Reklam verin!

Mobil sənətin 12 heyrətamiz nümunəsi

Əksər insanlar üçün mobil telefonlar sadəcə olaraq ünsiyyət, iş və əyləncə vasitəsidir. Bəs telefonlar Rəqəmlər dövründə sənət nümunəsi ola bilərmi? Dünyada bir sıra yaradıcı insanlar məhz belə düşünürlər. Onların səyi nəticəsində fotoşəkillər, heykəllər və media instalyasiyalar dünyaya gəlmişdir ki, bunların da əsas mövzusunu mobil telefon təşkil edir. Bu 12 təsvirə baxın. Onlar mobil telefon kimi adi və sizə yaxşı tanış olan cihazda yenilik kəşf etmənizə kömək edəcək.

1. Mobil yaradıcının həyatından bir gün

Mobil telefona həsr edilmiş instalyasiyaların yaradılmasını qarşıya məqsəd qoymuş yaradıcıların əksəriyyəti bir əsər üzərində dayanmış və bütöv bir sənət nümunəsi silsiləsini yaratmışlar. Bu yaradıcılardan biri Rob Pettit olmuşdur. Coşğun fantaziyasının köməyilə o, 5 min cihazdan istifadə etmişdir ki, bunların hər biri nadir və təkrarsız formada işlənib hazırlanmışdır. Onun işlərinə dair geniş məlumat sənətkarın rəsmi internet səhifəsində verilir.

2. Sənətin qiyməti

Erik Kampın məhsulu olan cib kompüterinin və telefonun fotoşəklini Art.com saytında Əsl Sənət üçün gülməli olan bir qiymətə, 100 ABŞ dollarına almaq olar. Onsuz da ölkənin iqtisadiyyatında baş vermiş məlum hadisələrdən sonra sənət əsərləri ucuzlaşmışdır. Şəklə diqqətlə baxdıqda bəzi insanlar başa düşürlər ki, burada mərkəzi yerdə cib kompüteri dayanır. Arxa planda görünən mobil telefon isə, açıq-aşkar müəllifin hansısa bir gizli ismarışından xəbər verir.

3. Mobil "mobil"

Söz oyununda instalyasiya dedikdə, çoxsaylı mobil telefonların hüceyrə kimi bir böyük cihazın «bədənini» əmələ gətirməsi nəzərdə tutulur. Məhz bu təsvir Baltimor şəhərində Merilend müasir sənət muzeyində mobil yaradıcıların tam kolleksiyasının ilk dəfə nümayiş olunduğu sərgidə yer almışdır.

4. Yüngül mobil sənət

Əlbəttə ki, telefon özlüyündə sənət əsəri deyil, ancaq Yaradıcının məharətli əlləri «ölü» cihazı «nəfəs almağa» məcbur edə bilər. Bu halda yaradıcı mobil telefonun işığında «süni nəfəs» seansı keçirmiş və bunu fotokamera ilə çəkmişdir. Nəticədə anlaşılmaz bir təsvir meydana çıxmışdır, yəni işığın arxasında hansı cihazın olduğu görünmür. Əgər sizin gözünüz itidirsə, fotoşəklin sağ tərəfdə aşağı küncündə görünən bir hissədən telefonun modelini ayırd edə bilərsiniz.

5. Funksional sənət

Mobil sənət ideyası dünyanın özü kimi qədimdir – sırf mexaniki bir şeydən konfet....., yəni, sənət nümunəsi düzəldirsiniz. Bizim bəhs etdiyimiz vəziyyətdə heykəltərah telefonun funksional xüsusiyyətini saxlamışdır, ancaq sonsuz musiqi müşaiyəti ilə telefonu dəbilqəyə bərkitməklə əhəmiyyətli dərəcədə yöndəyişməyə yol verimişdir, sonrasını isə, özünüz görürsünüz. Bu, məhsuldar sənətkar olan Co Makkeyin çoxsaylı heykəltəraşlıq işlərindən sadəcə biridir.

