Reklam verin!

Allah'a getməzsən!!!

Bu gün internetdə üzərində şərh yazılmış bu şəkillə rastlaşdım. Maraqlı olduğunu nəzərə alıb, sizinlə də paylaşmaq istədim. Axı, bildiklərini və gördüklərini paylaşmaq savabdır.

Allaha getməzsən

Şərəfli polis adına bişərəf ləkəsi

Hərbi parad və Bayatı-şiraz / VİDEO /

Dünən Bakıda möhtəşəm hərbi parad keçirildi. Təbii ki, parad haqqında çox sözlər yazmaq, çox fikirlər səsləndirmək olar. Təşkilatçılıq baxımından bəzi qüsurları saymasaq parad çox möhtəşəm idi. Bu parad insanların vətənpərvərlik əhval-ruhiyyəsini çoxdan gözlənilən pik nöqtəyə çatdırdı desəm, yəqin ki, yanılmış olmaram.

Düzdür, hərbi paraddan sonra gənclərimiz ürəkbulandırıcı bir halla qarşılaşıblar. (Ətraflı burada) Bütün bunlara rəğmən Azərbaycan ordusunun get-gedə artan qüdrəti bu cür cılız insanların cılız əməlləri ilə ləkələnə və fəaliyyətinə xələl gələ bilməz və gəlməməlidir də. Polis "əməkdaşının" Azərbaycan bayrağına və paraddan ilham almış, vətənpərvərlik duyğuları cuşa gəlmiş gənclərə qarşı bu cür məntiqsiz, heyvani davranışına görə müvafiq tədbirlərin görülməsi barədə biz gənclər lazımi addımları atmalıyıq və mən inanıram ki, bu günlərdə bizim etirazımız öz əməli nəticəsini verəcək.

Hərbi parad

Parad zamanı şahinlərimizin paytaxt səmalarında dövrə vurmalarının hər zaman insanların xatirələrində canlanacağına əminəm. Amma bu görüntüləri Tacir Şahmalığolunun ifasında Bayatı-Şiraz sədaları altında izləməyin ayrı ləzzəti var. Bu ifa insanın vətənpərvərlik, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə bağlılıq hisslərini coşdurur, insanı qürurlandırır.

Davamı...

Beynəlxalq Karikatura Müsabiqəsi “G8” - FOTOlar

 

Davamı...

EURO - 2008: Türkiyə 4 - 2 Xorvatiya / Penaltilər / VİDEO /

EURO - 2008: Türkiyə 4 - 2 Xorvatiya / VİDEO /

Türkiyə futbol yığması
EURO-2008 Avropa futbol Çempionatının 1/4 final oyununda dünən axşam Türkiyə komandası 11 metrlik cərimə atışları nəticəsində Xorvatiyanı 4-2 məğlub etdi və yarımfinalda Almaniyanın rəqibi oldu. Oyunun 90 dəqiqəsi heç-heçə, əlavə edilmiş yarım saat isə 1-1 bərabərliklə başa çatdı. Penaltilərdə isə, türklər xorvatlardan üstün olduqlarını nümayiş etdirdilər.

Davamı...


  Yazılar cəmi: 51    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif