Reklam verin!

Sən bizimsən, bizimsən... Azərbaycan!!!

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları

28 May – hər bir azərbaycanlının vətəndaşlığını məlum edən şəxsiyyət vəsiqəsinin üzərində qeyd olunan Azərbaycan Respublikasının günüdür. Respublika tarixi başlayır bu gündən, əvvəli gözəl, sonu isə əbədi olan Respublikamız.

Həmin dövrün qərarlarını nəzərdən keçirəndə bir anlıq o günlərin hadisələri insanın gözü qarşısında canlanır. O tarixi dövrə qiymət vermək də olar, verməmək də, amma fikir bildirmək istəyəndə ilk növbədə həmin dövrün ab-havasını bilmək gərəkdir, ən azı qərarların hansı şəraitdə qəbul olunduğunu...

Mənim üçün Azərbaycan Xalq Cümhuriyyəti, və yaxud, Azərbaycan Demokratik Respublikası vətəndaşı olduğumuz dövlətin adıdır. Bu ad o qədər insanların beynində həkk olundu ki, sovetlər də bu adı dəyişə bilmədi və bizi adımızla, sərhədlərimizlə SSRİ-yə daxil etdi. Xalqların tarixində bu bəlkə də ən önəmli hadisələrdəndir. Məhz 1918-ci il 28 May tarixi millətimizin özünümüəyyənetmə prosesinin yekunu oldu. Bu gündən etibarən dövlətimizin əsası qoyuldu ki, bu da gələcək nəsillərə Vətən anlayışının dəqiq olaraq dövlət formasında çatdırılması idi.

Əlbəttə, şəxsiyyətlər bu fikri inkişaf etdirib praktiki addımlarla yekunlaşdırdılar. Bunların sırasında Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev və digərləri öz əvəzolunmaz töhfələrini verdi. Onların fəaliyyətlərini öyrəndikcə insana elə gəlir ki, onların nə ailəsi olub, nə gündəlik problemləri, nə də ki, nəfsə tabeçilik. Onlar ömürlərini vahid məqsədə bağışlayan insanlardır və bu amil yüz ilə yaxın bir dövrdən sonra bizə örnək olmalıdır. Tarix unudulmamalıdır, tarixi hadisələr hər xalq üçün dərs olmalıdır.

Hərdən bizdə nəsə alınmayanda, ümidimizi itiririk, bədbin oluruq, əl-qolumuzu aşağı salıb unuduruq. Amma öz Vətənindən didərgin düşən insanlar, Azərbaycan Xalq Cümhuriyyətini quranlar 1920-ci ildə uzaqda olsalar da, ümidlərini itirmirdi, Azərbaycanın himni ilə öyünürdü, azərbaycanlıları birləşdirib işlər görürdü.

Yaşadığımız  illərdə qazanılan müstəqilliyimizi möhkəmləndirməliyik, ölkəmizi inkişaf etdirməliyik, fəaliyyətimizi vahid məqsədə yönləndirməliyik.

Bu istəklə yaşayan, Məmməd Əmin Rəsulzadə ömrünün sonunda 3 dəfə “Azərbaycan” deyib dünyasını dəyişib.

Elə onun sözlərini sonda yazmaq istərdim:

“Sən bizimsən, bizimsən!
Durduqca bədəndə can,
Yaşa, Yaşa, çox Yaşa!
Ey şanlı Azərbaycan!”



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif