Corc Buşun qızı ərə getdi
Dünən ABŞ prezidenti Corc Buşun ekiz qızlarından biri olan Jennanın toyu olub. 200 nəfər qonağın iştirak etdiyi mərasim Buş ailəsinin Texasdakı malikanəsində baş tutub. Toydan sonra Avropa ölkələrindən birində "bal ayı" keçirəcək cütlük Baltimordakı yeni evlərində yaşayacaqlar. Jenna və Henri öz əvvəlki fəaliyyətlərini davam etdirəcək. Qeyd edək ki, Corc Buşun qızı məktəbdə müəllimə, yeznəsi isə Constellation Energy kompaniyasında menecer kimi çalışır.




Cütlüyün necə tanış olması da yəqin ki, bir çoxları üçün maraqlı olar. Marağınızı nəzərə alaraq deyə bilərik ki, Henri Ağ evdə təcrübədə olarkən Jennanı görüb və elə oradaca aşiq olub. ;)



