Reklam verin!

"Tarix: olduğu kimi" Beynəlxalq konfransı

30-31 mart tarixində "Park İnn" otelində "İrəli" Ümumrespublika Gənclər Hərəkatının, Gənclər və İdman Nazirliyinin və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə "Tarix: olduğu kimi" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbiri giriş sözü ilə açaraq konfransın 1918-ci il 31 mart soyqırımına həsr edildiyini bildirib. Onun sözlərinə görə, ermənilər tarix boyu müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırım siyasəti həyata keçirib. İ.Babayev soyqırımlar nəticəsində 10 minlərlə soydaşımızın qətlə yetirildiyini, onlarla kənd və şəhərlərimizin viran edildiyini diqqətə çatdırıb: "31 mart hadisələrinə ilk dəfə olaraq 1998-ci ildə mərhum prezident, ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilərək, həmin tarixi faciə soyqırım kimi qəbul edilib. Ötən illərdən fərqli olaraq son zamanlar bu hadisələrlə bağlı araşdırmaların sayı daha da artıb. Hesab edirəm ki, alimlərimiz bu sahədə çalışaraq, həqiqəti ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır. Bunun üçün kifayət qədər faktlar da mövcuddur. Sadəcə, həmrəy olaraq bir qədər fəal şəkildə çalışmalıyıq".

Davamı...

Tanımayanlara Ceyhun Osmanlı haqqında

Ceyhun Osmanlı
Ceyhun Osmanlı 1982-ci ildə Bakı şəhərində anadan olub.

1989 – 1992 – Bakı şəhəri 48 nömrəli orta  məktəbdə təhsil alıb, daha sonra təhsilini Bakı Özəl Türk Litseyində davam etdirib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasına daxil olub və 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Həmin il Bakı Dövlət Universitetinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisaslaşması üzrə magistraturasına daxil olub. Magistraturanı fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti Makroiqtisadi tənzimləmələr fakültəsində aspirant kimi davam etdirir.

Davamı...

Bayramınız mübarək!!!

Əziz dostlar, hər birinizi qarşılamaqda olduğumuz Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, evlərinizə xoşbəxtlik, həyatınızın səməni kimi təravətli, süfrələrinizin novruz süfrəsi kimi ruzi-bərəkətli olmasını arzulayıram. 

Mobil telefonun qorunma qaydaları

        Təcrübə göstərir ki, mobil telefonun fəaliyyətindəki əsas problemlər istehsalçı şirkətin istehsalat qüsurları səbəbindən deyil, məhz telefon sahibinin öz xətalarından irəli gəlir.

Mütəxəssislər mobil cihazların və onların batareyalarının fəaliyyət dövrünü əhəmiyyətli dərəcədə artıran qaydalar toplusunu hazırlamışdırlar.

Əsas qayda: heç vaxt telefonu özünüz “reanimasiya” etməyə çalışmayın! Problemlərinizi peşəkarların öhdəsinə buraxın. Yalnız təcrübəli “həkim” onu “müalicə edə” və ya “ömrünü başa vurmasını” təsdiq edə bilər.

Digər faydalı məsləhətlər:

Davamı...

ATƏT sədrindən şok hərəkət

29 yaşlı Yohanna Tkiaynen İlkka Kanervanın mesajlarını mətbuatda dərc etdirmək niyyətindədir.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva striptizçi qadına intim xarakterli 200 SMS göndərib. Bu barədə xəbəri Böyük Britaniyanın Telegraph qəzeti yayıb.

Davamı...

Məhəbbətin qüdrəti

Davamı...


  Yazılar cəmi: 14    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif