Reklam verin!

"G8" Beynəlxalq Karikatura Müsabiqəsi - 2008

Azerphoto karikatura müsabiqəsi

AZƏRFOTO agentliyiYoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Kualisiyası OXFAM beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə

Beynəlxalq Karikatura Müsabiqəsi “G8”*-i açıq elan edir.

Müsabiqədə həvəskar və peşəkar karikaturaçılar, eyni zamanda rəssamlar iştirak edə bilərlər.

MÖVZULAR**:

1. Yoxsulluq, İşsizlik;
2. Ərzaq böhranı;
3. Qlobal istiləşmə;
4. Təhsil, səhiyyə, içməli su, sanitariya;
5. QİÇS-lə mübarizə;
6. Kasıb ölkələrin borclarının bağışlanması;
7. Azad ticarət;
8. Gender bərabərliyi.

Son tarix 30 İyun 2008

Hər rubrika üçün maksimum 2 karikatura təqdim oluna bilər.

Texniki informasiya

Karikaturalar A4 ölçüsündə maksimum 150 dpi (max. 2mb.), JPEG formatı. İştirakçı hər rubrikaya 2 ağ-qara və ya rəngli, istənilən stildə karikatura göndərə bilər. İştirakçı yolladığı məktuba tərcümeyi halını da əlavə etməlidir.

Müsabiqənin sonunda seçilmiş karikaturalardan ibarət internetdə sərgi təşkil olunacaq.

Materiallar bu ünvana göndərilməlidir. cartoon@azerphoto.com

Karikaturalar bu ünvanda nümayiş etdiriləcək.

cartoon.azerphoto.com

Mükafatlar

Birinci yer 300 $

İkinci yer 250 $

Üçüncü yer 200 $

Daha 5 yer üçün diplomlar.

Nəticələr beynəlxalq münsiflər heyətinin qiymətləndirməsindən sonra 2 iyul 2008-ildə saytda nümayiş etdiriləcək.


*- Böyük səkkizlər - Böyük Səkkizlərə aid ən qüdrətli dövlətlər (ABŞ, Kanada, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Yaponiya) dünyada ifrat yoxsullugun azadılması istiqamətində yoxsul ve inkişaf etməkdə olan dövlətlərə yardım məqsədi ilə konkret öhdəliklər götürmüşdülər. Bu öhdəliklərə hökumətlərin hesabatlığının artırılması, ədalətli idarəetnə və insan hüquqlarına hörmət, yardımların keyfiyyət və kəmiyyətinin artırılması, kasıb ölkələrin borclarının silinməsi, ədalətli ticarət qaydalarının tətbiq edilməsi və cender bərabərliyinin təminatı aiddir.

Bu öhdəlikərin yerinə yetirilməsi və Miniiliyin İnkişaf məqsədlərinin 8 hədəfinə 2015-ci ilə kimi nail olunması Səkkizlərin və digər varlı millətlərin beynəlxalq ictimaiyyət qarşısında mənəvi borcunun ödənilməsi ilə yanaşı milyonlarla insanın ölüm və acliqdan xilas olması, müəllim və həkimkərin işə götürülməsi, uşaqların məktəblərə axını, anaların keyfiyyətli səhiyyə xidməti əldə etməsi, hər kəs üçün pulsuz HİV QİÇS və digər keçici xəstəliklərin müayinə və müalicəsi, yerli istehsalçıların gəlirlərinin yaxşılaşdırılması deməkdir. Bu vədlərə təcili əməl olunmalıdır!

**- Varlı dövlətlər hələ 1960-ci ildə kasıb ölkələrə yardım məqsədi ilə öz ümumi milli gəlirlərindən 0.7 faiz ayrırmağı razılaşdırmışdırlar. Bu yardımıar yoxsulların təhsil, səhiyyə, içməli su və normal sanitariya şəraitinə əlçatanlığını təmin etməli idi... Dünyanın pulsuz və keyfiyyətli təhsil və ilkin səhiyyə xidmətlərinə eytiyacı çoxdur.

Milyonlarla insan ibtidai təhsil və səhiyyə xidmətinin nə olduğunu bilmir. 80 milyon uşaq məktəbə həsrət qalıb. Hər gün 1400 qadın təhsilli həkim heyəti olmamasından və pulsuz və keyfiyyətli səhiyyə xidməti ala bilməməsi ucbatından doğuş zamanı həlak olurlar.... Bu vəziyyət dəyişilməlidir. Böyük Səkkizlər və varlı dövlətlər tərəfindən verilən vədlər yerinə yetirilməlidir!

www.gcap.az



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif