Kompüter Oyunları üzrə III Milli Çempionat

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2008-ci ilin iyun ayında, yaşı 14-dən 29-dək olan yeniyetmə və gənclər arasında Kompüter Oyunları üzrə III Milli Çempionat keçirilir.
Çempionatda yarışlar komanda-Counter-Strike, DOTA All Stars və tək FIFA Soccer 08, Need For Speed: ProStreet, WarCraft: The Frozen Throne, Unreal Tournament oyunları üzrə təşkil olunacaqdır.
Final mərhələsində qalib olmuş iştirakçılar diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
Eyni zamanda çempionatda Counter-Strike, FIFA Soccer 08 və Need For Speed: ProStreet oyunları üzrə 1 yeri tutmuş iştirakçılar bu il Almaniyada keçiriləcək Kompüter oyunları üzrə "World Cyber Games" növbəti Dünya Çempionatının finalında iştirak edəcəklər.
Çempionatda iştirak etmək, qaydalar ilə tanış olmaq və əlavə məlumat almaq istəyənlər aşağıdakı internet ünvanlarına müraciət edə bilərlər: www.cybersport.az, www.wcg.az
TƏŞKİLAT KOMİTƏSİ



