Balaban metodu
Türkiyədə məşhur xalq nəfəs aləti - balaban ifaçısı Əlixan Səmədovun yeni kitabı nəşr olunub. Kitab "Balaban metodu" adlanır. Bu nəşrdə həmin musiqi aləti, onun hazırlanması, istifadə qaydaları haqqında danışılıb. Kitab üç dildə nəşr olunub: türk, rus və ingilis. Kitab PALMALİ şirkətinin dəstəyi ilə nəşr olunub. 136 səhifəlik rəngli və yüksək keyfiyyətlə çap edilən kitab balaban ifaçılarıları üçün bir yenilik olacaq. Belə ki, kitabda balabanın hazırlanması, ifası, tarixi və balaban üçün not təlimləri yer alıb.
Qəribə deyilmi ki... (2)

~:~:~
Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil :?:
~:~:~
Qəribə deyilmi ki, yalnızca "Hacı Filankəs" deyə cağırılmağın xətrinə minlərlə kilometr məsafə qə`t edərək Həccə gedən bizlər, geriyə qayıtdıqda 24 saatın 25-cə dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq :?:
~:~:~
Qəribə deyilmi ki, kilsəyə gedən xristiana, çalma geyən hindliyə dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlariımızı "geridəqalmış, degenerat" adlandırırıq :?:
~:~:~
Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir!Əks halda kafirdir!" ittihamı ilə üzləşdirən müsəlmanın ailəsi Allahı tanımır :?:
İRƏLİnin "TERRORA ETİRAZ" Aksiyası / FOTO /
.jpg)
Aksiya iştirakçılarının səsləndirdikləri bəyanatda bildirilir ki, iyulun 27-də İstanbulun mərkəzində törədilən terror nəticəsində günahsız insanlar həlak olmuş və yaralanmışlar. Bu qanlı hadisə Azərbaycanda hiddət doğurmuşdur.
Həmçinin, Ermənistanın Azərbaycana təcavüzündən də bəhs edən bəyanatda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri erməni quldur dəstələri ölkəmizdə 32 terror aktı törətmişlər. Nəticədə 2 min günahsız azərbaycanlı öldürülmüş, 10 minlərlə insan yaralanmışdır.
Bəyanat bu sözlərlə bitir: “Biz Azərbaycan gəncliyinin təmsilçiləri olaraq İstanbulda törədilmiş terror aktını qətiyyətlə pisləyirik və əminik ki, baiskarlar tezliklə tapılıb cəzalandırılacaqlar”.
ADAM.az
Bu gün sizə ADAM.az saytı haqqında məlumat verəcəm. Təzə yaranan bu sayt Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub. Əsas məqsədi Azərbaycan İnternetində operativ, daim yenilənən, dolğun "Kim kimdir" mövzulu elektron tipli açıq məlumat bazasını oxucuların istifadəsinə verməkdir.
Qeyd edim ki, saytın dizaynı çox sadə olsa da, diqqətçəkəndir. Yeni yarandığı üçün bəzi bölmələri hələ boş olsa da, bu ümumilikdə saytın çəkisinə xələl gətirmir. Sayta daxil olaraq orada həm əlifba sırasına, həm də fəaliyyət sahəsinə uyğun olaraq haqqında məlumat yerləşdirilmiş insanları tapmaq olar. Burada idarəetmə, elm, təhsil, səhiyyə, KİV, biznes, özəl, dövlət və qeyri-hökumət strukturlarında çalışmış və hal-hazırda çalışan, eləcə də mədəniyyət və incəsənət, idman, hərb sahəsində ixtisaslaşmı və məşhur olan insanlar haqqında, onların həyat və fəaliyyəti barədə avtobioqrafik məlumatlar əldə etmək mümkündür.
Blogginglə bağlı yazı

Bir neçə gün bundan qabaq Azeriblog sistemində adını çox eşitdiyim, özü ilə hələ şəxsən tanış olmaq şərəfinə nail olmadığım Ramin Həsənəlizadə blogunda Blogu necə tanıtmalı başlıqlı bir yazı yazıb. Bu yazı həqiqətən, bloggerlər üçün faydalı məsləhətlərlə dolu olan bir yazıdır. Buna görə, Raminə öz adımdan təşəkkür edirəm. Həmin yazını oxuyan istənilən blogger öz blogunun PR-ını kifayət qədər ustalıqla və çox daha rahat bir şəkildə apara bilər.
Bu cür yazılar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bu gün hələ də bir çox blog yazanlar əslində blogun mahiyyətinin nə olduğunu tam dərk edə bilmirlər. Ona görə yox ki, istəmirlər. Sadəcə ona görə ki, bu barədə informasiya qıtlığı var. Bu qıtlığın aradan qaldırılması, bloggerlərin blog haqqında hər şey haqqında məlumatlarının olması üçün bütün blogçular bir-birilərinə yardımçı olmalıdır. Bu barədə Azeriblog admini Fərhad da öz blogunda dəfələrlə yazıb. Raminin istəyini nəzərə alaraq bir yazı da mən yazmaq qərarına gəldim.
Fədakar - başqası üçün yaşayan insan
Xəzan duyğularının əsiri olmaqdan qurtul və bir yaşıllıq ol, insanlara hüzur ver, ətrafına gözəllik saç.
Səni görən səndən qaçmasın, yolunu dəyişdirməsin, əksinə, səni gördüyü üçün çox sevinsin, sənə tərəf qanadlansın, hətta səni görmədiyi gün darıxsın...
Şam kimi əri, ətrafını nura qərq et. Bir su qaynağı ol, bulaq kimi sərinlət hüzuruna gələnləri, bağrı yananlar səndə görsünlər əlacı. Elə bir insan ol ki, hər kəs ətrafında pərvanəyə dönsün. Rəhmət dolu bulud ol və günəşin yandırıcı şüalarından qoru insanları.
Hər kəsi qucaqla, bağrına bas, sev onları. Sevgidə səxavətli ol, sevdikcə sevginin azalacağından qorxma. İnsanları o qədər sev ki, özünü sənə ən qatı düşmən bilənlər belə səndən mədət umsunlar, ən qatı ruhlu insanlar belə sənin sevgi atmosferinə girə bilmək üçün sıraya düzülsünlər.
Sən dəyişən mövsümlər kimi olma, bir gün yay günəşi kimi isidib, bir gün qış şaxtası ilə insanları dondurma, bir gün insanlara gül-çiçək bəxş edib, başqa bir gün onları bu gözəllikdən məhrum etmə. Hər zaman rəhmət buludu ol, hər yerə mərhəmət payla. Yağış kimi rəhmətini hər kəslə bərabər bölüş. Bütün quraqlaşmış könülləri yağışınla islat, onlara yeni həyat ver, onları həyata bağla, sev və sevdir onları...




