Reklam verin!

Kağız telefonlar, quşlar və uğurlu rəqəmlər barədə

Quşlar artıq telefon zənglərini yamsılamağa başlayıblar

Mobil telefonlarla artıq hər tərəf dolub. Skandinaviya ölkələrində isə hər ikinci şəxsin mobil telefonu var. Vəziyyətin belə olması, mobil telefonların sadəcə insanların həyatına təsiri ilə kifayətlənmir, ətraf mühitə də öz təsirini göstərir. Danimarkalı ornitoloqların araşdırmalarına görə üzə çıxıb ki, yerli Danimarka quşları da artıq mobil telefon zənglərini yamıslamağa başlayıblar. Xüsusilə isə sığırçın quşları bu işdə daha fəaldırlar.

Davamı...

İlaxır çərşənbələr

Novruza qədərki hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində İlaxır çərşənbələr və ya ilin axır çərşənbələri yaranıb müqəddəsləşmişdi. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri "dirilmiş" bu çərşənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi və indiyə qədər də bu mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur.

Ayrı-ayrılıqda "Su çərşənbəsi", "Od çərşənbəsi", "Yel çərşənbəsi" və "Torpaq çərşənbəsi" adlandırılan "İlaxır çərşənbələr" insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halalığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.

Davamı...

Əsrlərin, nəsillərin bayramı: Novruz

bahar qızları
Mart ayı girər-girməz Azərbaycanda və qonşu ölkələrin əksəriyyətində qədim Şərq bayramına ― Novruz adlanan yeni ili qarşılama mərasiminə ciddi hazırlıq başlanır. Xalqımızın ən qədim bayramlarından sayılır Novruz. Bizim milli həyat, məişət adət-ənənələr və inancların kökləri ulu qaynaqlara bağlıdır. Doğrudur, bir sıra insanlar Novruz bayramının yaranmasını tarixi-dini olaylarla əlaqələndipməyə çalışır. Novruz bayramının yaranması, ayrı-ayrı görüş və etiqatlarla əlaqəsi, onun Zərdüştlük ―Avesta, yaxud İslam ― müsəlman mədəniyyəti qaynaqları ilə bağlılığı əsrlər boyu tarixçi alimləri, etnoqrafları, kulturoloqları, folklorşünasları düşündürmüş, çox böyük mübahisələrə səbəb olmuşdur. Fikrimizcə, Azərbaycan xalqının təşəkkül tapdığı vaxtda yaranmış, özündə ona qədər və sonra formalaşmış bütün dünyagörüşləri birləşdirməklə bu günə gəlib çatmış və millətimiz yaşadıqca, böyük sevinclə qarşılanacaq Novruz bayramı Şərq əhəmiyyətli, lakin milli hadisə kimi qəbul olunmalıdır.

Davamı...

16 yaşlı 7 uşaq anası

Argentinanın şimalındakı Kordoba əyalətindəki kiçik şəhərcikdə yaşayan Pamela Mariya Sançes dünyaya üç cocuq gətirib.
Pamela Sançes ilk dəfə üçər doğandan sonra Kordoba valisi ona torpaq sahəsi ayıraraq ev tikdirmişdi.
Uşaqların yeddisi də hamiləlik müddəti başa çatmamış doğulub. Yeddi cocuğu saxlamaqda Pamelaya süpürgəçi işləyən anası yardım edir.

Davamı...

Ağ ev – ABŞ prezidentinin rəsmi iqamətgahı

White House
Binanın tikilişinə Prezident Vaşinqtonun qərarı ilə 1792-ci ilin oktyabrında başlanıb. “Prezident evi”nin yerini o özü seçsə də, orada oturmaq ona nəsib olmayıb.

İrland əsilli arxitektor Ceyms Xobanın tikdiyi yeni iqamətgahda ilk oturan cütlük, 1800-cü ilin noyabrın 1-də hakimiyyətə gələn ABŞ-ın ikinci prezidenti Con Adams və onun həyat yoldaşı Abiqeyl Adams olub.

O vaxtlar ABŞ paytaxtının qədim tikilisinə divarının qumdaşı ilə örtülməsinə görə “Ağ ev” deyirdilər. 20-ci illərin sonunda isə Teodor Ruzvelt binanın adını rəsmiləşdirdi.

Bu günə qədər Ağ evdə ABŞ-ın 43 prezidenti yaşayıb və işləyib.

Davamı...

II Walpaper (divar kağızı) müsabiqəsinin nəticələri

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının keçirdiyi Vətənpərvərlik mövzusunda wallpaper müsabiqəsinin qalibləri:

I yer

Davamı...


  Yazılar cəmi: 33    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif