Azərbaycan dilində mətnli tərcümə proqramı - DİLMANC
"Dilmanc" tərcümə sistemi mətnlərin avtomatik tərcüməsini həyata keçirən kompüter proqramıdır. Bu sisteminin köməyilə siz mətni kompüter vasitəsilə bir neçə saniyə ərzində tərcümə edə bilərsiniz. Tərcümə sistemləri tərcümə zamanı insanların işini xeyli asanlaşdırır. Bəzən siz cümlədə bütün sözlərin tərcüməsini bilsəniz də, tərcümə etdiyiniz dildə cümləni qura bilmirsiniz, çünki bunun üçün müvafiq qrammatik qaydaları yaxşı bilmək lazımdır. Bəzən isə sizə dəqiq tərcümə yox, sadəcə mətndə nədən söhbət getdiyini bilmək lazım olur. Tərcüməyə sərf etdiyiniz vaxt isə qiymətsizdir. Bu və çoxlu sayda başqa hallarda maşın tərcüməsi sistemləri minlərlə insanın köməyinə gəlir. Hal-hazırda dünyada maşın tərcüməsi sistemlərindən geniş istifadə olunmaqdadır. Müxtəlif dillər üçün çoxlu sayda maşın tərcüməsi sistemləri mövcuddur. "Dilmanc" tərcümə sistemi isə Azərbaycanda ilk və analoqu olmayan proqram təminatıdır.
XəbərNamə: xəbərə verilən dəyər!
Mənim blogumda indi bir dəyişiklik var! Gördünüz mü? Blogun əsas səhifəsində hər yazı bölməsində bir kiçik işarə (logo) yerləşdirmişəm. Bu işarə bu gündən bloguma əlavə olunub. Bu digg.com əjdaha saytının işarəsi deyil, yeni layihə olan, milli diggimiz XeberName.com
Yeni layihənin adı XəbərNamədır. Qısa şəkildə deyim ki, XəbərNaməAzəriBlog kimi, ilk dəfə olaraq məhz Azərbaycan dilində Azərbaycan istifadəçiləri üçün, bizim AzNetin inkişafı üçün ElimizOnline İT groupun növbəti layihəsidır.
XəbərNamə barəsində ətrafli məlumati öz saytından əldə edə bilərsiniz.
Gəlin, xanımlarımızı yalnız 8 martda yox, hər zaman qiymətləndirək!!!

Azərbaycanın inkişafında mühüm rolu olan xanımların əməyini işıqlandırmaqla, mövcud olan stereotipləri dəyişdirmək və qadın hüquqlarını möhkəmləndirmək məqsədi daşıyan bu müsabiqə 01 mart – 01 may 2008-ci il tarixləri arasında davam edəcək və yalnız bu müddət ərzində dərc olunan materiallar, təşəbbüslər müsabiqıyə qəbul olunacaqlar.
Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər iştirak edə bilərlər. Eyni şəxs bir neçə iş təqdim edə bilər.
Bizim qonaq (2)
Hörmətli dostlar!
Növbəti qonağımız İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi, Gənclər Parlamentinin spikeri Ceyhun Osmanlıdır. Suallarınızı bu gündən etibarən ünvanlaya bilərsiniz.
Dünyanın ən bahalı məscidi

Abu Dabidə inşa edilən bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu sayılan Şeyx Zayed bin Sultan Əl Nayanın adını daşıyır.
Məscidin xüsusiyyətləri:
Dünyanın ən böyük qübbəsinə malikdir, hündürlüyü 75 metrdir.
Dünyanın ən böyük xalısıyla örtülüb. İranın Xorasan bölgəsində 1200 qadın tərəfindən 2 ildə toxunan xalının çəkisi 45 ton ağırlığında, həcmi isə 6 min kvadrat metrdir. Qiyməti 8,5 milyon dollar olan bu xalının üzərində 9 000 insan ibadət edə bilir.
Bloglaşdırabildiklərimizdənsinizmi?
İnformasiya Texnologiyaları departamenti
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti “Kompüter savadsızlığına YOX deyək!” layihəsi çərçivəsində növbəti treyning kurslarına başlayır. Bu dəfəki treyninqlərin mövzusu “Blogların yaradılması və onlarin effektiv idarəedilməsi” olacaqdır. Treyninqlərə iştirak üçün 3-10 mart tarixləri arasında qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan özünüz haqda aşağıdakı məlumatları raufray@yahoo.com ünvanına göndərmək və ya ofisin elanlar lövhəsində asılacaq qeydiyyat vərəqəsin doldurmaqla keçmək olar :
• Ad, soyad
• Təvəllüd
• Universitet
• Hərəkata qəbul tarixi
Kursların mart ayının ortalarından başlanacağı planlaşdırılır. Hər departament və klubdan ən azı bir nəfərin treyninqlərdə iştirakı arzuediləndir.



