Reklam verin!

İftar, yoxsa qonaqlıq?

dua edən əllər
Artıq bir neçə gündür ki, bütün İslam ölkələri və digər ölkələrdə yaşayan hər bir müsəlman müqəddəs Ramazan ayını qeyd edir, bu ayın ən önəmli ayinlərindən biri olan oruc tutmaq ibadətini yerinə yetirir. Təbii ki, oruc tutmağın fəzilətləri, xeyri və savabı haqqında çox yazmayacağam, çünki ilahiyyatçı deyiləm. Oruc tutmaqla bağlı bəzi hədisləri və Qurani Kərimdən ayələri xatırladaraq, Azərbaycanda yaşanan Ramazanla bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Allah-təala buyurub: «Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm».

«Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi, sizdən kim bu aya (Ramazana) çatarsa oruc tutsun» (Bəqərə).

Davamı...

Ağıl dərk etmək və qərar vermək üçün vasitədir

Anlamaq, idrak etmək mənalarına gələn ağıl eyni zamanda zahiri əlamətlərlə idrak edilməyən əşya və hadisələri qavrayıb dəyərləndirə bilən ilahi bir nurdur.

Ağlı maddədən tamamilə fərqlənən, ancaq maddə ilə ciddi bir münasibəti olan bir cövhərə bənzədənlər, hətta onu “mən” adlandıranlar da var. Bundan başqa, ağlın insan bədənində ruha bağlı bir lətifə olduğunu iddia edənlər də az deyil. Ağla tərif verənlər arasında onu haqqı batildən, yaxşını pisdən, gözəli çirkindən ayıran ilahi cövhərə bənzədənlərə də rast gəlinir.
Ağıl kəlməsi nəfs və zehin sözləri ilə sinonim mənasında istifadə olunsa da, funksiya baxımından fərqli xüsusiyyətlərə malikdir. Yəni o, mücərrəd və nurani cövhər olması baxımından “ağıl”, ortaya qoyduğu fəaliyyət baxımından “nəfs” və əxz etmək imkanları baxımından isə “zehin” adlandırılır.

Davamı...

Vicdan - ağı qaradan ayıran daxili mexanizm

vicdan
İnsanın mahiyyəti, özünü qavraması və dərk etməsi mənalarına gələn vicdan əslində insan ruhunun iradə, zehin və hisslərdən ibarət mexanizmidir.
İnsan məhz bu mexanizm vasitəsilə ağı qaradan, yaxşını pisdən ayırır, ən çətin və ziddiyyətli məqamlarda ən doğru qərarı verir. İnsan vicdanı sayəsində özünü dərk edir və Haqq yolunun yolçusuna çevrilir.
Vicdan subyektiv bir analizçidir. Ancaq bu subyektivlik ciddi əsaslara dayanır. Vicdanın səsi ilə verilən qərar ya doğru olur, yaxud da doğruya maksimum yaxınlaşır. Çünki hər kəsi aldatmaq mümkündür, ancaq vicdanı əsla.
Vicdan doğruları diktə edir. Sadəcə olaraq, onu diqqətlə dinləmək lazımdır. Onun diktəsinə riayət etdikdə insan mənən rahat olur, çünki ən doğru və inandığı qərarı verdiyinə tam səmimiyyəti ilə inanır.

Davamı...

Qəribə deyilmi ki... (2)

Abstract
Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyirik, amma onu əldə etmək üçün çalışmaqsa istəmirik :?:
~:~:~
Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil :?:
~:~:~
Qəribə deyilmi ki, yalnızca "Hacı Filankəs" deyə cağırılmağın xətrinə minlərlə kilometr məsafə qə`t edərək Həccə gedən bizlər, geriyə qayıtdıqda 24 saatın 25-cə dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq :?:
 ~:~:~
Qəribə deyilmi ki, kilsəyə gedən xristiana, çalma geyən hindliyə dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlariımızı "geridəqalmış, degenerat" adlandırırıq :?:
~:~:~
Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir!Əks halda kafirdir!" ittihamı ilə üzləşdirən müsəlmanın ailəsi Allahı tanımır :?:

Davamı...

Fədakar - başqası üçün yaşayan insan

Xəzan duyğularının əsiri olmaqdan qurtul və bir yaşıllıq ol, insanlara hüzur ver, ətrafına gözəllik saç.

Səni görən səndən qaçmasın, yolunu dəyişdirməsin, əksinə, səni gördüyü üçün çox sevinsin, sənə tərəf qanadlansın, hətta səni görmədiyi gün darıxsın...
Şam kimi əri, ətrafını nura qərq et. Bir su qaynağı ol, bulaq kimi sərinlət hüzuruna gələnləri, bağrı yananlar səndə görsünlər əlacı. Elə bir insan ol ki, hər kəs ətrafında pərvanəyə dönsün. Rəhmət dolu bulud ol və günəşin yandırıcı şüalarından qoru insanları.
Hər kəsi qucaqla, bağrına bas, sev onları. Sevgidə səxavətli ol, sevdikcə sevginin azalacağından qorxma. İnsanları o qədər sev ki, özünü sənə ən qatı düşmən bilənlər belə səndən mədət umsunlar, ən qatı ruhlu insanlar belə sənin sevgi atmosferinə girə bilmək üçün sıraya düzülsünlər.
Sən  dəyişən mövsümlər kimi olma, bir gün yay günəşi kimi isidib, bir gün qış şaxtası ilə insanları dondurma, bir gün insanlara gül-çiçək bəxş edib, başqa bir gün onları bu gözəllikdən məhrum etmə. Hər zaman rəhmət buludu ol, hər yerə mərhəmət payla. Yağış kimi rəhmətini hər kəslə bərabər bölüş. Bütün quraqlaşmış könülləri yağışınla islat, onlara yeni həyat ver, onları həyata bağla, sev və sevdir onları...

Davamı...

Salam, qocalar evi

Qocalar eviQonşularla həyətdə oturmuşduq, istidən nəfəs almaq mümkün deyildi. İçimdə dənizə getmək həvəsi baş qaldırsa da, “kasıbçılığın üzü qara olsun” deyib istəyimdən vaz keçdim. İsti havada çimərliyə getmək adı ilə saatlarla tıxacda qalmaqdansa, həyətdə oturub nərd oynayanlara tamaşa etmək daha maraqlıdır.

***

Qəfildən həyətdə bir səs-küy baş qaldırdı, gəl görəsən. Qonşumuz Sabir idi. Deyəsən, uşaqları ilə yenə dənizə gedirdi. Nədənsə yenicə aldığı “Hummer”in qapısını açıq qoymuşdu. Bu səbəbdən, maqnitofunun səsi uşaqların səsinə qarışmışdı. Röya yenə nakam məhəbbətdən bəhs edən mahnı oxuyurdu.

***

Davamı...


  Yazıların cəmi: 20    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif

Blogroll