Ekologiyaya dair foto müsabiqə başlayır

Hazırda davam edən və hər birimizin ətrafında yaşanan ekoloji problemləri əks etdirən foto müsabiqəyə start verilir. Hər bir vətəndaş müsabiqəyə onu narahat edən, mütəmadi üzləşdiyi və həllində iştirak etmək istədiyi ekoloji problemlərin fotosunu təqdim edə bilər.
EKOLOJİ PROBLEMLƏR NƏDİR VƏ NƏDƏN YARANIR?- İdarə olunmayan sənaye və məişət tullantılarından; Təbiətə antropogen təsir; Təbii resursların yanlış istismarı texnologiyaları; Urbanizasiya – şəhərsalma; Böyük texnoloji layihələr; Qeyri-ənənəvi iqlim dəyişikliyi.
Müsabiqəyə təqdim edilən fotolar təşkilatçının internet səhifəsində -
www.azecology.org yerləşdirilməklə elektron səsvermə yolu ilə üç ən yaxşı foto seçiləcək. Seçilmiş üç ən yaxşı fotonun müəllifləri mükafatlandırılacaq, bu fotolar mətbuatda çap olunacaq və bütün iştirakçılara fəxri diplomlar təqdim olunacaq. Fotolardan fotoreportajlar hazırlanaraq mətbuata yayılacaq. Müsabiqəyə təqdim olunmuş bütün fotolardan ibarət foto albom - “şərhsiz informasiyalar” çap olunacaq.
"İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK"
KİV nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək
"İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK"
mövzusunda müsabiqə
Müsabiqənin məqsədi ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.
Bundan başqa müsabiqə çərçivəsində aşağıdakı məqsədlərin həyata keçirilməsi qarşıya qoyulub:
KİV nümayəndələrinin köməyi ilə geniş ictimaiyyətin diqqətinin vacib sosial institut kimi ailə dəyərlərinə yönəldilməsi:
- cəmiyyətdə ailənin statusunun qaldırılması;
- ailədaxili münasibətlərin möhkəmləndirilməsi;
- ailə dəyərlərinin bir daha yada salınması
Yerli və regional səviyyələrdə həyata keçirilən ailə siyasətini işıqlandırmaqla cəmiyyətin bu sahəyə diqqətinin cəlb edilməsi;
Ailələrin inkişafına yönəlmiş fəaliyyətin müxtəlif sahələri üzrə real nailiyyətlərin təbliğatının aparılması;
Ailələrlə işləyən müəssisə və təşkilatların informasiya təminatının yüksəldilməsi.
Nüvə silahı - qələbə yoxsa, məğlubiyyət
Əziz dostlar, müsabiqə bölümünə növbəti fotoşəkli əlavə edirik. Bununla da hər iki fotoşəkil haqqında öz rəylərinzi bildirmək imkanınız olur. Yaxşı olar ki, fotolara baxaraq düşüncələrinizi beyninizdə saxlamayasınız, şərhlərinizi və rəylərinizi bildirməkdən çəkinməyin... Çünki müsabiqənin sonunda gözləmədiyiniz sürprizlə qarşılaşacaqsınız. Sürprizin nə olması barədə isə növbəti yazılarımızda tanış ola bilərsiz.
Müsabiqədə iştirak et, hədiyyəyə sahib ol!!!
Əziz dostlar, bu gündən etibarən blogumuzda sizlər üçün müsabiqə bölməsini açırıq. Burada maraqlı, qeyri-adi şəkillər yerləşdirəcəyik. Bu şəkillərə ən yaxşı, fərqli və qeyri-adi şərh yazan oxucumuz bizdən hədiyyə qazanacaq. Hədiyyənin nə olacağı isə, sürprizdir. Hər birinizi müsabiqədə aktiv iştirak etməyə dəvət edirik. Beləliklə, ilk fotonun müəllifi elə mən özüməm
. Bu şəkil təqribən 2 il bundan əvvəl, səhər saat 8-9 radələrində Dənizkənarı Milli Parkda çəkilib.



