Reklam verin!

Qloballaşmadan istifadə edən “ƏLLƏR”

Rasif DünyamalıyevQloballaşma deyilən prosesin təsiri altında bu gün yeni dünya nizamı formalaşmışdır. Bu nizamın mərkəzində isə inteqrasiya durur. Inteqrasiya hər birimizin də bildiyi kimi əlaqələrin genişlənməsi, sərhədlərin “aradan qalxması”, bir sözlə əməkdaşlığın ən yüksək forması kimi başa düşülür. Lakin inteqrasiyanın bir tərəfli olması böyük dövlətlər tərəfindən qəbul edilmişdir. Bu özlərini böyük hesab edən dövlətlər gözləyirlər ki, yeni yaranmış milli dövlətlər həmin böyük dövlətlərə inteqrasiya etsinlər. Bir sözlə yeni yaranmış milli dövlətlər həmin böyük dövlət kimi olsunlar. Milli dövlətin idarəçiliyi, cəmiyyəti, dəyərləri, ümumiyyətlə hər bir şeyi ilə böyük dövlət kimi olsun. Sual oluna bilər ki bu böyük dövlətlərin nəyinə gərəkdir? Bəli böyük dövlətlər özlərinin inkişaf edən iqtisadiyyatlarını xammalla təmin etmək üçün yeni yaranmış milli dövlətlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bunu isə hərbi təcavüzlər vasitəsilə həyata kəçirmək bu gün mümkün deyil. Çünki hər bir dövlətin qoşulduğu BMT var ki, o da dünyada sülhü qorumağı öhdəsinə götürmüşdür. Yeganə yol qalır ki, bu da qloballaşmanın, inteqrasiyanın vasitəsilə yeni yaranmış milli dövlətlərin cəmiyyətinə nüfüz etmək və həmin cəmiyyəti öz dövlətinə qarşı hərəkət etməyə təhrik etməkdir. Bu isə yeni təcavüz formasıdır və müasir dövrdə bir çox milli dövlətə qarşı həyata keçirilməkdədir.

Davamı...

Salam, qocalar evi

Qocalar eviQonşularla həyətdə oturmuşduq, istidən nəfəs almaq mümkün deyildi. İçimdə dənizə getmək həvəsi baş qaldırsa da, “kasıbçılığın üzü qara olsun” deyib istəyimdən vaz keçdim. İsti havada çimərliyə getmək adı ilə saatlarla tıxacda qalmaqdansa, həyətdə oturub nərd oynayanlara tamaşa etmək daha maraqlıdır.

***

Qəfildən həyətdə bir səs-küy baş qaldırdı, gəl görəsən. Qonşumuz Sabir idi. Deyəsən, uşaqları ilə yenə dənizə gedirdi. Nədənsə yenicə aldığı “Hummer”in qapısını açıq qoymuşdu. Bu səbəbdən, maqnitofunun səsi uşaqların səsinə qarışmışdı. Röya yenə nakam məhəbbətdən bəhs edən mahnı oxuyurdu.

***

Davamı...

Zərərin yarısı

Natiq PənahlıÖtən həftə Qazaxıstanda paytaxt Astananın 10 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Bu möhtəşəm və müasir şəhərin ad-sanına layiq tədbir keçirildi. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları yubiley mərasimində iştirak etdilər.

Məlumdur ki, zəngin enerji qaynaqlarına malik olan Qazaxıstan son illərdə neft və qazdan külli miqdarda vəsait əldə edib və etməkdədir. Belə vəziyyətlərdə adətən “gəlir hara gedir?” sualı gündəmə gəlir. Müasir Astana bu suala verilən cavablardan biri və ən tutarlısıdır. Köhnə paytaxt Alma-atıdan fərqli olaraq Astanada bu gün çox müasir göydələnlər ucalır, geniş yollar, təmiz küçələr salınır. Bir sözlə, Astana Orta Asiyada salınan müəsir Avropa şəhərini xatırladır.

Azərbaycanda da paytaxtın köçürülməsi məsələsi dəfələrlə gündəmə gəlib, bu barədə müzakirələr aparılıb. Hər kəs bu köçürmənin zəruriliyindən danışsa da, hələ ki, bu istiqamətdə əməli addım atılmayıb.

Bir daha vurğulayıram: Azərbaycanda paytaxtın Bakıdan köçürülməsi zərurətdir! Ən qısa zamanda bu işə başlanılmalıdır!

Davamı...

Sosial şəbəkələşmə haqqında

Rauf Mərdiyev Məşhur bloggerlərdən olan Rauf Mərdiyevin blogunda yazdığı son yazı çox xoşuma gəldi. Bu yazını blogumun ziyarətçiləri ilə, yəni Sizlərlə paylaşmaq istədim. 

Facebook, Hi5, MySpace, Odnoklassniki… Yəqin ki, bu adlar hamıza tanışdır və bir çoxlarımız bu saytların xidmətindən istifadə edirik və bununla da virtual şəbəkənin bir hissəsinə çevrilir, onun daşıyıcısı oluruq.

Sosial şəbəkələşmə

İngiliscədə “E-group” və “Social networking service” terminləri “Social network” anlayışlarından fərqlənsə də, mənim bu termini “sosial şəbəkə” adlandırmam yəqin ki, bizim sosioloqların xətrinə dəyməz. Çünki, dilimizdə şəbəkə çoc geniş mənaya malikdir. Əl-ələ tutan üç nəfər də, nəhəng sitemlərin məcmusu olan struktur da şəbəkə adlana bilər. Azərbaycan ədəbiyyatında axtarsam da “sosial şəbəkə” mövzusunda heç bir yazıya rast gələ bilmədim və başladım yazmağa :)

Davamı...

Vaşinqtondakı ağ damlı ev və bizim Ağdam

təbiət

Bir həftə boyunca doyunca kəndimizdə istirahət etdim. Necə deyərlər, kənddə gül-gülü çağırır, çiçək-çiçəyi. Səhər tezdən yuxudan durub yamyaşıl torpağın, çiçəkləmiş ağacların təmiz qoxusunu ciyərdolusu içinə çəkmək nəyə desəniz dəyər məncə. Bülbüllər də sanki bundan ləzzət alırmış kimi səs-səsə verib zümzümə edirlər. Belə anlarda insan kasıbçılığı da, bahalaşmanı da, bir sözlə, bütün problemlərini unudur. Təbiətin bu gözəlliyi məni o qədər həvəsləndirdi ki, şer yazmaq həvəsi yarandı içimdə. Tənbəllik etməyib mövzumuza heç bir dəxli olmayan şer yazdım:

Davamı...

RƏSUL QULİYEV ÜÇÜN QAYIDIŞ PLANI

Gözümüz yoldadır, qulaqlar səsdə,
Hər təyyarə səsi bizi aldadır…

(ACP-nin himnindən)
 
Bizim evimizin yanında, yəni N.Nərimanovun heykəli həndəvərində hündür bir bina var. Bina deyəndə ki, 16 mərtəbəsi tikilmiş, lakin dörd divar şəklində saxlanmış bir tikilidir. Belə baxanda təxmin etmək olur Ki, bina nə zamansa hazır olsa, pis tikili olmayacaq. Amma mən o binanın on bir ildir eyni bir vəziyyətdə qalmasından narahatam. Deyirlər, bina Rəsul Quliyevin şəxsi mülküdür. Yaxşı bina olacaqmış, ancaq məlum səbəblərdən bina toxunulmaz şəkildə qalıb. Hər gün bu yarımçıq tikilmiş binanın yanından keçəndə Rəsul Quliyevin gəlib öz binasını nə vaxt tikib qurtaracağı barədə düşünürəm.

Davamı...


  Yazıların cəmi: 36    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif

Blogroll