Təəccüblənməyin: mobil telefondan zinət əşyaları
Növbəti mobil telefonunuz sizə nişan üzüyü formasında təqdim olunarsa, təəccüblənməyin.
Bu, bütövlüklə tullanmış mobil telefonlardan əldə olunan materiallardan hazırlanan cəvahir dəstlərini hərraca çıxaran mobil telefon sənayesinin son vaxt ərzində təbliğ etdiyi bir ismarıcdır.

Azərbaycan bloggerlərinin ilk görüşü

Bu ideya ilə ilk olaraq Azeriblog.com saytının admini Fərhad Əsgərzadə çıxış etmişdir. O vaxtlar ideya yalnız Azeriblog istifadçiləri görüşünün keçirilməsindən ibarət olsa da, aparılan müzakirələrdən sonra görüşün formatı daha da böyüdü və bunu Azərbaycan bolggerlərinin ilk qeyri-rəsmi görüşü adlandırmaq qərara alındı.
Görüş yeri Sahil bağı kimi müəyyən edilmişdi. Qısa zaman sonra Admin gəldi, daha sonra isə digər bloggerlər. Bulvara getmək qəraralaşdırıldı. İlkin tanışlıqdan sonra müzakirələr başladı. Dəyərli fikirlər səsləndi, təkliflər edildi. Hətta kiçik mübahisə belə yarandı. Amma bütün bunlar yaxşılığa doğrudur. İki saata yaxın çəkən görüşün sonunda iştirakçılar bir-birlərinin bloq ünvanlarını və əlaqə vasitələrini götürərək, yaxın zamanlarda bir daha görüşmək ümidi ilə ayrıldılar.
Yaxın vaxtlarda bir daha əlinizi sıxmaq ümidi ilə, hər kəsə uğurlar !
Azərbaycan bloggerlərinin ilk qeyri-rəsmi görüşü fotolarda :
Gənc ekspertlər üçün şans

Aşağıda göstərilən mövzular üzrə Azərbaycanın bölgələrində və ucqar kəndlərində təqdimat və ya mühazirə keçirmək istəyən hər şəxs İnsan Hüquqları Fonduna müraciət edə bilər. Burada məqsəd bölgələrdə və ən ucqar yerlərdə yaşayan əhalinin maariflənməsinə və məlumatlı olmasına yardım etməkdir. Tədbirlərin təşkil olunmasında AİHF-in regional resurs mərkəzləri və regional kordinatorları köməklik göstərəcək. Bütün ezamiyə və təşkilati xərclər AİHF tərəfindən ödəniləcək. Məhdud sayda materialların çoxaldılması mümkündür.
Bu təşəbbüsə qoşulmaq istəyən şəxslər aşağıda göstərilən məlumatları
azerbaijan@human-rights-foundation.org elektron ünvanına göndərə bilərlər.
BAKI TELEVİZİYA QÜLLƏSİ / FOTO /
Əziz oxucular! Siz nə vaxtsa şəhərin mərkəzində dayanıb Bakı Televiziya Qülləsini seyr etmisizmi? Şəhərimizdə bu cür zövqlə tamaşa olunacaq tikililər çoxdur və getdikcə sayı armaqdadır. Bakı Televiziya Qülləsi bu gün Bakıda yerləşən ən hündür (faktiki hündürlük 310 metr, dəniz səviyyəsindən 410 metr) tikilidir. Tikintisi 1981-ci ildə başlansa da, sonradan dayandırılmış Yeni televiziya qülləsi kompleksi 1996-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə istismara verilmişdir. Qeyd edim ki, bu gün ölkədə bütün yerli və əcnəbi televiziya və radiolar məhz bu qüllədən yayımlanır.
Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi
Gənclər təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir.
Məqsəd:
Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.
Ekologiyaya dair foto müsabiqə başlayır

Hazırda davam edən və hər birimizin ətrafında yaşanan ekoloji problemləri əks etdirən foto müsabiqəyə start verilir. Hər bir vətəndaş müsabiqəyə onu narahat edən, mütəmadi üzləşdiyi və həllində iştirak etmək istədiyi ekoloji problemlərin fotosunu təqdim edə bilər.
EKOLOJİ PROBLEMLƏR NƏDİR VƏ NƏDƏN YARANIR?- İdarə olunmayan sənaye və məişət tullantılarından; Təbiətə antropogen təsir; Təbii resursların yanlış istismarı texnologiyaları; Urbanizasiya – şəhərsalma; Böyük texnoloji layihələr; Qeyri-ənənəvi iqlim dəyişikliyi.
Müsabiqəyə təqdim edilən fotolar təşkilatçının internet səhifəsində -
www.azecology.org yerləşdirilməklə elektron səsvermə yolu ilə üç ən yaxşı foto seçiləcək. Seçilmiş üç ən yaxşı fotonun müəllifləri mükafatlandırılacaq, bu fotolar mətbuatda çap olunacaq və bütün iştirakçılara fəxri diplomlar təqdim olunacaq. Fotolardan fotoreportajlar hazırlanaraq mətbuata yayılacaq. Müsabiqəyə təqdim olunmuş bütün fotolardan ibarət foto albom - “şərhsiz informasiyalar” çap olunacaq.



