Reklam verin!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) QHT-ləri müsabiqədə iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.

Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük verəcəkdir:

 

 

İstiqamətlər

Ümumi fond

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin inkişafı və vətəndaşların seçki fəallığının artırılması, söz, fikir və ifadə azadlığının genişlənməsi

90.000 AZN

 

QHT-lərin institusional inkişafı və onlarda peşəkarlığın artırılması, QHT maarifçiliyi və QHT-lərin ictimaiyyətlə əlaqələrinin (PR) gücləndirilməsi

90.000 AZN

 

Qaçqın və məcburi köçkünlərin, əsir və girov götürülmüş şəxslərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi

90.000 AZN

 

Ailə, qadın, uşaq və gənclərin problemlərinin həllinə dəstək 

90.000 AZN

 

Qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin problemlərinin həllinə kömək

90.000 AZN 

 

Azərbaycanın dünya birliyinə inteqrasiyasının təşviqi və azərbaycançılığın təbliği

90.000 AZN

 

Azərbaycanın milli-etnik müxtəlifliyinin və milli azlıqların  mədəni irsinin qorunması

90.000 AZN

 

Səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi

90.000 AZN

 

Gənclərin vətənpərvərlik ruhunun  gücləndirilməsi, onların fiziki və mənəvi inkişafının təmin edilməsi

90.000 AZN

 

Elm,təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi

90.000 AZN

 

Terrorizmə, narkomaniyaya, korrupsiyaya və insan alverinə qarşı mübarizə

90.000 AZN

 

Regionlarda sosial-iqtisadi inkişafa, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsinə  və institusional inkişafına dəstək

90.000 AZN

 

Sahibkarlığın inkişafının dəstəklənməsi,  sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və sosial sərmayə proqramlarının effektivliyinin monitorinqi

90.000 AZN

 

Beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın genişləndirilməsi

70.000 AZN

 

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının  və dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin dərinləşməsinə yönəlmiş normativ hüquqi aktların təkmilləşdirilməsi

30.000 AZN

Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:

Siyasi fəaliyyət
Dini fəaliyyət
Ayrı-ayrı fərdlərə maddi yardım
Təhsil üçün təqaüdlər.

Hər layihə üçün  maksimum  məbləğ  20 000 (iyirmi min)  manat müəyyən edilmişdir.

Ərizələr 2008-ci ilin iyun ayının 12 -dən iyul ayının 2- dək  həftənin  I-V  günlərində saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilə və ya poçtla göndərilə bilər.

Ünvan: Bakı şəhəri, AZ 1065, C.Cabbarlı küçəsi 44, Caspian Plaza.

Nəticələr  30  iyul 2008-ci il tarixdən sonra elan ediləcəkdir.

Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir), Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Şuranın Katibliyində qeydiyyatdan keçməlidir.

Ərizə təqdim edən QHT üçün tələblər:

QHT-nin bank hesabı olmalı
Hər QHT yalnız bir layihə təklifi ilə çıxış etməlidir.

 
Layihəyə aşağıdakı sənədlər əlavə olunur:

İcra planı
Microsoft Excel Proqramında tərtib olunmuş büdcə
QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
VÖEN-in surəti
Layihə rəhbərinin tərcümeyi-halı (CV)
Birgə layihələr olduğu təqdirdə birgə fəaliyyətə dair imzalanmış müqavilə.

Müsabiqə ilə bağlı ətraflı məlumatı 20 iyun 2008-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində müsabiqəyə həsr olunmuş məlumat sessiyasında  əldə edə bilərsiniz.

Qeyd: Müsabiqə ilə bağlı əlavə məlumatları Şuranın Katibliyindən əldə edə bilərsiniz.

Tel: (012) 596 53 06, 596 53 07,  fax: (012) 596 53 07

 

Ərizə formasını YÜKLƏYİN 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif