Reklam verin!

Bakının Park Bulvarı / FOTO /

“Park Bulvar” sözün əsl mənasında Bakıda daşınmaz əmlakın tikilməsi sahəsində ən möhtəşəm layihələrdən biridir.
41,5 milyon ABŞ dolları dəyərində pәrakәndә ticarət mərkəzi, istirahət obyektlərini və pərakəndə ticarət nöqtələri əlavə etmәklә Bulvarın planının yenidən qurulmasına xeyli kömək edәcәk.
“Park Bulvar” ölkənin inkişafına qiymətli töhfə və onun vətəndaşlarına yeni iş yeri imkanlarını verәcәk. Layihənin icrası, tikinti dövrü ərzində hər gün 150, layihənin başa çatmasından sonra isə idarəetmə və xidmətetmə sahəsində proqnozlaşdırılan 300 daimi iş yeri təmin edәcәk.

Park Bulvar

Davamı...

Dünyanın ən bahalı evi satılıb

Londonun ən bahalı səmtlərindən birində yerləşən "Toprak Mansion" malikanəsi satılıb. "The Sunday Times"in verdiyi məlumata görə, bina 50 milyon funt-sterlinqə ($100 milyon) satılıb ki, bu da Britaniya paytaxtında və onun həndəvərlərində yeni inşa edilmiş tikililər üçün rekord qiymətdir.
Neoklassisizm stilində inşa edilmiş "Toprak Mansion"da şüşə damlı hovuz, dörd mətbəx, yeraltı qaraj və 20 nəfərlik türk hamamı var. Malikanənin ətrafında 2 akr sahədə nəfis bağ salınıb.

Toprak Mansion

Davamı...

SOS!!! Ermənilər daha bir mahnımızı oğurladılar

Erməni mənfurları öz xislətlərini davam etdirərək daha bir Azərbaycan mahnısına sahiblənməyə çalışırlar. Gəlin, birlikdə onların bu niyyətlərinin qarşısını alaq. Davamında klipi izləyə bilərsiniz. Baxın, görün erməni qızı Siruso "Qaragilə", "Dilbərim" və "Sarı gəlin"in motivlərindən necə istifadə edib. Sirusonun üzündəki ifadələr isə, sanki bir gün bunun heyfini ondan çıxacağımızı hiss etdiyini bildirir.

Davamı...

Müsabiqədə iştirak et, hədiyyəyə sahib ol!!!

Əziz dostlar, bu gündən etibarən blogumuzda sizlər üçün müsabiqə bölməsini açırıq. Burada maraqlı, qeyri-adi şəkillər yerləşdirəcəyik. Bu şəkillərə ən yaxşı, fərqli və qeyri-adi şərh yazan oxucumuz bizdən hədiyyə qazanacaq. Hədiyyənin nə olacağı isə, sürprizdir. Hər birinizi müsabiqədə aktiv iştirak etməyə dəvət edirik. Beləliklə, ilk fotonun müəllifi elə mən özüməm Şən. Bu şəkil təqribən 2 il bundan əvvəl, səhər saat 8-9 radələrində Dənizkənarı Milli Parkda çəkilib.

Davamı...

"İRƏLİ" informasiya müharibəsində

Yanvarın 19-da “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Şəhidlər Xiyabanını ziyarət edərək, faciə qurbanlarının xatirələrini anacaq və məzarlara gül dəstələri düzdü.

Daha sonra gün ərzində faciə Avropanın nüfuzlu siyasətçilərinə, parlamentarilərin və başqa tanınmış insanların e-mail ünvanlarına faciə haqqında məlumatlar göndərildi.

e-mail attack

Davamı...

Biz millətik! Sübutu: Şəhidlər xiyabanı

20 yanvar hadisələrinin növbəti ildönümü yaxınlaşır. Yenə yüz minlər axışacaq Şəhidlər xiyabanına. Yenə baba nəvəsinin əlindən tutub bu ziyarətgaha gətirəcək, xalqımızın başına gətirilən müsibətləri ona anladacaq. Bəlkə də bizim təsəllilərimizdən biri də elə məhz budur: millətimiz yaşlısından gəncinə qədər o gecə baş verənləri unutmur.
Həmin gecə baş verənlərə faciə demək gəlmir dilimdən. Mənim aləmimdə faciə heç nə uğrunda vəhşicəsinə öldürülən insanların durumudur. 20 yanvarda dünyasını dəyişənlər bir “heç” uğrunda öldürülmədilər ki! Onlar Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda, müqəddəs bir dəyər uğrunda canlarını fəda etdilər. Bu fədakarlığın ən gözəl və tam ifadəsi isə şəhidlikdir. Bu gün onların uyuduqları əbədi məkan yüz minlərin axışdığı, qarşısında hər kəsin ehtiramla əyildiyi Şəhidlər xiyabanıdır.

Şəhidlər Xiyabanı

Davamı...


« Əvvəlki səhifə   Yazıların cəmi: 50    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  hacıyev  müsabiqə  bəxtiyar  turkey  faciə  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  abş  azeriblog  bakı  azercell  osmanlı  allah  soyqırım  xocalı  prezident  ceyhun  usa  milli  championship  azerbaijan  mənəviyyat  əliyev  terror  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ağdam  aksiya  bahalı  of  qht 

Müxtəlif

Blogroll