifadəyə yararsız mobil telefonların yenidən istehsala buraxılması proqramı 1999 – cu ildə Avstraliya Mobil Telekommunikasiyaları Assosiasiyası (AMTA) tərəfindən yaradılmışdır.


Həmin zamandan etibarən AMTA 2.7 million batareya və telefonların yığılmasına nail olmuşdur, lakin hələ də evlərdə işləməyən millionlarla telefonlar qalmaqdadır.
Bir ton mobil telefondan 110 qram qızıl, 123 qram gümüş, və 11 kq mis mədənindən əldə oluna biləcək qədər dəyərli metal əldə edilməsi mümkün olduğu hesablanmışdır.



