Reklam verin!

Yaxın Şərqin regional lideri - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev

World Public Opinion şirkəti nəhəng sorğu keçırıb. Həmin sorğunun nəticələrinə əsasən, dünyanın müxtəlif ölkələrindən minlərlə insan ən inanılan siyasətçı və regionlarda lider olan siyasi xadimlərə səs veriblər.

Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev Yaxın Şərqin regional lideri seşilib. Avropanın regional liderləri isə Ukrayna prezidenti Viktor Yuşenko, Polşa prezidenti Lex Kaçınski, Almaniya kansleri Angela Merkel, İspaniyanın Baş naziri Xose Luis Sapatero, Avropa Komissiyasının rəhbəri Xose Barrozudur. Afrikanın regional lideri Zimbabvenin prezidenti Robert Muqabe, Cənubi Amerikanın regional lideri Argentinanın prezidenti Kristina Kirxber, Asiyanın regional lideri isə Yaponiyanın baş naziri Yasuko Fukudo seçilib.

Davamı...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) QHT-ləri müsabiqədə iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.

Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük verəcəkdir:

Davamı...

İRƏLİçilərə üzvlük vəsiqələri paylanacaq

Azərbaycanın ən böyük gənclər hərəkatı olub, 5 000-dən artıq gənci sıralarında birləşdirən İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı artıq üzvlərinə üzvlük vəsiqələri paylayacaq. International Youth Card-la əldə olunmuş razılığa görə beynəlxalq status daşıyacaq vəsiqələr UNESCO tərəfindən tanınacaq və dünyanın 119 ölkəsində keçərli olacaq.

Bundan başqa vəsiqə onun sahibinə bütün dünyada ümumi sayı 32 000-ə çatan şirkətlər tərəfindən güzəşt əldə etməyə imkan verir. Artıq İRƏLİ üzvləri Azərbaycan və onun xaricində mağazalarda, mehmanxanalarda, təyyarə biletlərinin alınmasında, restoranlarda ve digər xidmət sahələrindən istifadə edərkən güzəşt əldə etmiş olacaqlar.

Qeyd: Vəsiqələr yalnız İRƏLİ üzvləri üçündür.

Kompüter Oyunları üzrə III Milli Çempionat

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2008-ci ilin iyun ayında, yaşı 14-dən 29-dək olan yeniyetmə və gənclər arasında Kompüter Oyunları üzrə III Milli Çempionat keçirilir.

Çempionatda yarışlar komanda-Counter-Strike, DOTA All Stars və tək FIFA Soccer 08, Need For Speed: ProStreet, WarCraft: The Frozen Throne, Unreal Tournament oyunları üzrə təşkil olunacaqdır.

Final mərhələsində qalib olmuş  iştirakçılar diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.

Davamı...

Ermənilərlə növbəti qarşılaşma, bu dəfə Eurovisionda

Bildiyiniz kimi, mayın 20 və 22-də Eurovision-2008 müsabiqəsinin yarımfinal konsertləri olacaq. Azərbaycanı müsabiqədə təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə may ayının 20-də aralarında Ermənistan təmsilçisi Siruşo da olan 18 ölkə təmsilçisi ilə yarışacaqlar. Bu müsabiqədə hər bir azərbaycanlının borcu təmsilçilərimizə maksimum dəstək göstərməkdir. Düzdür, biz onlara sms dəstəyi göstərə bilməyəcəyik, amma xaricdə yaşayan dostlarımızdan, tanışlarımızdan Azərbaycanı dəstəkləmələrini xahiş edə bilərik. 

Elnur & Samir – Day After Day (Eurovision 2008 Azerbaijan)

Davamında isə mahnının sözləri var.

Davamı...

Azərbaycan-Almaniya Cərrahiyə günlərində pulsuz müayinə

Əziz dostlar və həmkarlar,

Azərbaycanda analoqu olmayan bir kampaniya həyata keçirilir.

6-9 iyun 2008-ci il tarixdə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Almaniya Cərrahiyə günləri keçiriləcək.

Bu günlər çərçivəsində Alman və Azərbaycanlı peşəkar həkimlər tərəfindən əhaliyə pulsuz konsultasiyalar veriləcək, ehtiyacı olanlara Azərbaycanda mümkün olmayan cərrahiyə əməliyyatları pulsuz olaraq həyata keçiriləcək.

Davamı...


« Əvvəlki səhifə   Yazılar cəmi: 213    Sonrakı səhifə »