Sən bizimsən, bizimsən... Azərbaycan!!!

28 May – hər bir azərbaycanlının vətəndaşlığını məlum edən şəxsiyyət vəsiqəsinin üzərində qeyd olunan Azərbaycan Respublikasının günüdür. Respublika tarixi başlayır bu gündən, əvvəli gözəl, sonu isə əbədi olan Respublikamız.
Həmin dövrün qərarlarını nəzərdən keçirəndə bir anlıq o günlərin hadisələri insanın gözü qarşısında canlanır. O tarixi dövrə qiymət vermək də olar, verməmək də, amma fikir bildirmək istəyəndə ilk növbədə həmin dövrün ab-havasını bilmək gərəkdir, ən azı qərarların hansı şəraitdə qəbul olunduğunu...
Mənim üçün Azərbaycan Xalq Cümhuriyyəti, və yaxud, Azərbaycan Demokratik Respublikası vətəndaşı olduğumuz dövlətin adıdır. Bu ad o qədər insanların beynində həkk olundu ki, sovetlər də bu adı dəyişə bilmədi və bizi adımızla, sərhədlərimizlə SSRİ-yə daxil etdi. Xalqların tarixində bu bəlkə də ən önəmli hadisələrdəndir. Məhz 1918-ci il 28 May tarixi millətimizin özünümüəyyənetmə prosesinin yekunu oldu. Bu gündən etibarən dövlətimizin əsası qoyuldu ki, bu da gələcək nəsillərə Vətən anlayışının dəqiq olaraq dövlət formasında çatdırılması idi.
Rəqs edən pinqvinlər
Bir "terroristin" insan sevgisi
Bu gün seriallar insanların həyatlarında ayrılmaz bir yer tutur. Bu seriallar içərisində "Kurtlar vadisi Pusu"nu Azərbaycanda demək olar ki, izləməyən yoxdur. Hətta ordakı qəhrəmanların həyatlarını günbəgün öyrənənlər, bilmək istəyənlər də var. "Kurtlar vadisi Pusu" serialının baş qəhrəmanlarından birinə çevrilmiş Muro da çox sevilən və bəyənilən rollar arasındadır.
Onu da bildirək ki, "Kurtlar vadisi" komandası insanların Muroya olan sevgisini və marağını nəzərə alaraq bu yaxınlarda Muroya həsr olunmuş ayrıca film çəkməyi də qərara alıblar.
Eurovision-2008 iştirakçıları Azərbaycan haqqında
Yəqin hər birinizə Eurovision-2008 müsabiqəsinin digər iştirakçılarının Azərbaycan təmsilçiləri Elnur və Samir haqqında fikirləri də maraqlıdır. Baxmayaraq ki, onların bir çoxu müsabiqədə özlərini birinci görmək istədiklərini bildiriblər. Ancaq biz ümid edirik ki, Elnur və Samirin ifa etdiyi "Day after day" mahnısı bu il Avropanın ən sevimli hitinə çevriləcək. Çünki Azərbaycan buna həm layiqdir, həm də qadir.
Kompüter Oyunları üzrə III Milli Çempionat

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2008-ci ilin iyun ayında, yaşı 14-dən 29-dək olan yeniyetmə və gənclər arasında Kompüter Oyunları üzrə III Milli Çempionat keçirilir.
Çempionatda yarışlar komanda-Counter-Strike, DOTA All Stars və tək FIFA Soccer 08, Need For Speed: ProStreet, WarCraft: The Frozen Throne, Unreal Tournament oyunları üzrə təşkil olunacaqdır.
Final mərhələsində qalib olmuş iştirakçılar diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
Ermənilərlə növbəti qarşılaşma, bu dəfə Eurovisionda
Bildiyiniz kimi, mayın 20 və 22-də Eurovision-2008 müsabiqəsinin yarımfinal konsertləri olacaq. Azərbaycanı müsabiqədə təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə may ayının 20-də aralarında Ermənistan təmsilçisi Siruşo da olan 18 ölkə təmsilçisi ilə yarışacaqlar. Bu müsabiqədə hər bir azərbaycanlının borcu təmsilçilərimizə maksimum dəstək göstərməkdir. Düzdür, biz onlara sms dəstəyi göstərə bilməyəcəyik, amma xaricdə yaşayan dostlarımızdan, tanışlarımızdan Azərbaycanı dəstəkləmələrini xahiş edə bilərik.
Elnur & Samir – Day After Day (Eurovision 2008 Azerbaijan)



