Qəribə deyilmi ki...
~:~:~
Qəribə deyilmi ki, 10 manatlıq əskinası məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük :?:
~:~:~
Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa :?:
~:~:~
Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir :?:
~:~:~
Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq :?:
~:~:~
Qəribə deyilmi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimiz roman heç əlimizdən düşmür :?:
~:~:~
Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün :?:
~:~:~
Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq :?:
~:~:~
Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabı Quranda yazılanlara isə bu qədər çətinliklə və gec :?:
~:~:~
Allah'a getməzsən!!!
Bu gün internetdə üzərində şərh yazılmış bu şəkillə rastlaşdım. Maraqlı olduğunu nəzərə alıb, sizinlə də paylaşmaq istədim. Axı, bildiklərini və gördüklərini paylaşmaq savabdır.
Allahın gözəl adları
Əl-Muzill - Ya Muzill! Sənə boyun əyməm ən böyük sevincimdir! Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə möhtac olmam ən böyük şərəfimdir, cavabsız buraxma məni!
Zillətə salan mənasında işlədilir.
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir! (Tövbə surəsi, 2)
Gecələr sabahı, sabahlar günəşi gözləyir...
Qışın şiddətli fırtına və soyuğuna sinə gərən kiçik bir canlı baharın bağrında yuxudan oyanır. Artıq dağda bahar, bağda bahar var. Yaşıl örtüyün ətrafa rahatlıq saçan qoxusu dörd bir yanı əhatə edir.
Ən böyük sərvət gözəl əxlaqdır
Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər.
Ən gözəl əxlaq Quranda göstərilir. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) əxlaqı Quran əxlaqıdır. Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”.
Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir.
Bu gün gözəl bir gün olsun...
Bu material “Azercell Telekom” BM tərəfindən keçirilən “Bizi birləşdirən dəyər” mövzusunda yazı müsabiqəsində iştirak etmək üçün hazırlanmışdır.
Bu gün kiçik möcüzələr günü olsun...
Sadə, gözəl...
Ancaq sənin olsun...





