Qəribə deyilmi ki...
~:~:~
Qəribə deyilmi ki, 10 manatlıq əskinası məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük :?:
~:~:~
Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa :?:
~:~:~
Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir :?:
~:~:~
Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq :?:
~:~:~
Qəribə deyilmi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimiz roman heç əlimizdən düşmür :?:
~:~:~
Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün :?:
~:~:~
Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq :?:
~:~:~
Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabı Quranda yazılanlara isə bu qədər çətinliklə və gec :?:
~:~:~
(Ardı var)
Şəbnəm şərhlərə görə çox sağ ol. Amma yazının müəllifi mən deyiləm. Heç kim olduğunu da bilmirəm. İnternetdə qarşıma çıxdı, həm özüm, həm də blog ziyarətçiləri ibrət götürsün deyə bloga yerləşdirdim.
İyul 15, 2008 17:56





Qəribədir və haqqsızlıqdır..
Həqiqətən də elə hallar olur ki, namaz qıldığımda, Allah şeytana lənət eləsin, fikrim namazdan yayınır, başqa şeyə yönəlir. Bəzən bu səbədən hansı rükətdə olduğumu unudur və namazı yenidən qılıram. Çalışıram ki, belə şeylərə yol verməyim, amma, şeytana lənət, belə hallar olur bəzən...Allaha qurban olum, özü bağışlasın və belə şeylər baş verməsin..
Çox maraqlı yazıdır mənə görə..Müəllifi sizsinizmi?
İyul 15, 2008 17:51