Reklam verin!

Ağdamsız 15 il

Ağdam
1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt ediblər.

Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur. 1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində, Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.

Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir.

Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.

Davamı...

Erməni vəhşiliyi

XocaliQarabağ Azadlıq Təşkilatının Ali Məclisi “Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe” adlandırılan sənəd qəbul edib, yaxın günlərdə isə bu sənədlə bağlı imzatoplama kampaniyasına başlanacaq. Ali Məclis həmçinin azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib. Sənədin həm Bakıda, həm də bölgələrdə yayılması, internet saytlarında yerləşdirilməsi, elektron ünvanlarına göndərilməsi nəzərdə tutulur.

Sənəddə əsir qadınlara qarşı erməni vəhşilikləri göstərilir:

. Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.

Davamı...

Şuşa şəhəri

Şuşa Azərbaycan - Shusha Azerbaijan
Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757 ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

Şuşa şəhəri – Azərbaycanın Şuşa rayonunun mərkəzidir.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Davamı...

Dağlıq Qarabağ problemi həll olunmasa, Azərbaycan gələn il Minsk qrupunun fəaliyyətindən imtina edəcək

Azərbaycanın ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdırlar. “Minsk qrupu gələn ilin əvvəlindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın mövqeyinə uyğun və beynəlxalq hüquq normaları çərçivəsində təkliflər zərfi təqdim etməsə, çox güman ki, rəsmi Bakı həmsədrlərin fəliyyətindən imtina edəcək” cümə axşamı “Trend”ə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Davamı...

"İlkin mərhələdə 5 rayon qaytarıla bilər"

"Ola bilsin ki, ilk olaraq Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonların hamısı yox, beşi qaytarılsın". Bunu "Azadlıq" radiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanla Azərbaycan arasında aparılan danışıqların detallarını açıqlayarkən bildirib. Onun sözlərinə görə, həmsədrlərin ötən həftə Madriddə nazirlərə yazılı şəkildə təqdim etdiyi prinsiplər xeyli vaxtdır ki, müzakirə olunan mərhələli planı nəzərdə tutur.

Davamı...

Qarabağda müharibə riski artır

"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpası risqi gündən-günə artır". Bunu ATƏT-in Minsk qrupunun keçmiş sədri Heykki Talvitiye deyir.
Onun fikrincə, beynəlxalq ictimaiyyət "təxirəsalmadan situasiyaya müdaxilə" etməlidir.
"Ekspress"ə açıqlamasında keçmiş həmsədr danışıqların hazırkı durumuna münasibətini açıqlayıb.

Davamı...


  Yazılar cəmi: 11    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  hacıyev  müsabiqə  bəxtiyar  turkey  faciə  sual  20  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  azeriblog  bakı  osmanlı  allah  soyqırım  xocalı  prezident  abş  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  türkiyə  ilham  tragedy  allahın-varlığı  football  mobil  eurovision  ceyhun  əlihan-səmədov  dünyanın  tolerance  suallar  insan 

Müxtəlif

Blogroll