6. Samsung reklam aksiyası

Mobil sənətin dəb olması ilə əlaqədar Samsung şirkəti bundan öz xeyrinə istifadə etmək qərarına gəlmiş və ustalıqla «mobil qlobus» yaratmışdır. Təəssüf ki, layihə o qədər də populyar olmadı, yəqin, ona görə ki, sifarişçi iş adamları Əsl Sənətdən heç nə anlamırlar. Nəticədə, hər şeydə bəhanə axtaran tamaşaçıların diqqətini cəlb etmək üçün mim-artistlər dəvət olundu.

7. Sosial ismarış

Africa.Dot.Com ekspozisiyası: Təbillərdən Rəqəmsala doğru. San-Fransiskoda Afrika diasporasının muzeyində Afrika ölkələrinin inkişafı və texnologiyaların onların müasir həyatındakı rolu göstərilir. Qısaca olaraq, sərginin verdiyi ismarış ondaq ibarətdir ki, mobil telefonlar üçüncü dünya ölkələrinin sivilizasiyasında aparıcı qüvvə rolunu oynayırlar.

8. Qadın sənət növü kimi

Müasir dövrdə yüksək texnologiyalar və internet aləmində kətan üzərində, özü də rəngli mobil telefon görmək nadir hadisədir, ancaq bunsuz da sənət olmaz. Yeri gəlmişkən, bilmək istəyirsiniz, bu qadın kimdir və ya kiminlə belə şirin-şirin söhbət edir? Rəssamın ideyasına görə, qadın tamaşaçının diqqətini cəlb edir, ancaq məhz telefon onun barəsində suallar yaradır.

9. Müasir Afrikalı qadın

Qadın mövzusunun davamı kimi T.Qomillion tərəfindən çəkilmiş şəkli misal göstərmək olar. Həmin şəkildə «sosial ismarış» və «qadın sənət növü kimi» şah əsərlər bir araya gəlmişlər (bax yuxarıda). Bir tərəfdən biz mobil telefonla danışan afrikalı qadını görürük ki, bu, əhalinin həyatında mobil telefonların əhəmiyyətli olduğunu bildirir. Digər tərəfdən isə, sürpriz, sürpriz – biz başqa üç qadın görürük və heç də yaxşı olmayan maraq bir tərəfə, biz onların telefon söhbəti haqda daha çox şey bilmək istəyirik. Əsər radikal ağ-qara tonlarda çəkilmişdir ki, bu da ona müəmmalılıq verir və sadəlik fonunda diqqəti cəlb edir.

10. Soyunmuş qadın mobil telefon ilə

Sənətdə soyunma olmasa, o nə sənətdir? Ancaq, əlbəttə ki, ideyanın özü safdır – heykəltəraş Endriyu Vielaskinin əsərində müasir sənətlə qədim sənət birləşməsi verilir. Bizə elə gəlir ki, heykəl İntibah dövründən günümüzə gəlib çıxmışdır. Artıq başa düşdüyünüz kimi, mobil telefon əsərin tarixi xarakterini ahəngdar şəkildə pozur. Bu ideya öz orijinallığı ilə bizi valeh edir və fərqli şeylər barədə düşünməyə vadar edir.

11. Mobil Flash sənət

Mobil telefon təkcə sənət nümunəsi kimi passiv rol oynamır, telefon həm də aktiv daşıyıcı rolu oynayır. Məhz bu ideya mobil cihazın özündən kətan kimi istifadə edən dizaynerlərin işində özünü büruzə verir. Auditoriya isə, milyonlarla istifadəçilərdir!

12. Mobil telefonun sensor ekranında şəkil çəkmə

Yaradıcı ideyaların həyata keçirilməsi üçün mobil kətanın daha bir nümunəsi. Adı ahəngdar səslənən yaradıcı Allan Parij sənət aləmində onunla fərqlənir ki, o, öz əsərlərini mobil telefonunun sensor ekranında çəkir. Yəni, o, təkcə öz məharəti ilə deyil, həm də «akın» üslubunda yaratdığı əsərləri ilə seçilir. O, nə görürsə, onu da çəkir. Sonra isə, şəkilləri kompüterdə tamamlayır.

Azercell Telekom


1
Şəbnəm yazıb:

10-cu ideyaa daha maraqlıdır məncə smile

İyul 2, 2008 16:12


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif